TRİVALUMEN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

TRİVALUMEN

TRİVALUMEN

1 kapsulda 356 mq – pişikotu kökünün, istiotu nanə yarpaqlarının, mayaotu meyvəsinin, üçyarpaq meniant yarpaqlarının quru ekstraktları vardır

Trivalumen – bitki mənşəli kombinəedilmiş sedativ preparatdır, təsiri tərkibinə daxil olan komponentlərin sinergist xüsusiyyətləri ilə bağlıdır. Pişikotunun tərkibində olan borneolun və izovalerian turşusunun mürəkkəb efirləri MSS- nin oyanıqlığı, psixiki yüklənmə zamanı baş verən gərginliyi və qıcıqlanmanı azaldır, sedativ, yuxugətirici və spazmolitik təsirlər göstərir. Bundan əlavə, pişikotunun bioloji aktiv maddələrinin mürəkkəb fitokompleksi ödqovucu təsirə malikdir, mədə-bağırsaq traktının selikli gişa vəzilərinin sekretor aktivliyini artırır, ürək ritmini azaldır, ürəyin tac damarlarını genişləndirir. Mayaotunun aktivliyi tərkibində olan efir yağları və acı maddələr (qumulon, lupulon və alifatik terpentin spirtləri), fitonsid maddələr, B və C qrupu vitaminləri, tokoferol və estrogen təsirli maddələrlə baglıdır.Onlar iştahanı artırır,öd ifrazını yaxşılaşdırır, oyanıqlıq və yuxusuzluq vəziyyətlərində sakitləşdirici təsir göstərir.

Nanə cövhərinin farmakoloji effekti mentolla və həmçinin terpenlərlə,tanninlə, acı maddələr və üzvi turşularla bağlıdır.Ağrıkəsici, büzüşdürücü,iltihabəleyhinə təsir edir,ürəkbulanmanı azaldır,MBT-in və qaraciyərin sekretor fəaliyyətini stimullaşdırır, bağırsağın hərəki fəaliyyətini normallaşdırır.

Üçyarpaq meniant acı qlikozidlərə,flavonoidlərə görə mədə-bağırsaq sekresiyasını gücləndirir,həzmi yaxşılaşdırır,iştahanı yaxşılaşdırır, bağırsağın hərəki fəaliyyətini normallaşdırır,antihipoksik və antioksidant təsir edir.

Preparat asılılıq yaratmır,psixomotor funksiyaya təsir etmir,iş qabiliyyətini azaltmır.

Əsəbilik və əqli gərginlik, yuxusuzluq, taxikardiya,distoniya,kardialgiya və arterial hipertenziya ilə müşaiyət olunan neyrosirkulyator distoniya,iştahanın azalması.

Preparatın komponentlərinə qarşı həssaslıq,arterial hipotenziya, depressiv vəziyyət,hamiləlik, laktasiya dövrü,12 yaşa qədər uşaqlar.

Tövsiyyə olunan doza həddini aşmaq məsləhət görülmür.Digər sakitləşdirici preparatlarla, alkaqolla birgə istifadə etmək olmaz

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara gündə 2-3 dəfə 1 kapsul qəbul etmək lazımdır,yuxusuzluq zamanı yatmazdan 1-1,5 saat əvvəl 1 kapsul qəbul olunmalıdır. Müalicə müddəti 7-15 gündür.Müalicə kursunu 10 gündən sonra təkrarlamaq olar.

Nadir hallarda uzun müddət və artıq dozada qəbul olunarsa meydana çıxa bilər.

Sinir sisteminə: baş ağrısı,yuxuyameyillilik, zəiflik,süstlük, ruh düşkünlüyü,ümumi zəiflik,iş qabiliyyətinin azalması,diqqətin yayilması.

Ürək-damar sisteminə: arterial hipotenziya, sinədə sıxılma hissi, ürəkdə ağrı,ürək ritminin pozulması, istibasma.

Həzm sisteminə: qıcqırma,ürəkbulanma, abdominal spazmlar,dispeptik spazmlar, həzm prosesinin pisləşməsi,ishal.

Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma, övrə.

№20 kapsul blister qablamada

25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqlar üçün əlçatmaz yerdə saxlamaq lazımdır.

Borşoqov zavodu Ukrayna

Spelling error report

The following text will be sent to our editors: