Trival

Ticari adı

Trival

Trival

Hər kapsulanın tərkibi

1 kapsulada

2 kapsulada

Aktiv maddələr

Pişikotu kökü (Valeriana officinalis)

70 mq

140 mq

Ballı nanə (Melissa officinalis)

70 mq

140 mq

Qonaqotu (Passiflora incarnata)

35 mq

70 mq

Maqnezium sitrat

60 mq

120 mq

Piridoksin hidroxlorid (Vitamin B6)

5 mq

10 mq

Köməkçi maddələr

Mikrokristallik sellüloza, kolloid silisium dioksid, maqnezium stearat, jelatin

Pişikotu kökü (Valeriana officinalis). Sakitləşdirici təsir edir, həyəcanı, qıcıqlanmanı, həddən çox sinir oyanıqlığını azaldır. Pişikotu kökünə monoterpen, seskviterterpen və daha az uçucu valerian turşusu, qamma-amin yağ turşusu (QAYT), qlutamin və arginindən ibarət efir yağı daxildir. Yorğunluq nəticəsində yaranan yuxusuzluq zamanı yuxunun normallaşmasına səbəb olur. Preparatın sakitləşdirici effekti stabil olaraq qalır. Ödqovucu təsir edir, MBT – nın (mədə-bağırsaq traktının) sekretor aktivliyini gücləndirir. Valerian turşusu və valepotriatlar spazmolitik təsirə malikdir. Pişikotu kökünə daxil olan bioloji aktiv maddələr ürək ritmini ləngidir, koronar damarları genişləndirir.

Ballı nanə (Melissa officinalis). Bitki mənşəli vasitədir, sakitləşdirici təsir edir. Ballı nanə həmçinin ürək yığılmalarının sayını azaldır, arterial təzyiqi aşağı salır.

Qonaqotu (Passiflora incarnata). Qonaqotunun tərkibinə daxil olan aktiv maddələr emosional-psixoloji vəziyyəti normallaşdırır, antipsixotik (aqressivliyi, qorxu hissini azaldır), antinevrotik təsir edir, orqanizmin adaptasiya – uyğunlaşma qabiliyyətini artırır. Emosional- davranış reaksiyaları və öyrənmə prosesi üçün mühüm olan baş beynin qlutamatergik, dofaminergik və serotoninergik sisteminin işini tənzimləyir, modulə edir.

Piridoksin hidroxlorid (Vitamin В6). Piridoksin hidroxlorid (vitamin В6) maddələr mübadiləsində iştirak edir; mərkəzi və periferik sinir sisteminin normal fəaliyyət göstərməsi üçün vacibdir. Triptofanın, metioninin, sisteinin, qlutamin və digər amin turşuların mübadiləsində iştirak edir. Normal lipid mübadiləsinə səbəb olur. Preparat diurezi artırır, diuretiklərin effektivliyini gücləndirir.

Maqnezium sitrat. Maqnezium həyati vacib element olub, orqanizmin bütün toxumalarında rast gəlinir, əksər mübadilə reaksiyalarında iştirak edərək, hüceyrələrin normal fəaliyyəti üçün vacibdir. Daha çox sinir impulslarının ötürülməsini, əzələ yığılmalarını tənzimləyir. Maqnezium çatmazlığı sinir-əzələ ötürücülüyünün pozulmasında (əzələ zəifliyi, titrəməsi, spazmı, qıcolmalar), psixi pozuntular (yuxu pozğunluğu, əsəbilik, həyəcan vəziyyəti), ürət ritminin pozulması ( ekstrasistoliyalar, taxikardiya) və MBT şikayətləri ( ağrı, diareya, spazm, meteorizm) şəklində özünü göstərir.

Trival aşağıdakı hallarda təyin olunur:

sinir oyanıqlığı;
daxili narahatlıq;
streslə əlaqəli gərginlik;
yuxu pozğunluğu

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. Nəzərəçarpacaq arterial hipotenziya. Depressiya və ya MSS (mərkəzi sinir sisteminin) tormozlanması ilə gedən digər hallar.

Çox nadir hallarda yuxululuq, astenik vəziyyət ( halsızlıq, əhval –ruhiyənin, əmək qabiliyyətinin azalması, emosional reaksiyaların zəifləməsi), başgicəllənmə, müşahidə oluna bilər. Əgər digər əlavə təsirlər də yaranarsa, ( məsələn, hiperhəssaslıq reaksiyası, o cümlədən səpgi, qaşınma, dərinin qızarması və ödemi) həkimə müraciət etməli.

Yüksək sinir oyanıqlığı, əsəbilik zamanı – gündə 1-2 kapsula istifadə olunur, axırıncı kapsula yatmazdan bir saat öncə qəbul olunmalıdır.

1 blisterdə 15 kapsula olmaqla, 2 blister karton qutuya içlik vərəqə ilə birgə yerləşdirilmişdir.

25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayacağı yerdə saxlamalı.

Qutunun üzərində göstərilmiş müddətdən kənar istifadə etmək olmaz.

Reseptsiz. Dərman vasitəsi deyildir

ValueMed Pharma Sri Via 28 Luglio, 211 – 47893 Borgo Maggiore, Italy