TRİSİDA

Ticari adı

TRİSİDA

TRİSİDA

Örtük qişalı tabletlər

Hər tabletdə

Aktiv maddələr:

Dazıotunun hiperisinə görə standartlaşdırılmış quru ekstraktı (0,75 – 1,3 mq)

425 mq

L-Triptofan

100 mq

Piridoksin hidroxlorid (Vitamin B6)

10 mq

Askorbin turşusu (Vitamin C)

50 mq

Maqnezium sitrat

(20 mq maqneziuma (Mg2+) uyğundur )

168 mq

Qlisin

200 mq

Köməkçi maddələr:

Polivinilpirrolidon K 30, maqneziun stearat, mikrokristallik sellüloza 102

Dazıotu ekstraktı. Dazıotu ekstraktı bitki mənşəli olub, anksiolitik və antidepressiv xüsusiyyətə malikdir. Dazıotu preparatının əsas aktiv maddələri – hiperisin, psevdohiperisin, hiperforin və flavanoidlər (hiperozid, kversetin, rutin, izokversetin) – mərkəzi və vegetativ sinir sisteminin funksional vəziyyətini yaxşılaşdırır. Dazıotu əhval-ruhiyəni yaxşılaşdırır, psixi və fiziki qabiliyyəti artırır, yuxunu normallaşdırır. Dazıotu ekstraktı həm həyəcan, həm də stres vəziyyətinə cavab reaksiyası olaraq meydana çıxan yüngül gedişli depressiyalarda effektiv sayılır.

Dazıotu ekstraktı affektiv pozuntular nəticəsində yaranan somatik şikayətlər zamanı daha effektiv sayılır. Həyəcanı üstünlük təşkil edən xəstələrdə və ya həyəcanın somatikləşməsi nəticəsində yaranan vegetativ disfunksiya zamanı dazıotu ekstraktı daha tez effekt verir. Dazıotu ekstraktı eyni zamanda büzücü, iltihabəleyhinə, antiseptik təsirə də malikdir. Dazıotu preparatı yaxşı mənimsənilir. Öyrəşmə vermir.

L-Triptofan. L-triptofan 8 əvəzolunmaz aminturşulardan biridir. Zülal sintezindən əlavə triptofan baş beyində serotonin, melatonin sintezinə sərf olunur, davranış, əhval-ruhiyənin, koqnitiv funksiyaların və yuxunun formalaşmasında vacib rol oynayır.

L-triptofan mədə – bağırsaq traktından yaxşı sorulur. Qanda L-triptofan əsasən (85-95%) birləşmiş formada olur. Sərbəst L-triptofan plazmada transportyorlarla birləşmə qabiliyyətinə görə beyinə daşınan neytral aminturşularla rəqabətə girə bilir. Ona görə də L-triptofanın hətta kiçik dozalarda qəbulu onun sərbəst formasının qanda artmasına, digər aminturşularla rəqabətdə daha çox beyinə daşınmasına, serotonin, melatonin və digər neyroaktiv metabolitlərin sintezinə səbəb olur.

Piridoksin hidroxlorid (Vitamin B6). Piridoksin hidroxlorid (Vitamin B6) maddələr mübadiləsində iştirak edir. Mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacibdir. Orqanizmə daxil olaraq fosfatlaşır və piridoksal-5-fosfata çevrilərək fermentlərin tərkibinə daxil olur, aminturşuların dekarboksilləşməsinə, yenidən aminləşməsinə səbəb olur. Triptofan, metionin, sistein, qlutamin və digər aminturşuların mübadiləsində iştirak edir. Lipid mübadiləsini normallaşdırır. Diurezi artırır, diuretiklərin təsirini gücləndirir. Nazik bağırsaq boyunca tez sorulur, çox hissəsi burada absorbsiyaya uğrayır. Qaraciyərdə metabolizmə uğrayaraq farmakoloji aktiv metabolitlərin (piridoksal fosfat və piridoksaminfosfatın) əmələ gəlməsinə səbəb olur.

Askorbin turşusu (Vitamin C). Askorbin turşusu (Vitamin C) metabolik, oksidləşmə-reduksiya proseslərinə requlə edici təsir edir. Antioksidant xüsusiyyətə malikdir. Qlükozanın üç-karbon turşuları dövriyyəsində istifadəsini sürətləndirir, tetrahidrofol turşusunun əmələ gəlməsində, toxumaların regenerasiyasında, steroid hormonların, kollagenin, prokollagenin, karnitinin əmələ gəlməsində, serotoninin hidroksilləşməsində iştirak edir.

Maqnezium sitrat. Maqnezium sitrat maddələr mübadiləsinə normallaşdırıcı təsir edir. Maqnezium həyati vacib element olub, orqanizmin bütün toxumalarına daxildir, hüceyrələrin normal işi üçün vacibdir, maddələr mübadiləsində iştirak edərək enerji istehsalına, sərfinə xidmət edir. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü ləngidir, bir sıra fermentativ reaksiyalarda iştirak edir, kalsium antaqonisti hesab olunur. Maqnezim sitrat orqanizm tərəfindən yaxşı mənimsənilir, yüksək mənimsənilmə qabiliyyətinə malikdir.

Qlisin. Qlisin maddələr mübadiləsinin requlyatoru olub, MSS -nin (mərkəzi sinir sisteminin) qoruyucu tormozlanma prosesini aktivləşdirir, normallaşdırır. Qlisin qlisin- və QAYT- ergik, α1-adrenoblokator, antioksidant, antitoksik təsirə malikdir. Qlutamat reseptorlarının (NMDA) təsirini requlə edir, bunun hesabına:

psixoemosional gərginliyi azaldır, aqressivlik, konflikt yaratma həvəsini azaldır, sosial adaptasiyanı artırır
əhval-ruhiyəni artırır
yuxuya getməni asanlaşdırır və yuxunu normallaşdırır
vegetativ damar pozuntularını azaldır (məsələn klimakterik dövrdə)
işemik insult və kəllə-beyin travmaları zamanı beyin əlamətlərini azaldır
alkoqol və digər dərman vasitələrinin MSS-in funksiyasına toksiki təsirini azaldır

Orqanizmin toxumaları və bioloji mayelərinə, daha dəqiq baş beyinə rahat keçir, karbon qazı , suya qədər parçalanır, toxumalarda toplanmır.

yüngül və orta dərəcəli depressiv hallar
həyəcan və qorxu halları
psixovegetativ pozuntular (menopauza, klimakterik dövr və nevrotik reaksiyalarla əlaqədar)
əqli qabiliyyətin azalması
stres vəziyyəti – psixoemosional gərginlik (imtahan, konflikt və s. hallar)
oyanıqlıq, emosional qeyri stabillik
əqli qabiliyyətin azalması və yuxu pozğunluqları ilə özünü göstərən sinir sisteminin müxtəlif orqanik və funksional xəstəlikləri: nevrozlar, nevroza bənzər hallar, vegetativ –damar distoniyası, neyroinfeksiya və kəllə-beyin travmasından sonra
demoralizasiya və apatiya

ürəkbulanma, qarında ağrı (epiqastral nahiyə), ağız boşluğu selikli qişasının quruluğu, meteorizm, diareya, anoreksiya, baş ağrıları, fotosensibilizasiya

preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq

– 12 yaşa qədərki dövr

– hamiləlik və döşlə əmizdirmə dövrü

Su ilə daxilə qəbul etməli.

Böyüklərdə və 12 yaşdan böyük uşaqlarda: 1 tabletdən gündə 1 dəfə, requlyar olmaqla günün eyni vaxtında qəbul etməli. Əgər ehtiyac olarsa, tablet qəbulunu gündə 2 dəfəyə qədər artırmaq olar. 1 tablet səhər, 1 tablet axşam. Preparat bir neçə həftə, requlyar qəbul olunarsa, daha yüksək kliniki effekt almaq mümkündür.

Hər blisterdə 10 tablet olmaqla 3 blister karton qablamaya içlik vərəqə ilə birgə yerləşdirilir.

25 C –dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayacağı yerdə saxlamalı.

Preparatı qutunun üzərində göstərilmiş son istifadə müddətindən sonra istifadə etmək olmaz.

Biofaktor, Varşava ş., Polşa