TRENTİLİN retard tablet

Ticari adı

TRENTİLİN – TRENTİLİN

BPA

Pentoksifillin – Pentoxifylline

ATC

C04AD03

TRENTİLİN retard tablet

Örtük qişalı tablet 400 mq

Hər tabletin tərkibinə daxildir:

aktiv maddələr: pentoksifillin 400 mq,

köməkçi maddələr: laktoza monohidrat, kopolividon, hidroksipropil metilsellüloza, maqnezium stearat

örtük qişa: titan dioksid, talk, makroqol, hidroksipropil metilsellüloza.

Örtük qişaya malik, iki tərəfi qabarıq tabletlər.

Periferik vazodilyatator, purin törəməsi.

Pentoksifillin daxilə qəbul olunduqda tez bir zamanda və tam MBT tərəfindən sorulur. Qaraciyərdən birinci dəfə keçdikdə metabolizmə uğrayır. Dəyişilməmiş hissəsi orta hesabla 19±13% . Pentoksifillinin biomənimsənilməsi yüksəkdir, çünki əsas metabolit olan 1-(5-hidroksiheksil)-3,7-dimetilksantin (I metabolit) plazmada dəyişilməmiş maddənin konsentrasiyasından 2 dəfə çoxdur və onunla geri dönən biokimyəvi tarazlıq vəziyyətində olur.

Pentoksifillinin yarımatılma dövrü daxilə və ya vena daxilinə yeridildikdə 1,6 saatdır. Maddə tam metabolizmə uğrayır, 90 %-dən artığı böyrəklərlə konyuqə olunmamış polyar metabolit formasında xaric olunur.

Böyrəklərin funksiyası pozulmuş xəstələrdə metabolitin ekskresiyası ləngimişdir, qaraciyər funksiyasının pozğunluğunda pentoksifillinin yarımçıxarılma müddəti uzanır, biomənimsənilməsi yüksəlir.

Təsiredici maddə- pentoksifillin purin qrupundan olan spazmolitikdir. Patoloji deformasiya olunmaq qabiliyyətini itirmiş eritrositlərə təsir edir, eritrositlərin membranının elastikliyini artırır və stabilləşdirir, trombositlərin və eritrositlərin aqreqasiyasını ingibə edir, plazmada fibrinogenin yüksəlmiş konsentrasiyasını normallaşdırır, fibrinoliz prosesini sürətləndirir, leykositlərin aktivasiyası və endotel qişaya adgeziyasını azaldır, buna görə də endotel qişanın zədələnməsinin qarşısını alır.

Ümumi damar müqavimətini azaldır, müsbət inotrop təsir edir, ÜYS-na təsir etmədən ürəyin sistolik və dəqiqəlik həcmini artırır. Hemoreoloji və hemodinamiki təsirlər nəticəsində qanın özlülüyü azalır, reoloji xüsusiyyətləri yaxşılaşır, qan dövranı pozulmuş sahələrdə sistem qan dövranı, mikrosirkulyasiya yaxşılaşır, zədələnmiş toxumaların oksigenlə təchizatı xüsusilə aşağı ətraflarda və MSS-də normallaşı

ateroskleroz, şəkərli diabet (“növbələşən axsama”, sakit vəziyyətdə ağrı) nəticəsində periferik qan dövranı pozğunluqları, periferik arteriyaların okklüziyası
arteriyaların zədələnməsi, mikrosirkulyasiyanın pozulması ilə gedən toxumaların trofiki poğunluqları (trofiki xoralar,qanqrena, varikoz)
beyin qan dövranı pozğunluqları
damarlı qişada və torlu qişada gedən patoloji dəyişikliklər nəticəsində gözdə qan dövranı pozğunluğu, görmənin tədricən zəifləməsi.

Preparatın dozalanması və istifadə qaydası (daxilə və ya venaya) qan dövranı pozğunluğunun növündən və ağırlıq dərəcəsindən asılıdır. Trentilin retard yemək zamanı və ya yeməkdən dərhal sonra çeynəmədən bir qədər su (½ stəkan su) ilə, 1 tabletdən gündə 2-3 dəfə qəbul etməli.

Xüsusi hallar.

Preparata tolerantlıqdan asılı olaraq, böyrək funksiyası pozulmuş xəstələrdə (kreatinin klirensi 30 ml/dəq) dozanı 30-50 % azaltmaq olar.

Qaraciyərin funksiyası pozulduqda doza fərdi olaraq seçilir. Serebral damarların və ya koronar damarların nəzərəçarpacaq aterosklerozu, arterial hipotoniyası, ürək ritminin pozğunluğu olan xəstələrdə Trentilin retardı ehtiyatla, başlanğıc dozanı tədricən artıraraq təyin etməli.

Trentilin retardın əlavə təsirləri nadir hallarda, yüngül şəkildə meydana çıxır, ona görə də çox az hallarda preparatın qəbulunu dayandırmalı olurlar. MSS və qan-damar sistemi ilə əlaqədar meydana çıxan əlavə təsirlər çox zaman dozadan asılı olaraq meydana çıxır, dozanın azalması ilə aradan qalxır.

Mərkəzi sinir sistemi: başgicəllənmə, baş ağrısı, nadir hallarda yuxu pozğunluğu, tremor, fikir dalğınlığı.

Qan-damar sistemi: nadir hallarda hiperemiya, aritmiya, taxikardiya, anginal ağrı, hipotoniya.

Başqa: Nadir hallarda qaşınma, dəri səpgiləri, urtikariya, anafilaktik şok meydana çıxır. Bu əlavə təsirlər preparata qarşı həddən artıq yüksək həssaslıq ilə əlaqədardır.

Səbəb və nəticə arasında əlaqə müəyyən olunmasa da Trentilin retardın istifadəsi zamanı nadir hallarda mədə -bağırsaq traktında qanaxma müşahidə olunmuşdur. Bir sıra hallarda trombositopeniya da meydana çıxmışdır.

pentoksifillinə, digər metilksantin törəmələrinə (teofillin, teobromin, kofein və s.), preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq
massiv qanaxmalar, beyinə qansızma, kəskin miokard infarktı (qansızma riskinin olması)
gözün torlu qişasına qansızma (qansızma riskinin olması)

təzyiqi salır, bunu bir sıra antihipertenziv preparatların təyini (AÇF ingibitorları) və arterial təzyiqi salmaq qabiliyyətinə malik preparatların (nitratlar və s.) təyini zamanı nəzərə almaq lazımdır.
insulinin, oral şəkərəleyhinə preparatların effektivliyini artırır, buna görə də bu cür xəstələr həkim nəzarəti altında olmalıdırlar.
teofillinin səviyyəsini artırır, nəticə etibarilə əlavə təsirlərin ağırlığı və rast gəlinmə tezliyi də artır.
Trentilin retard qanyaranma prosesinə, protrombinin əmələ gəlmə prosesinə təsir edir, bunu antikoaqulyantlarla və trombosit aqreqasiyası ingibitorları ilə birgə təyin etdikdə nəzərə almaq lazımdır

Bu xəstələrə təyin etdikdə ehtiyatlı olmalı:

Ürək aritmiyası olan , qaraciyər, böyrək funksiyası pozulmuş (kreatinin klirensi 30 ml/dəq), koaqulyasiya və antikoaqulyantlarla müalicə fonunda qansızma riski olan, miokard infarktı keçirmiş xəstələr.

Hamiləlik və laktasiya

Dölə təsirinə görə FDA –nın C kateqoriyasına aiddir. Hamilələrə təyini əks göstərişdir, çünki təhlükəsizliyi barədə məlumat yoxdur.

Pentoksifillin az miqdarda südə keçir. Laktasiya dövründə təyini zamanı xeyri və zərəri arasında olan fərq nəzərə alınmalıdır.

Artıq dozalanmanın ilkin əlamətləri ürəkbulanma, başgicəllənmə, taxikardiya, AT enməsi ola bilər. Sonradan temperaturun düşməsi, oyanıqlıq, huşun itməsi, arefleksiya, mədə-bağırsaq traktı qanaxmalarının əlaməti kimi klonikotonik qıcolmalar, “qatı kofe” rəngli qusma.

Xüsusi antidot məlum deyildir. Əgər preparatın qəbulundan uzun müddət keçmişdirsə, mədəni yumalı (preparatın sonradan sorulmasının qarşısını almaq üçün) və aktivləşmiş kömür təyin etməli, simptomatik müalicə aparmalı.

TRENTİLİN retard karton qutuda 400 mq; qutuya 2 PVC blister, hər blisterdə 10 tablet və təlimat vərəqi daxildir.

+25 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı

Santa Farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli- İSTANBUL/TÜRKİYƏ