TRENTİLİN ampula

Ticari adı

TRENTİLİN ampula

ATC

C04AD03

TRENTİLİN ampula

1 ampulanın (5 ml) tərkibinə 100 mq pentoksifillin, 6,9 mq natrium hidrofosfat (12 H2O), 1,5 mq natrium dihidrofosfat, 35 mq natrium xlorid və inyeksiya üçün məhlul daxildir.

Periferik vazodilyatator, purin törəməsi.

Pentoksifillin eritrositlərin membranını stabilləşdirir; trombositlərin aqreqasiyasını azaldır və eritrositlərin adgeziyasını gücləndirir; özlülüyü və plazmanın fibrinogen konsentrasiyasını azaldır, müsbət inotrop və xronotrop təsirilə bir qədər ürək döyünmələrinin sayını artırır və damar müqavimətini azaldır. Hemorragik və hemodinamik təsiri nəticəsində bu kompleks qan dövranını və mikrosirkulyasiyanı yaxşılaşdırır, bununla da zədələnmiş toxumaların oksigenlə təchizatını nəzərəçarpacaq qədər artırır.

Məsləhət olunan dozalarda hemostaza və qanın axınına nəzərəçarpacaq təsir göstərmir.

V/d-nə təyin olunduqdan sonra yarımparçalanma dövrü başlanğıc dövrdə 0,3 saat, terminal dövrdə 1,6 saatdır.

Təqribən qəbul olunan dozanın 95 % -i 24 saat ərzində sidiklə metabolit şəklində xaric olur, qalan 4 % nəcislə xaric olur. Orqanizmdə toplanmır. Qaraciyərin və böyrəklərin ciddi pozğunluqları olan xəstələrdə, yaşlı xəstələrdə eliminasiya ləngiyə bilər. Pentoksifillinin və metabolitlərin ciftə keçməsi haqqında məlumat olmasa da, məlumdur ki, ana südünə keçir.

aşağı ətraf arteriyalarının xroniki okklüziyalı xəstəliklərində fiziki hərəkətlər nəticəsində meydana çıxan simptomlar və sindromlarda: növbələşən axsama, tez yorulma (yorğunluq), paresteziyalar, qıcolmalar və trofiki pozğunluqlar.
işemiki həmlələrdə, iflic kimi serebrovaskulyar pozğunluqlarda, qocalıq zamanı (yaddaşın azalması, oriyentasiyanın itməsi, gücsüzlük, başgicəllənmə, düşüncənin zəifləməsi), işemik həmlələrin profilaktikası zamanı.
burun boşluğu və orta qulağın qan dövranı pozğunluqlarında.
diabetik arteriopatiyalarda

TRENTİLİN ampula pentoksifillin törəmələri və ya digər metilksantin törəmələrinə qarşı (teofillin, teobromin, kofein və s.) qarşı həssaslığı olan xəstələrə, bir az öncə miokard infarktı keçirmiş, güclü qanaxması olan xəstələrə əks göstərişdir.

TRENTİLİN ampula hamilələrə vacib olduqda təyin olunur. Təhlükəsizliyi barədə məlumat olmadığına görə preparat 18 yaşa qədər xəstələrə təyin edilmir.

Əgər TRENTİLİN ampula ilə müalicə dövründə torlu qişaya qansızma baş verərsə, müalicə dərhal dayandırılmalıdır.

TRENTİLİN ampula periferik damar xəstəlikləri və serebrovaskulyar xəstəlikləri olan xəstələrin müalicəsində təhlükəsiz olaraq təyin edilir, lakin bu zaman anginal ağrılar, hipotoniya və aritmiyalar qeyd olunmuşdur. Bu cür xəstələrdə başlanğıc dozanı azaltmalı və ilk simptomlar üzə çıxdıqda preparatın qəbulunu dayandırmaq lazımdır.

TRENTİLİN ampula bəzi xəstələrdə qan təzyiqini azalda bilir, ona görə də antihipertenziv preparatlarla birgə təyin edildikdə, xəstənin təzyiqi nəzarət altında saxlanmalı, ehtiyac olarsa antihipertenziv preparatın dozası azaldılmalıdır.

Ciddi böyrək və qaraciyər çatmazlığı olan xəstələrdə həkim dozanı ləng eliminasiyanı nəzərə alaraq təyin etməlidir.

Əgər TRENTİLİN ampula ilə müalicə zamanı mədə – bağırsaq traktı və ya sinir sistemi ilə əlaqədar əlavə təsirlər meydana çıxarsa, bu təsirlər qəbul olunan doza ilə əlaqədar olarsa, doza azaldılmalıdır. Əgər buna baxmayaraq simptomların meydana çıxması davam edərsə, preparatın qəbulu dayandırılmalıdır.

TRENTİLİN ampula qanaxmanı, protrombinin əmələ gəlməsini az da olsa uzada bilər. Ona görə də trombosit aqreqasiyasını azaldan, antikoaqulyant preparatlarla birgə təyin olunduqda, xüsusilə riskli hallarda ( onikibarmaq bağırsaq xorası, əməliyyatdan sonra) hemoqlobini, qanaxma və protrombinin əmələ gəlməsini nəzarət altında saxlamaq lazımdır.

Hamilələrdə TRENTİLİN ampula yalnız çox vacib olarsa təyin edilir.

Laktasiya dövründə: TRENTİLİN ampula təyin edilmir, çünki ana südünə keçə bilir, yenidoğulmuşun sağlamlığına mənfi təsir edə bilər. Əgər TRENTİLİN ampula ananın sağlamlığı üçün zəruridirsə, bu dövrdə körpə ana südü ilə qidalandırılmamalıdır. 18 yaşdan kiçik xəstələrdə təyinatın təhlükəsizliyi barədə məlumat yoxdur.

Yüksək dozada və ya sürətli infuziya zamanı müşahidə olunur: istilik hissi, dərinin hiperemiyası, mədədə ağırlıq və dolma hissi,ürəkbulanma, qusma, işləmə.

az hallarda: taxikardiya, dəri səpgiləri, qaşınma, urtikariya,başgicəllənmə, baş ağrısı, yuxu pozğunluğu, arterial təzyiqin enməsi

çox az hallarda: angionevrotik ödem, bronxospazm, trombositopeniya, intrahepatik xolestazın inkişafı, qaraciyər transaminazaların səviyyəsinin artması, aseptik meningitin inkişafı.

nadir hallarda: anafilaktik reaksiyalar

Bu reaksiyaların birinci simptomları meydana çıxdıqda preparatın qəbulunu dayandırmalı, həkimə müraciət etməli.

GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR MEYDANA ÇIXSA HƏKİMƏ MÜRACİƏT ETMƏLİ!

TRENTİLİN ampula təzyiqi salmaq qabiliyyətinə malikdir, bunu yanaşı olaraq antihipertenziv preparatlar təyin etdikdə nəzərə almalı.

TRENTİLİN ampula qanaxma müddətini, protrombinin əmələ gəlmə müddətini artıra bilər, bunu yanaşı olaraq trombosit aqreqasiyası ingibitorları və ya antikoaqulyantlar təyin etdikdə nəzərə almaq lazımdır.

Başlanğıcda 1 ampula (100 mq) 5 dəqiqə ərzində və ya məhlulla (qlükoza və ya 0,9 % -li izotonik məhlulla) 120-180 dəqiqə ərzində xəstə uzanmış vəziyyətdə venasına yeridilir. Əgər orqanizm 1 ampulanı yaxşı qəbul etmişdirsə, sonrakı günlərdə doza 100 mq-dan gündə 2-3 dəfə (2-3 ampula), maksimal 400 mq (4 ampula) olmaqla təyin edilir.

Riskli vəziyyətlərdə yüksək dozalar təyin etməməli, simptomlar azaldıqda Trentilinin peroral retard formasına keçməli.

Müalicənin müddəti həkim tərəfindən təyin edilir.

Artıq dozalanma əlamətləri: sifətin qızarması, hipotoniya, yuxululuq, huşun itməsi, istilik hissi . Antidota malik deyildir. Simptomatik və bərpaedici müalicə təyin edilir

Uşaqların əli çatmadığı yerdə, qutuda saxlamalı. Otaq temperaturu 25 0C-dən aşağı yerdə saxlamalı.

TRENTİLİN ampula 100 mq; qutuda 5 ml x 5 ampul

Santa farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli – İSTANBUL/TÜRKİYƏ