Домой / Препарат / Tiofleks məlhəm

Tiofleks məlhəm

Торговое название Tiofleks
Международное название Thiocolchicoside
Код АТХ M03BX05
Лекарственная форма
Xaricə tətbiq etmək üçün məlhəm 0, 25 %
Состав

Bir tübə (30 q) daxildir:

aktiv maddə: tiokolxikozid 0,0750 q,

köməkçi maddələr: polisorbat 80, setil palmitat, natrium lauril sulfat, setil-stearil spirti, lanolin, stearil turşusu, natrium alginat, dimetikon, maye parafin, metilparaben, etilparaben, propilparaben, lavanda essensiyası, təmizlənmiş su.

Описание

Eynicinsli məlhəm olub, açıq - sarı rəngdə xarakterik iyə malikdir.

Фармакотерапевтическая группа

Miorelaksant / mərkəzi təsirli miorelaksant / digər mərkəzi təsirli miorelaksantlar

Фармакокинетика

Tiofleks aktiv maddə olaraq tiokolxikozid tərkiblidir, hansı ki, yarımsintetik maddə olub, təbii qlikozid olan kolxisin və kükürddən alınır.

Tiofleks yerli istifadə zamanı skelet əzələlərinə miorelaksant, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir.

Praktiki olaraq sistem qan dövranına keçmir. Aktiv maddənin 70 %-i preparatın sürtüldüyü sahədə lokalizə olunur.

Фармакодинамика

Tiofleks farmakoloji baxımdan miorelaksant təsir göstərir (əzələ miorelaksantı). Mərkəzi mənşəli əzələ spazmlarını azaldır və ya aradan qaldırır. Məsələn, spastik hipertonuslarda gərilməyə qarşı əzələnin passiv müqavimətini azaldır və ağrılı qeyri- iradi əzələ spazmlarını aradan qaldırır.

Sinir - əzələ sinapsına blokada edici təsiri yoxdur. Təsiri mərkəzi sinir sistemi vasitəsilədir və iflic yaratmır, hərəki sinir ucluqlarının hərəkət potensialı amplitudasını azaldır. Tiokolxikozidin QAYT və qlisinergik reseptorların aqonisti kimi selektiv olaraq mərkəzi miorelaksant təsiri sübut olunmuşdur. Bu səbəbdən reflektorik- revmatik və ya travmatik əzələ spazmlarından əlavə mərkəzi mənşəli əzələ spazmlarında da təsirlidir. Əzələ qüvvəsini təmin edən tonik impulsasiyanı pozmur, bu hərəkəti, qaməti saxlamaq üçün çox vacibdir .

Показания к применению

Tiofleks skelet əzələrinin revmatik ağrıları zamanı, müxtəlif genezli ağrılı reflektorik əzələ spazmı sindromunda yerli istifadədə miorelaksant, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir:

onurğa sütununun degenerativ xəstəlikləri və statik patologiyası: dorsalgiya (beldə ağrı) və lümbalgiya,
boyun əzələlərinin vertebrogen spazmı (keçib gedən əyriboyunluluq – torticolis),
spazmla müşayiət olunan nevroloji pozğunluqlar: servikobraxial nevralgiya, işialgiya və ya oturaq sinirin ağrısı (oturaq siniri nevralgiyası),
idmanla əlaqədar və digər travmatik pozğunluqlar,
əməliyyat sonrası ağrı sindromu
fiziki reabilitasiya dövründə əzələ kontrakturalarının götürülməsi məqsədilə

Противопоказания

15 yaşa qədər yaş dövrü
tiokolxikozidə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq olarsa
əzələlərin hipotoniyası və periferik iflic/parez
hamiləlik dövrü (I üç ay) və laktasiya
antikoaqulyantlarla müalicə və qansızmalara meyllilik

Способ применения и дозы

Həkimin təyinatı ilə istifadə edilir. Dəri səthinə gündə 2-3 dəfə tətbiq olunur.

Побочное действие

Tiokolxikozidə qarşı olan yüksək həssaslıqla və ya uzun müddətli istifadə ilə əlaqədar dermatoloji reaksiyalar yarana bilər.

Особые указания и предостережения

Uzun müddətli istifadə zamanı preparata həssaslıq arta bilər.

Hamiləlik və laktasiya

Dölə təsirinə görə FDA –nın C kateqoriyasına aiddir. Hamiləliyin I üç ayında əks göstərişdir. Sonrakı dövrdə ana üçün xeyri və döl üçün riski nəzərə alaraq təyin edilməlidir.

Tiofleks ana südünə keçir, laktasiya dövründə təyin edilməməlidir.

Nəqliyyat vasitələrindən və ya potensial baxımdan təhlükəli mexanizmlərdən istifadə zamanı preparatın təsir xüsusiyyətləri.

Diqqət tələb edən işlərdə və ya nəqliyyat vasitələrindən istifadə zamanı ehtiyatlı olmalı.

Взаимодействие с другими лекарственными средствами

Digər dərmanlarla qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Tiokolxikozidin təsirinə bənzər preparatlarla istifadə edildikdə diqqətli olmalı.

Передозировка

Artıq dozalanma haqqında məlumat yoxdur.

Упаковка

Tioflex qutusunda alüminium tüb (məlhəm 0,25% , 30 q ) və təlimat-içlik vardır.

Условия хранения

25 0 C –dən aşağı otaq temperaturunda, uşaqların götürə bilməyəcəkləri yerdə saxlanmalıdır.

Срок годности

2 il.

Qutunun üzərindəki yararlılıq müddəti keçərsə istifadə olunmamalı.

Название и адрес изготовителя

Santa farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli – İSTANBUL/TÜRKİYƏ

  Перейти на сайт