Домой / Препарат / TioFleks inyeksiya üçün məhlul

TioFleks inyeksiya üçün məhlul

Торговое название TioFleks
Международное название Thiocolchicoside
Код АТХ M03 BX05
Состав

Təsiredici maddələr:1 ampulun (2ml) möhtəviyyatında 4mq tiokolxikozid vardır.

Köməkçi maddə: natrium-xlorid, inyeksiya üçün həlledici

Описание

Rəngsiz şüşə ampullarda şəffaf sarı rəngli məhlul.

Фармакотерапевтическая группа

Miorelaksant/Mərkəzi təsirli miorelaksantlar/ mərkəzi təsirli digər miorelaksantlar

Фармакокинетика

Tiofleksin aktiv tərkib hissəsi olan tiokolxikozid təbii psevdoalkoloid kolxisin və kükürdün polisintetik birləşməsidir. Tiokolxikozid farmakoloji xüsusiyyətinə görə miorelaksantdır (əzələ miorelaksantı).
Onun miorelaksant təsiri əzələ daxilinə yeridildikdən 30-40 dəq. sonra başlayır və 24 saat davam edir. Əzələ keçiriciliyinin 95%-i bir neçə gündən sonra bərpa olunur. Orqanizimdə yarımparçalanma dövrü 4 saatdır. Sağlam adamlarda böyrəklər (böyrək klirensi 70ml/dəq) və sidiklə ( böyrəkdənkənar klirens 200ml/dəq ) xaric olur. Təkrar yeridilmə zamanı kumulyasiya baş verir. Preparatın təsiri bir neçə gün davam edir.

Фармакодинамика

Tiofleks mərkəzi sinir sistemi tərəfindən baş verən əzələ spazmlarını azaldaraq aradan qaldırır. Miorelaksant təsir həm də visseral əzələlərdə baş verir.

Preparat kurareyəbənzər effektə malik deyildir. Təsir mexanizminə görə mərkəzi təsirli miorelaksantdır, əzələlərdə iflic və əzələnin hərəki plastinkasının potensial amplitudunun azalmasını yaratmır. Əzələlərin artmış reflektor oyanıqlığını aradan qaldırır, lakin

hərəkətlərdə və bədənin düzgün saxlanılmasında iştirak edən əzələ tonusunu enməyə qoymur. Tiokolxikozidin QAYT və qlisinergik sinapslara selektiv aqonist təsiri sübut olunmuşdur. Onun qlisinergik təsiri reflektorik- revmatik və ya travmatik əzələ spazmlarından əlavə mərkəzi mənşəli əzələ spazmlarında da özünü göstərir.

Tiofleks ürək-qan damar sisteminin işinə təsir göstərmir və tənəffüs sistemində problem yaratmır.

Показания к применению

Tiofleks revmatik əzələ ağrıları və müxtəlif mənşəli reflektor əzələ spazmlarında miorelaksəedici və ağrıkəsici təsir göstərir:

Onurğanın statik və degenerativ xəstəlikləri: dorzalgiya (beldə ağrı) və lümbalgiya;
Boyun əzələlərinin vertebrogen spazmı (əyriboyunluğa gətirən-torticollis)
Spastikliklə müşayiət olunan nevroloji pozğunluqlar: servikobraxial nevralgiya, işialgiya, oturaq sinirin nevralgiyası;

İdman və digər travmatik pozğunluqlar;
Əməliyyatdan sonrakı ağrı sindiromu;
Reabilitasiya dövründə əzələ kontrakturasının bərpası.

Противопоказания

15 yaşa qədər uşaqlar;
tiokolxikozidə yüksək həssaslıq;
əzələ hipotoniyası və iflic;
hamiləliyin 1-ci üçaylığı və laktasiya;
antikoaqulyantlarla müalicə və qanaxmalara meyllilik

Способ применения и дозы

Əzələ daxili istifadə etmək üçün məhlul.

Gündə 2 dəfə 4 mq (1 ampula) əzələ daxilinə yeridilir. Güclü spazmlarda müalicə kursu 3-5 gün təşkil edir. Lazım gələrsə müalicəni preparatın peroral forması ilə davam etdirmək ola (5-7 gün müddətində gündə 2 dəfə, hər dəfə 8 mq (2 tablet) qəbul edilir. Fizioterapevtik proseduralara hazırlaşarkən əzələlərin boşalma müddəti əzələdaxili yeridildikdən 30-40 dəq. sonra baş verir.

Побочное действие

Hipotoniya və oyanıqlığın müvəqqəti itirilməsi;
Tiokolxikozidə həssaslığı olanlarda dəri reaksiyası;

Применение у беременных и кормящих женщин

Dölə təsirinə görə FDA-nın C kateqoriyasına aid edilir. Hamiləliyin üçaylığında istifadəsi əks göstərişdir. Digər dövrlərdə anaya olan fayda preparatın dölə təsirindən vacib sayılarsa istifadə oluna bilər.

Ana südünə asanlıqla keçdiyinə görə laktasiya dövründə istifadəsi əks göstərişdir.

Взаимодействие с другими лекарственными средствами

Bu haqda məlumat yoxdur. Eyni təsirli preparatlarla birgə təyin olunduqda ehtiyatlı olmaq lazımdır.

Передозировка

Məlumat yoxdur. Bu zaman simptomatik və bərpaedici müalicə tələb olunur.

Влияние на способность вождения автомобиля и управление движущимися механизмами

Preparatın qəbulu zamanı avtonəqliyyatın idarə olunmasında və diqqət tələb edən işlərdə ehtiyatlı olmaq lazımdır.

Упаковка

2ml-lik 6 ampula, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Условия хранения

250 C-dən yüksək olmayan temperaturda uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Срок годности

2 ildir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Условия отпуска из аптек

Həkim resepti ilə buraxılır.

Название и адрес изготовителя

Santa Farma İlaç Sanai A.Ş

P.K.262, 3461 Şişli – İstanbul/Türkiyə

  Перейти на сайт
Authorization
*
*


Registration
*
*
*


Password generation