TARDİFERON

Ticari adı

TARDİFERON

TARDİFERON

Buraxılış forması:

Şəkər örtüyü ilə örtülmüş,ağ (ağdan açıq bej rənginə qədər),tədricən sorulan tabletlər.Qutuda 30 tablet (hər blisterdə10 tablet)

Örtüklə örtülmüş tabletlər
1 tablet

Dəmir-sulfat,1 ½ H2O – 256,3 mg
Ekvivalent dəmir – 80 mg
Digər inqredientlər: mukoproteaza – 80 mg,
askorbin turşusu – 30 mg

Dəmir defisitli anemiyaların müalicəsi

Dəmir defisitli anemiyaların profilaktikası (o cümlədən hamiləlik və laktasiya dövründə)

Hemolitik anemiya,hemosideroz,hemoxromatoz,aplastik anemiya,B12 vitamininin defisiti ilə əlaqəli meqaloblast anemiya

Preparat uşaqlara təyin olunmamalıdır.Tardiferon tabletlərinin təsadüfi çox sayda qəbulu zamanı süd və çiy yumurta qəbul olunmalıdır ki,bu da dəmir ionlarının MBT-dan tutularaq xaric olunmasına kömək edir.Əgər preparat yeni qəbul olunubsa,qusma yaratmaqla,mədədən xaric etmək olar.Əgər həkim yardımı göstərmək mümkündürsə,mədə 1%-li natrium-bikarbonatın sulu məhlulu ilə yuyulmalı və ya deferoksamin təyin olunmalıdır.

Dəmir ionları MBT-dən tetrasiklinlərin,penisillaminin absorbsiyasını zəiflətdiyi üçün Tardiferonun bu preparatlarla birgə təyini tövsiyyə olunmur.

Qəbul yolu – daxilə

Birdəfəlik doza – 1 tablet

Sutkalıq doza:

Dəmir defisitinin profilaktikası,hamiləlik zamanı yüngül anemiyanın müalicəsi – gündə 1 tablet.

Agır anemiyanın müalicəsi – 1 tabletdən gündə 2 dəfə.

Laktasiya dövründə – gündə 1 tablet

Gündəlik qəbulun sayı:

Fərdi olaraq müəyyən edilir,gündə 1-2 dəfə,qida qəbulundan sonra.

Müalicə kursunun müddəti:

Müalicə kursunun müddəti həkim tərəfindən müəyyən olunur.Hemoqlobinin səviyyəsi qanda normallaşandan sonra müalicə 1-3 ay müddətində 1 tabletdən gündə 1 dəfə,orqanizmdə dəmir ehtiyatını bərpa etmək üçün davam etdirilir.

Farmakoloji xüsusiyyətlərlə bağlı ağırlaşmalar:

Digər peroral dəmir preparatları kimi,Tardiferon kliniki əhəmiyyəti olmayan nəcisin qaralmasına səbəb ola bilər

Nadir hallarda – MBT tərəfindən zəif simptomlar:ürəkbulanma,epiqastral nahiyədə ağrı,diareya,qəbizlik.

Tövsiyyə olunan dozada qəbulu doza aşımı yarada bilməz.Lakin tək-tək hallarda təsadüfi doza aşımı zamanı uşaqlarda ürəkbulanma,qusma,şok vəziyyəti ilə müşaiyət olunan MBT-nın qıcıqlanması və nekrozu müşahidə oluna bilər.Təsadüfi doza aşımı zamanı süd və çiy yumurta qəbul olunmalıdır ki,bu da dəmir ionlarının MBT-dan tutularaq xaric olunmasına kömək edir.Əgər preparat yeni qəbul olunubsa,qusma yaratmaqla,mədədən xaric etmək olar.Əgər həkim yardımı göstərmək mümkündürsə,mədə 1%-li natrium-bikarbonatın sulu məhlulu ilə yuyulmalı və ya deferoksamin təyin olunmalıdır.

Aktiv maddələrin miqdarı:

1 tabletdə

80 mg dəmirə ekvivalent olan dəmir (Fe 2+) sulfat

Otaq temperaturunda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Həkim resepti əsasında

Pyer Fabr Medikament Prodakşn Proqifarm,45500 Jien