SÜRVE YARPAĞI

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

SÜRVE YARPAĞI

SÜRVE YARPAĞI

Bioloji təsir: İltihab əleyhinə, qankəsici, dezinfeksiyaedici, ağrıkəsici, tərqovucu, antiseptik, büzücü və sidikqovucu təcirlərə malikdir.

Ağız boşluğunun və boğazın iltihabi  proseslərində antiseptik vasitə kimi istifadə olunur. Sürvə yarpağı çayının dəmləməsi büzücü və antiseptik vasitə kimi stomatitlərdə, anginada, diş əti qanaxmalarda qarqara şəklində, ginekoloji praktikada isə şırınqa kimi istifadə edilir. Tənəffüs yollarının iltihabi xəstəliklərində bitkinin efir yağı və ya dəmləməsi inhalyasiya kimi tətbiq edilir. Xaricə isə saç tökülməsində, qara gəndalaş çiçəkləri ilə birgə isə hemorroyda istifadə edilir. Sinir sistemini də möhkəmləndirir.

Bir filtr-bağlamanın üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edilir, 5-8 dəqiqə dəmlənir. Otaq temperaturunda soyudulduqdan sonra istifadə edilir.

Xarici qəbul: dərinin cuzi zədələrində yaranan iltihab proseslərində istifadə olunur. Daxili qəbul: Hədsiz tərləmə hallarında.

Spelling error report

The following text will be sent to our editors: