SUPOFEN sirop

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

SUPOFEN sirop

SUPOFEN sirop

Parasetamol 40 mq/ml

Sarı rəngdə, portağal qoxusu və dadı olan mayedir

Parasetamol para-aminofenol(anilin) törəməsi olub, analgetik və antipiretik təsirli dərmanlar qrupuna daxildir. Analgetik və antipiretik təsiri mərkəzi strukturlarda (hipotalamus,onurğa beyin) prostaqlandinlərin (ağrı,iltihab və hipertermik reaksiyaların mediatoru) sintezini blokada etməsilə bağlıdır. Oral qəbulda, 0.5-1 saat sonra qan plazmasında yüksək konsentrasiya toplayır. Analgetik (ağrı kəsici) təsiri 4-5 saat davam edir. Qaraciyərdə metabolizmə uğrayır. Böyrəklər vasitəsi ilə xaric olunur

Qrip və soyuqdəymə simptomlarının aradan qaldırılması (bədəndə ağrılar, qızdırma)
Yüngül və orta ağırlıqda ağrının müalicəsi (baş ağrısı, diş ağrısı ,qulaq ağrısı)
3 gündən artıq davam etməyən qızdırmanın müalicəsi

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq, ağır qaraciyər çatışmazlığı, ağır böyrək çatışmazlığı, 3 aydan kiçik uşaqlar

3 ay – 6 ay -1/2 çay qaşığı (2.5 ml) gündə 3 dəfə

6 ay – 1 yaş -3/4 çay qaşığı (3.75 ml) gündə 3 dəfə

1 – 6 yaş – 1 çay qaşığı (5 ml) gündə 3 dəfə

6 -12 yaş – 2 çay qaşığı (10 ml) gündə 3 dəfə

Həcmi düzgün ölçmək üçün, Piofenin qutusuna 5 ml ölçü qaşığı əlavə olunub.

Supofen siropu qəbul etməzdən əvvəl şüşəni çalxalıyın

Supofen sirop açıldıqdan sonra 6 ay ərzində istifadə edilə bilər (normal şəraitdə saxlamaq şərti ilə)

Aptekdən reseptsiz buraxılır

Laboratorios Basi – İndustria Farmaceutica, SA

Portuqaliya

Spelling error report

The following text will be sent to our editors: