Supofen

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Supofen

Supofen

Parasetamol 125 mq, 250 mq

Köməkçi maddə – bərk yağ.

Parasetamol para-aminofenol (anilin) törəməsi olub, analgetik və antipiretik təsirli dərmanlar qrupuna daxildir. Analgetik və antipiretik təsiri mərkəzi strukturlarda (hipotalamus,onurğa beyin) prostaqlandinlərin (ağrı,iltihab və hipertermik reaksiyaların mediatoru) sintezini blokada etməsilə bağlıdır. Düz bağırsaqdan tez bir zamanda sorularaq qan plazmasında yüksək konsentrasiya toplayır. Analgetik (ağrı kəsici) təsiri 4-5 saat davam edir. Qaraciyərdə metabolizmə uğrayır. Böyrəklər vasitəsi ilə xaric olunur

Qrip və soyuqdəymə simptomlarının aradan qaldırılması (bədəndə ağrılar, qızdırma)
Yüngül və orta ağırlıqda ağrının müalicəsi (baş ağrısı, diş ağrısı, qulaq ağrısı)
3 gündən artıq davam etməyən qızdırmanın müalicəsi

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq

Ağır qaraciyər çatışmazlığı,ağır böyrək çatışmazlığı

3 aydan kiçik uşaqlar

3 ay – 3 yaş: 125 mq şam gündə 1-3 dəfə

3 yaş – 12 yaş: 250 mq şam gündə 1-3 dəfə

Qəbullar arası interval 4-6 saatdan az olmamalıdır.

Simptomların aradan götürülməsindən dərhal sonra müalicə dayandırılmalıdır

12 şam 2 blisterdə qablaşdırılaraq karton qutuya yerləşdirilib

25°C artıq olmayan temperaturda saxlayın.

İşıqdan və nəmişlikdən qorumaq üçün orijinal qablaşmada saxlayın.

Uşaqların əli çatmadığı yerdə saxlayın.

Portuqaliya.Laboratórios Basi – Indústria Farmacêutica, S.A.

Spelling error report

The following text will be sent to our editors: