STRUKTUM

Ticari adı

STRUKTUM

STRUKTUM

Təsiredici maddə – natrium xondroitin sulfat

Köməkçi maddələr – talk,jelatin,titan-dioksid,indiqotin

Toxuma regenerasiyasının stimulyatoru

500 mg-lıq mavi rəngli jelatin kapsullar.Qutuda 60 kapsul blisterlərdə 12X5

Hialin qığırdaqda mübadilə proseslərinə təsir edir,oynaqların qığırdaq toxumasında degenerativ dəyişiklikləri azaldır,qlikozaminqlikanların biosintezini stimulə edir.Struktum preparatı ilə müalicə zamanı zədələnmiş oynaqlarda ağrı azalır,hərəkətlilik yaxşılaşır,QSİƏP-lərə tələbat azalır.Struktum uzunmüddətli təsirə malikdir və osteoartrozun kəskinləşmələrinin sayını azaldır.

Daxilə qəbuldan sonra xondroitin sulfat mədə-bağırsaq traktından tez sorulur.Qanda xondroitin sulfatın ilkin miqdarından asılı olaraq, qan plazmasında maksimal konsentrasiyaya qəbuldan 3-4 saat sonra çatır.Əsasən oynaqların sinovial mayesində toplanır.Biomənimsənilmə – 13%-dir.Böyük hissəsi böyrəklərlə atılır.

Onurğa sütunu və oynaqların degenerativ xəstəlikləri:osteoartrozlar,fəqərəarası osteoxondroz.

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq

Struktumun hamiləlik və laktasiya dövründə istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumatlar yoxdur.

Struktum,daxilə,az miqdarda su ilə birgə qəbul olunur.Böyüklər gündə 1 qr – 500 mg kapsuldan,1 kapsul gündə 2 dəfə qəbul olunur.İlkin müalicə kursunun tövsiyyə olunan müddəti – 6 aydır,preparatın postterapevtik effekti xəstəliyin lokalizasiyasından və stadiyasından asılı olaraq 3-5 ay davam edir.Təkrari müalicə kursunun müddəti həkim tərəfindən müəyyənləşdirilir.

Dəri reaksiyaları:tək-tək hallarda – dəri qaşınması,eritema,dermatit,övrə.

Həzm sistemi tərəfindən:nadir hallarda – ürəkbulanma,qusma.

25 C-dən yüksək olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Həkim resepti əsasında

“Pyer Fabr Medikament Prodakşn”,Fransa,Proqifarm,45500,Jien