Домой / Препарат / Stimol fışıldayan toz

Stimol fışıldayan toz

Торговое название Stimol
Код АТХ А16А А07
Лекарственная форма
STİMOL® peroral gəbul edilən məhlul hazırlamaq uçun fışıldayan toz STİMOL® peroral gəbul edilən məhlul hazırlamaq uçun 10 ml şəffaf məhlul
Состав

Təsiredici maddə: 1 paket 10 ml - 1q sitrullin - malat vardır.

Köməkci maddələr: çiyələk aromatı, povidon, natrium-bikarbonat, maltodekstrin, natrium saxarin.

Описание

Çiyələk aromatlı, ağ rəngli toz. Turş dadlı şəffaf məhlul.

Фармакотерапевтическая группа

Asidoz əleyhinə metabolik korrektor. Metabolik proseslərə və həzm sisteminə təsir edən dərman vasitələri. Amin turşuları və onların törəmələri. Sitrullin malat

Фармакологическое действие

Stimol-hüceyrə səviyyəsində enerji sintezi mexanizmini aktivləşdirən L-sitrullin və Malatın kombinasiyasıdır.

Malat, neoglukogenez prossesinə daxil olaraq, Krebs siklini stimullaşdırır, laktatın səviyyəsini qanda və toxumalarda azaldaraq, süd turşulu asidozun əmələ gəlməsinin garşısını alır və ATF miqdarını artırır.

Sitrullin –sidik cövhəri sintezini və bədəndən ifrazını aktivləşdirmək üçün ,sidik cövhəri siklinə daxil olan amin turşularından biridir.Beləliklə,Stimol laktat və ammiakın utilizasiyasını təmin edir və, enerji sintezine yardim edərək, huceyrəni, başqa energetik səviyyəyə keçirir.

Stimol – bagirsaqda tez sorulur. 4q malat sitrullinin gəbulundan sonra, maksimal konsentrasiya 45 dəgigə ərzində əmələ gəlir və qanın plazmasında bazal səviyyədən 6-15 dəfə üstün olur.Preparat 5-6 saat ərzində böyrəklərlə ifraz olunur.

Показания к применению

Funksional asteniyanın simptomatik müalicəsi:

Fiziki asteniya;

Psixiki asteniya;

İnfeksion xəstəliklərdən sonrakı asteniya;

Cərrahi əməliyyatdan sonrakı asteniya;

Yaşlıların asteniyası;

Endokrin mənşəli asteniya (şəkərli diabet zamanı);

İdmançıların asteniyası (intensiv məşğələlərdən sonra əzələ ağrılarını aradan qaldırır);

Hipotonik tipli vegetativ damar distoniyası;

Alkoqolizm zamanı abstinent sindrom;

Seksual asteniya.

Ümumi halsızlıq, emosional qeyri-sabitlik, xroniki yorğunluq, iş qabiliyyətinin zəifləməsi, yuxululuq. Fiziki gərginlikdən sonra laktatın toplanması nəticəsində yaranan əzələ ağrılarında və qıcolmalarda istifadəsi məsləhət görülür. Preparat astenovegetativ sindromun yaranmasına səbəb olan xəstəliklərin bərpa dövrü üçün məsləhət görülür.

Противопоказания

Preparata qarşı yüksək həssaslıq. Mədənin və ya 12-barmaq bağırsağın xora xəstəliyi. Hamiləlik və laktasiya dövrü. 6 yaşa gədər uşaqlar.

Способ применения и дозы

Yemək zamanı gəbul edilir. Paketin möhtəviyyatı 100 ml su və yaxud şirinləşdirilmiş içki ilə garışdırılaraq daxilə qəbul edilir.

Böyüklərə: gündə 2-3 dəfə 1 paket.

6 yaşdan yuxarı uşaqlara: gündə 1-2 dəfə 1 paket.

Tövsiyə edilən müalicə kursu – 4 həftə.

Побочное действие

Nadir hallarda epiqastral nahiyədə diskomfort müşahidə oluna bilər.

Hər hansı xoşagəlməz reaksiyaların yaranması zamanı həkimə müraciət etmək lazımdır.

Особые указания и предостережения

Stimolun hər paketində təqribən 100mq Na vardır. Bunu duzsuz pəhrizdə olan xəstələrə təyin edərkən nəzərə almaq lazımdır. Hamiləlik və laktasiya dövründə təyin etmək məsləhət görülmür.

Взаимодействие с другими лекарственными средствами

Geyd olunmayıb.

Передозировка

Geyd olunmayib.

Упаковка

18 paket içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Условия хранения

Otaq temperaturunda (15oC -25oC) və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Срок годности

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Условия отпуска из аптек

Reseptsiz buraxılır.

Название и адрес изготовителя

BİOKODEKS.

7 Galieni küç.94250 Jentilli, FRANSA.

  Перейти на сайт