Домой / Препарат / Spazmobryu tablet

Spazmobryu tablet

Торговое название Spazmobryu
Международное название Hyoscine butylbromide
Код АТХ A03B B01
Состав

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq hiossin (skopolamin) butilbromid vardır. Şəffaf rəngsiz məhlul.

Təsiredici maddə: hər tabletin tərkibində 10 mq hiossin (skopolamin) butilbromid vardır

Фармакотерапевтическая группа

Selektiv M3 xolinoblokator. Qarın boşluğu orqanlarının, MBT-nın funksional pozğunluqlarında istifadə olunan dərman vasitəsi. Butilskopolamin.

Фармакокинетика

Qanın plazma zülalları ilə zəif (10%) birləşir. Əsasən qaraciyərdə metabolizə olunur. Hematoensefalik baryerdən keçmir. Plazmadan yarımxaricolma dövrü 8 saatdır. Dəyişilməmiş şəkildə öd və sidiklə xaric olur.

Фармакодинамика

Hiossin-butilbromid – parasimpatik postqanqlionar sinir uclarında asetilxolinin rəqabət zəminində antaqonistidir. Nikotinəhəssas reseptorlara təsir etmir. Postqanqlionar muska-rinəhəssas reseptorlara asetilxolinin təsirini blokadaya alır. Preparat, əsasən, qarın boşluğunda yerləşən borulu-boşluqlu orqanların saya əzələlərinə təsir göstərir.

Показания к применению

Mədə-bağırsaq traktının spazmları, pilorospazm, spastik kolitlər, spastik qəbizliklər, öd yollarının və mədəaltı vəzi axacaqlarının diskineziyası, böyrək və qaraciyər sancıları, xolesistitlər, pankreatitlər, mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin simptomatik müalicəsi. Ürəkbulanma və qusmanın (o cümlədən cərrahi əməliyyatdan sonra) aradan qaldırılması. Sidik yollarının spazmları. Alqodismenoreya zamanı ağrı sindromu, histero-salpinqoqrafiya, abort və doğuşun stimullaşdırılması zamanı uşaqlıq boynun spazmı. Cərrahi müdaxilənin premedikasiyası. Rentgenoloji, radioloji və endeskopik müayinə metodlarında spazmın və yenitörəmənin differensial diaqnozu üçün. Fosfor-üzvi maddələrlə zəhərlənmələr zamanı (antidot müalicəsi üçün).

Противопоказания

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, paralitik ileus (qıcolma nəticəsində baş verən bağırsaq keçməzliyi), qlaukoma, prostat vəzinin sidiyəgetməni çətinləşdirən hipertrofiyası, mexaniki bağırsaq keçməzliyi, miasteniya, taxiaritmiya, meqakolon.

Способ применения и дозы

Doza, pasiyentin yaşı və xəstəliyin ağırlığı nəzərə alınmaqla fərdi olaraq təyin olunur.

Böyüklərə 10 mq 3-5 dəfə təyin olunur. Böyüklər üçün maksimal gündəlik doza 100 mq-ı keçməməlidir.

Məhlul dəri altına, əzələ daxilinə bir başa yeridilir, venaya isə şırnaq üsulu ilə tədricən 10-20 ml qlükoza məhlulunda və ya 0,9%-li natrium-xlorid məhlulunda və ya venaya damcı üsulu ilə 100-400 ml qlükoza məhlulunda və ya 0,9%-li natrium-xlorid məhlulunda 60-80 damcı/dəq sürətlə yeridilir.

6 yaşdan yuxarı uşaqlara bədən kütləsinin hər kq-na 0,3-0,6 mq hesabı ilə təyin olunur.

Uşaqlar üçün maksimal gündəlik doza – bədən kütləsinin hər kq-na 1,5 mq-dır (100 mq-lıq maksimal gündəlik dozadan artıq olmamaq şərti ilə).

Müalicə müddəti klinik vəziyyətdən asılı olaraq müəyyən edilir.

Побочное действие

Həzm traktına: bəzən – ağızda quruluq, qəbizlik.

Görmə orqanlarına: nadir hallarda – akkomodasiyanın iflici, görmənin pozulması, gözlərin işığa qarşı həssaslığının yüksəlməsi (bunlar müvəqqəti xarakter daşıyır), qlaukomanın kəskinləşməsi.

Digər: bəzən – burunun selikli qişasının quruluğu, dəri örtüklərinin quruluğu, tər ifrazının azalması, taxiaritmiya, sidiyəgetmənin çətinləşməsi, allergik reaksiyalar.

Особые указания и предостережения

Ahıl yaşlı pasiyentlərə ehtiyatla təyin olunmalıdır. Müalicə müddətində alkoqol qəbulu qadağandır.

6 yaş kiçik uşaqlarda Spazmobryunun istifadəsi barədə kifayət qədər məlumat yoxdur.

Применение у беременных и кормящих женщин

Hamiləlik müddətində (xüsusilə, 1-ci trimestrdə) və laktasiya dövründə yalnız o zaman təyin oluna bilər ki, ana üçün fayda döl və ya uşaq üçün potensial riskdən üstün olsun..

Взаимодействие с другими лекарственными средствами

Birlikdə istifadə edildikdə, Spazmobryu trisiklik antidepressantların, antihistamin maddələrin, xinidinin xolinolitik təsirini gücləndirə bilər. Dopamin reseptorlarının anta-qonistləri ilə birlikdə istifadə edildikdə hər iki preparatın effektivliyi azala bilər. Skopalaminlə beta-adrenomimetiklərin birlikdə istifadəsi taxikardiyaya səbəb ola bilər.

Antasidlər, tərkibində kaolin və attapulgid olan ishal əleyhinə preparatlar; ketokonazol, metoklopramid – antixolinergik təsiri zəiflədir

Передозировка

Əlamətləri: göz bəbəklərinin genişlənməsi və işığa reaksiya verməməsi, selikli qişaların quruması, səsin xırıldaması, taxikardiya, hipertermiya.

Müalicəsi: sürətləndirilmiş diurez, fizostiqminin və ya qalantaminin təkrar yeridilməsi; simptomatik və dəstəkləyici müalicə. Qlaukomalı xəstələrə pilokarpin təyin edilir.

Влияние на способность вождения автомобиля и управление движущимися механизмами

Preparatdan istifadə zamanı akkomodasiyanın pozulması mümkündür. Yüksək diqqət tələb edən fəaliyyətlə məşğul olan və nəqliyyat vasitələrini idarə edən şəxslər bunu nəzərə almalıdır.

Упаковка

2 ml/ 20 mq məhlul iki uclu ampullarda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

10 mq tablet N20 blisterlərdə, hər blisterdə 10 tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Условия хранения

25°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Срок годности

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Условия отпуска из аптек

Resept əsasında buraxılır.

Название и адрес изготовителя

BRYUFARMEKSPORT s.p.r.l. 14, De lya Qrott küç., 1020 Brüssel, Belçika.

  Перейти на сайт