SORBİCARD

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

SORBİCARD

SORBİCARD

Koenzim Q10 vitaminəbənzər maddə olub, güclü antioksidant təsirə malikdir. Toxuma tənəffüsünü yaxşılaşdırır. Nəticədə hüceyrələrə faydalı maddələrin daxil olunması üçün enerji verir, miokard və digər orqanların maddələr mübadiləsini gücləndirir .Koenzim Q10 ürək-damar və sinir sistemini və koqnitiv funksiyaları yaxşılaşdırır. Elmi tədqiqatlar göstərir ki, koenzim Q10-nun təbii halda insanın hər bir hüceyrəsinin tərkibində olmasına baxmayaraq, onun miqdarı orqanizmdə yaş artdıqca azalır. Qanda xolesterol səviyyəsini aşağı salmaq üçün statin qəbul edən insanlar bilməlidirlər ki, statin orqanizmdə koenzim Q10-nun miqdarını azaldır.

Tərkibi:Koenzim Q10 400 mq

Vitaminəbənzər maddə

Koenzim Q10 (ubixinon) – endogen mənşəli vitaminəbənzər maddə olub, canlıların qaraciyərində sintez olunur. Koenzim Q10 – hüceyrə daxilində orqanizmin enerji təminatına və toxuma tənəffüsünə cavabdeh olan mitoxondrilərdə ATF sintezində iştirak edir. ATF isə yeganə bioloji enerji mənbəyidir. Koenzim Q10 hüceyrə daxilində yeganə lipofil antioksidantdır. Koenzim Q10 qanda ASLP və triqliseridlərin miqdarını azaldır, digər fermentlərin bioloji təsirini gücləndirir. Koenzim Q10 bütün hüceyrələrin fəaliyyətini aktivləşdirir, orqanizmin müdafiə qabiliyyətini yüksəldir. Sinir hüceyrələrində neyroprotektor təsir edərək apoptozun qarşısını alır, zədələnmiş zonanı məhdudlaşdırır və qısa müddətdə bərpasını təmin edir. Koenzim Q10 cavanlıq vitamini sayılır. Heroprotektor olub hüceyrə qocalmasını ləngidir. Belə ki, orqanizm qocaldıqca yaşlı hüceyrələrdə Koenzim Q10 miqdarı azalır. Koenzim Q10 damar divarı endotel hüceyrələrinin fəaliyyətini tənzimləyərək artmış təzyiqi normaya salır. Ürək əzələsində və koronar damarlarda energetik mübadiləni tənzimləyir, ÜİX, koronar arteriotromboz, miokard infarktın inkişafının qarşısını alır. Koenzim Q10 güclü təbii immunomodulyatordur, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, selikli qişanın bərpasını təmin edir, işemik zonanın hipoksiyasını aradan qaldırır.

Ümumi göstərişləri: orqanizmin təmizlənməsi, çəkinin azaldılması və cavanlaşdırma proqramları, fiziki gərginlik, asteniya, immunodefisit hallar və s.

Kardiologiya: ÜİX (stenokardiya, kəskin Mİ, postinfarkt vəziyyətlər), ürək əməliyyatlarından sonra, kardiomiopatiyalar, xroniki ürək çatışmazlığı, hipertoniya, ateroskleroz, dislipoproteinemiyalarda statin müalicəsinin törətdiyi Koenzim Q10 defisiti zamanı və s.

Endokrinologiya: Şəkərli diabet, piylənmə, metabolik sindrom, tireotoksikoz.

Nevrologiya: Hemorragik və işemik insult, yaddaş zəifliyi, Alsheymer xəstəliyi, miasteniya, nevrasteniya, polineyropatiyalar, nevrozlar.

Urologiya: Xroniki böyrək çatışmazlığı, qlomerulonefrit, nefroskleroz, spermatogenez pozğunluqları, sonsuzluq, varikosele.

Pulmonologiya: xroniki ağciyər xəstəlikləri, uzunmüddətli vərəməleyhinə müalicə.

1 softgeldən sutkada 1 dəfə yemək zamanı qəbul edilir

Nature’s Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Spelling error report

The following text will be sent to our editors: