SOPTRİM-BRU

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

SOPTRİM-BRU

SOPTRİM-BRU

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

SOPTRIM-BRU

Tərkibi

Təsiredici maddə: pediatrik (uşaq üçün) suspenziyanın 5 ml-nin (1 çay qaşığı) tərkibində 40 mq trimetoprim və 200 mq sulfametoksazol vardır.

Köməkçi maddələr: konservantlar, aromatizatorlar, şəkər əvəzedicisi(sorbitol).

Soptrim-Bru kombinəolunmuş antibakterial preparatdır, tərkibində iki təsiredici maddə vardır: sulfometoksazol və trimetoprim. Bu iki komponentin birləşməsi, trimetoprimə və ya sulfometoksazola davamlı olan geniş spektr qrammənfi və qrammüsbət mikroorqanizmlərə qarşı yüksək bakterisid aktivliyi təmin edir.

Soptrim-Brunun aktiv komponentləri mikroorqanizmlərin yaşaması üçün vacib olan fol turşusunun biosintezini sinergik olaraq blokadaya alır və bakterisid təsir göstərirlər.

Soptrim-Bru, əsasən həssas ştammlara qarşı aktivdir (75% ştammlardan artıq), Escherichia coli (enterotoksik ştammalr daxil olmaqla), Proteus mirabilis, Klebsiella pneumoniae, Enterobacter spp., Campylobacter spp., Salmonella typhi, Salmonella non-typhi, Shigella spp., Vibrio cholerae, Yersinia enterocolitica, Brucella spp., Aeromonas hydrophila, Yersinia pestis, Haemophilus influenzae (ampisillinrezistent ştammlar daxil olmaqla), Neisseria meningitidis, Neisseria gonorrhoeae, Streptococcus viridans, Streptococcus pyogenes, Streptococcus agalactiae, Staphylococcus aureus, Staphylococcus epidermidis, Listeria monocytogenes, Chlamidia trachomatis, Nocardia spp., Pneumocystis carinii. Preparatın ən yüksək miqdarı ağ ciyər, böyrək toxumalarında, onurğa beyni mayesində, öddə, sidikdə toplanır.

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilmiş xəstəliklər:

– tənəffüs yollarının – bronxit, pnevmoniya (həmçinin, Pneumocystis carinii tərəfindən törədilmiş), bronxoektatik xəstəlik;

– burun-udlağın yoluxucu xəstəlikləri, otit,

– urogenital infeksiyalar – kəskin və xroniki sistit, pielit, pielonefrit, qonokokk uretriti;

– kəskin və xroniki osteomielit,

– dərinin və yumşaq toxumaların infeksiyaları.

– mədə-bağırsaq infeksiyaları: Shigella və Yersinia enterocolitica tərəfindən törədilmiş enterit, tif və paratif (infeksiyanın daimi daşıyıcıları daxil olmaqla), vəba (rehidratasiya ilə yanaşı).

– brusellyoz, septisemiya (həssas flora tərəfindən törədilmiş), cənubi amerika blastomikozu zamanı da təyin edirlər

Sulfanilamidlərə və trimetoprimə yüksək həssaslıq, ağır böyrək və qaraciyər çatışmazlığı, sarılıq, porfiriya, trombositopeniya, qranulositopeniya, meqaloblast anemiya, dəri xəstəlikləri (Stivens-Jons sindromu, ekssudativ polimorf eritema, Layell sindromu).

Qaraciyər və böyrək zədələnməsi (axırıncı halda Soptrim-Brunun dozası kreatinin klirensinə uyğun azaldılmalıdır) olan xəstələrə, qalxanabənzər vəzin funksiyasının pozulması, hipoqlikemik vasitələrin (sulfonil-sidik cövhəri törəmələrinin), bəzi diuretiklərin qəbulu mümkün olmayan, fol turşusunun ehtimal edilən çatışmazlığı zamanı preparat ehtiyatla təyin olunur.

Soptrim-Brunun üzun müddət qəbulu zamanı periferik qanın tərkibini nəzarətdə saxlamaq lazımdır.

Hamiləlik dövründə, xüsusən də 1-ci trimestrdə, hiperbilirubinemiyası, qlükozo-6-fosfatdehidrogenazanın anadangəlmə çatışmazlığı olan yenidoğulmuş və yarımçıqdoğulmuş uşaq əmizdirən analara Soptrim-Brunun qəbulu qadağan edilir

Soptrim-Bru antikoaqulyantların, hipoglikemik preparatların (sulfonil-sidik cövhəri törəmələrinin), tiopentalın, tiazid diuretiklərinin təsirini gücləndirir.

Paraaminosalisil turşusunun törəmələri ilə və barbituratlarla bir vaxtda qəbulu Soptrim-Bru-nun tərkibində olan trimetoprimin əlavə təsirlərini gücləndirə bilər.

İstifadə etməzdən əvvəl suspenziyanı diqqətlə çalxalamaq lazımdır.

Kəskin infeksiyalar zamanı preparatla müalicə kursu 5 gündən az olmur və xəstəliyin klinik simptomları keçəndən 48 saat sonra davam etdirilir.

Preparat 12 saat intervalla qəbul olunmalıdır (səhər və axşam) gündə 2 dəfə qida qəbulundan sonra.

Tövsiyə olunan dozalar aşağıdakı cədvəldə göstərilib:

Standart doza 5 ml (1 çay qaşığı) Yaş

Yaş həddi

Səhər

Axşam

6 həftəlik – 5 aylıq

½

½

6 aylıq-5 yaş

1

1

6 – 12 yaş

2

2

Ağır infeksiya hallarında preparatın dozası iki dəfə artırıla bilər.

Nadir hallarda epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, diareya, qlossit, stomatit müşahidə olunur, allergik reaksiya ola bilər; dəri səpgisi, vaskulit, düyünlü eritema, ağ ciyərlərin eozinofil infiltrasiyası, interstisial pnevmoniya. Preparatın qəbulu belə hallarda dayandırılır. Çox nadir hallarda periferik qanın tərkibində dəyişiliklər müşahidə olunur: trombositopeniya, leykopeniya, aqranulositoz, aplastik anemiya. Sulfametoksazol böyrək simptomatikası ilə gedən kristallik çöküntü verə bilər; bunun qarşısını almaq üçün Soptrim-Brunun üstündən kifayət qədər maye içilməlidir.

100 ml suspenziya, flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir

15-25°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır

Brufarmeksport s.p.r.l., 14 rü de lya Qrott, 1020 Brüssel, Belçika.

Spelling error report

The following text will be sent to our editors: