Somnum

Ticari adı

Somnum

Somnum

Somnum

Əczaçılıq preparatının istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi: 5ml siropun tərkibinə daxildir:

Qırmızı qonaqotunun ekstraktı (Passiflora incarnata) ………….. 100mq

Mayaotu qozalarının ekstraktı (Humulus lupulus) ………….. 100mq

Bədrənc otunun ekstraktı (Melissa offcinalis) ………….. 100mq

Çobanyastığı otunun ekstraktı (Chamomilla recutita) ………….. 75mq

Cökə çiçəklərinin ekstraktı (Tilia platyphyllos) ………….. 75mq

Lavanda yarpaqlarının efir yağı (Lavanda angustifolia ess.oil) ………….. 2mq

Somnum bitki ekstraktlarının unikal kombinasiyası olub yorğunluq, yuxusuzluq və stress zamanı müsbət təsir göstərir. Somnum tərkibinə daxil olan bitki ekstraktları bir-birini tamamlayaraq psixi gərginlik və emosional labillik zamanı müsbət təsir göstərir, vegetativ-damar distoniyasının müalicəsində uğurla istifadə olunur.

Qırmızı qonaqotunun ekstraktı (Passiflora incarnata)

Yuxugətirici, sedativ, sakitləşdirici, qorxu əleyhinə, əsəbilik, sinir oyanıqlığı əleyhinə, qıcolma əleyhinə, təzyiq salıcı, ürək və sinir sistemini qüvvətləndirən, ağrıkəsici, spazmolitik və qıcolma əleyhinə təsir göstərir və gərginliyi aradan götürür. Passiflora – uşaqlarda və böyüklərdə əsəbilik hissini aradan qaldırır, həmçinin, yuxu pozğunluqları zamanı və ürəkdöyünməni nəzarət altında saxlamaq üçün istifadə olunur. Tam və dərin yuxunu təmin edir. Mərkəzi sinir sisteminə sedativ təsir göstərir. Asılılıq və ya öyrəşmə olmadan yuxusuzluq, əsəbilik, həyəcan və narahatlığın müalicəsi üçün tövsiyyə olunur.

Mayaotu qozalarının ekstraktı (Humulus lupulus)

Təbii sakitləşdirici, spazmolitik, ağrıkəsici, sidikqovucu və iltihab əleyhinə effektinə görə istifadə olunur. Mayaotu mərkəzi sinir sisteminə sedativ təsir göstərir. Yuxunu yaxşılaşdırır. Mayaotu yüksək sinir oyanıqlığı, damarların vegetativ distoniyası zamanı da təyin olunur.

Bədrənc otunun ekstraktı (Melissa offcinalis)

Yüksək antioksidant, sedativ, spazmolitik, ağrıkəsici, antiviral və antibakterial təsirlərə malikdir. Orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.

Təbii sakitləşdirici kimi – stressdə, yuxu pozulmalarında, baş ağrısı, baş gicəllənməsi hallarında istifadə olunur. Spazmolitik qismində – mədə və bağırsaq rahatsızlıqlarında, diskineziyada, meteorizmdə, alqodismenoreyalarda istifadə olunur. Narahatlıq, həyəcan, oyanıqlıq, əsəbilik, gərginlik, emosional qeyri-stabillik kimi halları aradan qaldırır.

Çobanyastığı otunun ekstraktı (Chamomilla recutita)

Sedativ, spazmolitik və hipotenziv təsirlərə malikdir. Yuxusuzluq və əsəbiliyin müalicəsi üçün təbii sedativ vasitədir.

Cökə çiçəklərinin ekstraktı (Tilia platyphyllos)

Cökə çiçəklərinin tərkibindəki bioflavanoidlər iltihabın ekssudativ fazasına təsir etməklə müəyyən iltihab əleyhinə təsir göstərir. Regenerasiyanı yaxşılaşdırır, tər ifrazını stimulə edərək arterial təzyiqi aşağı salır, damarları genişləndirir və hipotenziv təsir göstərir. Sedativ təsir göstərərək yuxunu yaxşılaşdırır.

Lavanda yarpaqlarının efir yağı (Lavanda angustifolia ess.oil)

Sedativ, yuxugətirici, qusma əleyhinə, diuretik və qazqovucu təsir göstərir. Stresslə bağlı baş ağrılarında istifadə olunur, iştahanı artırır, həzmi asanlaşdırır.

Yuxu pozulması, xronik yorğunluq sindromu;

Ø Uşaqlarda hiperaktivlik sindromu;

Ø Mədə bağırsaq traktının spastik ağrıları;

Ø Hipertenziv- Hidrosefalik sindrom (kəllədaxili təzyiq);

Ø Qorxu, narahatçılıq halları, isterik vəziyyət (kompleks müalicədə);

Ø Nevroz və nevrosteniya (kompleks müalicədə);

Ø Klimakterik vəziyyət və premenstrual sindrom;

Ø Vegetativ- Damar distoniyası;

Ø Emosional gərginlik, stress, həyəcan;

Ø Astenonevrotik sindrom;

Ø Arterial hipertenziya, stenokardiya, aritmiya (kompleks müalicədə);

Ø Baş ağrıları;

Ø Uşaq və yeniyetmələrin davranış pozulması (kompleks müalicədə).

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Preparat yeməkdən qabaq təyin edilir. Doza su və ya meyvə şirəsi ilə qatışdırılaraq da verilə bilər.

Yaş

Dozalanma

Qəbul

0 – 1 yaş

2.5 ml

1 – 2 dəfə

1 – 3 yaş

5 ml

1 dəfə

3 – 6 yaş

5 ml

2 dəfə

6 – 12 yaş

5 ml

3 dəfə

Böyüklər

10 ml

2 – 3 dəfə

Səpgilər, vaskulit, ürəkbulanma və taxikardiya.

25°C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə, qutuda saxlanılmalıdır.

Qutu və flakonun üstündə göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır

VEGA İLAÇ KOZMETIK GIDA İMALAT SAN. TIC. LTD. ŞTI. İKITELLI ORGANIZA SAN. BÖLG.

ÇORAPÇILAR SAN. SIT. H BLOK NO:11 BAŞAKŞEHIR/İSTANBUL/TÜRKIYE