SOMMEİL phyt

Ticari adı

SOMMEİL phyt

SOMMEİL phyt

Dolomit 300 mq

Passiflora (Passiflora incarnata) 100 mq

Cökə ağacı (Tilia Grandifolia – flower) 50 mq

Lavanda (Lavendula hybrida – flower) 50 mq

Qriffonia (Griffonia Simplicifolia Seed) 20 mq

Fruktooliqosaxaridlər 10 mq

Sommeil phyt təbii və rahat yuxunu təmin edir.

Dolomit – maqnezium və kalsium ilə zəngin olan təbii karbonatdır. Bu mineral sinir sistemini sakitləşdirir və əzələlərin boşalmasına kömək edir.

Maqnezium – kalsiumun kofaktoru olaraq hüceyrə səviyyəsində əzələ və fermentlərin, eyni zamanda prostaqlandinin, qaraciyər və ürək sisteminin fəaliyyətlərində iştirak edir.

Kalsium – fermentlərin, əzələ, ürək, qaraciyər, bağırsaq və sinir sisteminin fəaliyyətində iştirak edir.

Passiflora – sağlam və rahat yuxunu təmin edir, antispazmolitik və sakitləşdirici təsir edir. Bu bitki adətən yuxusuzluq əleyhinə istifadə edilir.

Cökə – sakitləşdirici təsir edir, baş ağrıları, həyəcan, stres və ürəkdöyünməni aradan qaldırır. Normal yuxunu təmin edir.

Lavanda – gərginliyinin azalmasına kömək edir. Təbii yuxunu təmin edir, baş ağrısını, əsəbi gərginliyi aradan qaldırır.

Qriffoniya – hidroksitriptofanla ( 5-HTR) zəngindir. 5-HTR serotoninin miqdarını artırır. Bu neyromediator əsəbiliyə və aqressivliyə müsbət təsir edir, əhval-ruhiyyəni yaxşılaşdırır, təbii yuxu gətirir. 5-HTR melatonin hormonuna çevrilərək, normal yuxunu təmin edir.

Yuxusuzluq, yuxu pozuntuları
Astenonevrotik sindrom: qıcıqlanma, həyəcan, qorxu hissi, yorğunluq, yaddaş zəifləməsi
Əsəb gərginliyi ilə əlaqədar baş ağrıları, miqren
Yüksək sinir-əzələ qıcıqlanması
Klimakterik sindrom
Veqetodamar distoniyası
Dermatozlar (dəri xəstəlikləri)

12 yaşa qədər uşaqlar.

Yatmazdan qabaq 2 tablet qəbul etməli.

Hamilə qadınlar və süd verən analar preparatı həkim məsləhəti ilə qəbul edə bilərlər.

Gündəlik dozanı aşmağ məsləhət deyil. Əgər preparat yuxululuq verərsə avtomobil və mexanizimləri idarə etmək olmaz.

Heç bir əlavə təsir müşahidə olunmayıb.

Flakonda 60 tablet.

Quru və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalı

SANTE VERTE Ltd.