Sitogrel

Ticari adı

Sitogrel

Sitogrel

1 tabletin tərkibi:  Klopidoqrel 75 mq

Farmakodinamika: Sitogrel secici olaraq ADF-in trombositlərin reseptorları ilə birləşməsini və GPIIb/IIIa kompleksinin aktivləşməsini ləngidir ki, bu da trombositlərin aqreqasiyasının qarşısını alır. Nəticədə tombositlər Klopidoqrelin təsiri altında bütün “həyatı” boyu qeyri-funksional qalırlar. Normal funksiyanın bərpası isə trombositlərin yeniləşməsi ilə bərpa olunur

(təqribən 7-10 gündən sonra). Birinci qəbuldan 2 saat sonra, Sitogrelin dozasından asılı, ilkin nəzərə çarpacaq dəyişiklik

müşahidə olunur. Sitoqrelin təkrar qəbulu (75 mq) trombositlərin aqreqasiyasını nəzərəcarpacaq dərəcədə ləngidir. Antiaqreqant effektı  proqressiv olaraq artır və maksimum vəziyyət 3-7 ci günə alınır. Uzun müddət Sitogrelin terapevtik dozasını (75 mq) qəbul etdikdə trombositlərin aqreqasiyanın tormozlanmasının orta səviyyəsi 40-60% təşkil edir.

Farmakokinetika: Daxilə qəbul edilmiş 75 mq klopidoqrel MBS-dən asanlıqla sorulur.

Klopidoqrel qaraciyərdə sürətlə biotransformasiya olunur. Aktiv metabolitin Cmax Sitogrelin qəbulundan təqribən 1 saat sonra əmələ gəlir. Daxilə qəbul edildikdən 120 saat sonra 50%-sidiklə, təqribən 46%-i nəcislə xaric olunur. Əsas metabolitin yarımparçalanma dövrü 8 saat təşkil edir.

Kəskin koronar sindrom (qeyri-stabil stenokardia, miokard infarkt), stent qoyulma, PKA əməliyyatı keçirən xəstələr daxil olmaqla

v Miokard infarktından sonrakı dövrdə (bir neçə gündən 35 günə qədər)

v İşemik insult( 7-ci günündən başlayaraq)

Periferik damar xəstəliyi (diaqnostik sübut olunmuş halda)

Qulaqcıqların səyrici aritmiyası (atrial fibrilyasiya)

İndividual həssaslığın olması, ağır qaraciyər çatışmazlığı, hamiləlik və laktasiya dövrü, kəskin qanaxmalar (peptik xoralar, kəllədaxili qanaxmalar və s.), 18 yaşa qədər.

Qida qəbulundan asılı olmayaraq daxilə qəbul olunur.

Miokard infarktı, işemik insult və periferik arteriyaların xəstəliyi zamanı 75 mq gün ərzində 1 dəfə qəbul olunur.

Kəskin koronar sindromda (qeyri-stabil stenokardiya və miokard infarkti Q dişinin olmayan vəziyyət)  ilk gün başlangıc doza 300 mq və sonrakı günlər 75 mq gündə 1 dəfə qəbul olunur (AST ilə 75-325 mq dozalarında birlikdə). Müalicənin 3-cü ayı maksimal kliniki effekt müşahidə olunur. Kurs müalicə 1 il davam etdirilir.

Kəskin miokard infarktında (ST seqmentinin artması zamanı) )  ilk gün başlangıc doza 300 mq və sonrakı günlər 75 mq gündə 1 dəfə asetilsalisil turşusu ilə kombinə şəklində qəbul olunur. Kombinə terapiya təhminən 4 həftə davam etdirilir.

75 mq örtüklü tabletlər, №28

Pharmathen, Yunanıstan.