SİTEAL

Ticari adı

SİTEAL

SİTEAL

250 ml-lik yüksək sıxlıqlı xüsusi polimer qablaşdırmada köpüklənən məhlul.

Xlorheksidin qlükonat – 0,1 qr

Heksamidin diizetionat – 0,1 qr

Para-xlormetakrеzol – 0,3 qr

Doldurucular (pH 5) – 100ml-ə qədər

Xarici istifadə üçün antiseptik məhlul

Dərinin işlənməsi üçün antiseptik maddə,həmçinin ginekoloji xəstəliklər – vulvit,vaginit,servisit,genital qaşınma zamanı,o cümlədən uşaqlarda,yeniyetmələrdə,yaşlı qadınlarda selikli qişaların yuyulması üçün.

-uşaqlıq yolu infeksiyalarının profilaktikası (o cümlədən uşaqlıqdaxili kontraseptivlərin istifadəsi zamanı);cinsi yolla ötürülən infeksiyaların profilaktikası

-birincili infeksiyalaşma və superinfeksiyalaşma zamanı dəri xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi

-Tibbi personalın əllərinin,yara səthlərinin antiseptik işlənməsi,yaraların sağalmasının sürətlənməsi üçün və ikincili infeksiyalaşmanın qarşısını almaq üçün

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Preparatın gözə və qulağa (təbil pərdəsinin perforasiyası zamanı) düşməsinə yol verilməməlidir.

Preparatın sistem təsirinin arta biləcəyi hallarda,məs.:bədən səthinin böyük hissəsinin və ya zədələnmiş dəri örtüyünün (yanıq,okklyuziv sarğılar nəticəsində) təkrari işlənməsi zamanı ehtiyatla istifadə olunmalıdır.

Sitealın istifadəsindən sonra dəri bol su ilə yuyulmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadə oluna bilə

Digər antiseptik vasitələrlə qarşılıqlı təsiri (antaqonizm,inaktivasiya və s.) nəzərə alınaraq,eyni vaxtda və ya ardıcıl istifadə olunması məsləhət görülmür.

Preparatın orqanizmə sistem təsiri və heksamidinə qarşı həssaslıq reaksiyaları ( preparatın 1977-ci ildən başlayaraq Fransada istehsalından sonra oxşar həssaslıq reaksiyaları müşahidə olunmamışdır)

25 C-dən yüksək olmayan temperaturda,qaranlıq ,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.Hazırlanmış məhlulu çox saxlamaq olmaz.

Reseptsiz buraxılır.

“Pyer Fabr Medikament Prodakşn”

45 Plas Abel Hans,Bulon,Fransa