SEREDİAL 8 ORE

Ticari adı

SEREDİAL 8 ORE

SEREDİAL 8 ORE

Seredial 8 ORE seçilmiş bitki ekstraktları əsasında hazırlanmış xüsusi buraxılış formalı, maksimal bioyararlılıq və effektivlik baxımından üç qatlı tabletdən ibarət preparatdır.

Patentləşmiş forma: 2 Eksklüziv kompleks

Dianxial ComplexTM – 200mq (Passiflora 100 mq, Yemişan 100 mq)

Stress, həyəcan, qorxu, narahatlıq hissini aradan götürür. Psixi sakitlik verir, arterial təzyiqi normallaşdıran təsir göstərir, artmış ürək döyünmələrini azaldır.

Dianoctem Complex TM -150mq (Pişikotu 100 mq, Melissa 100mq)

Sedativ təsir göstərərək stress zamanı psixi relaksasiyanı təmin edir, əsəbiliyi, gərginliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Nevrosteniya ilə bağlı daxili orqanlarda yaranan sancılara spazmolitik təsir göstərir. Fizioloji və dolğun gecə yuxusunu təmin edir.

2 tablet (maksimum sutkalıq doza)

Dianxial ComplexTM

– Passiflora incarnata L., gülləri, maltodextrin, isovitexin-ə görə hesablanmış standartlaşdırılmış quru ekstraktın tərkibində 3.5%-ə qədər flavanoidlər var

– Yemişan (Crataegus monogyna Jacq.) yarpaq və ləçəkləri, qlukoza, 1.8% miqdarında vitexin-2-ramnoside-a titrlənmiş quru ekstrakt

400 mq

200 mq

200 mq

Dianoctem Complex TM

– Pişikotu (Valeriana Officinalis L.) kökləri, maltodextrin 0.8% valerenik turşusuna titrlənmiş quru ekstrakt

– Melissa (Melissa Officinalis L.) yarpaqları, maltodextrin, 12% rozmarin turşusunun törəmələrinə titrlənmiş ekstrakt

300 mq

200 mq

100 mq

Digər maddələr: Stabilizatorlar: hydroxypropyl methylcellulose, polivinilpolipirrolidone. Antiagglomerantlar: natrium kroskarmelloza, povidone, silisium dioksid, bitki maqnezium stearatı. Örtük agentləri: hydroxypropil methylcellulose, microcrystallik sellüloza, yağ turşularının asetilləşmiş monoqliseridləri. Rəngləyicilər: E171, E172, E131.

Uzun müddətli təsirə malik sedativ fitopreparat.

Seredial 8 ORE kombinə olunmuş bitki ekstraktları əsasında hazırlanmış xüsusi buraxılış formalı, maksimal bioyararlılıq və effektivlik baxımından üç qatlı tabletdən ibarət preparatdır. Dərman differensial sorulmaya (tez, normal və ləng) malik olub, ayrı “Farmasevtik sinif” təşkil edir. 8 saat ərzində qanda stabil konsentrasiyasını saxlayaraq stress, gərginlik, əsəbilik zamanı sakitləşdirici təsir göstərir, fizioliji yuxunu normallaşdırır.

Passiflora incornata sakitləşdirici, yuxu gətirici, qorxu əleyhinə, əsəbilik, sinir oyanıqlığı əleyhinə, qıcolma əleyhinə, təzyiq salıcı, ürək və sinir sistemini qüvvətləndirən təsirə malikdir.

Yemişan ürək fəaliyyətinin funksional pozğunluqlarında, hipertoniya xəstəliyində, stenokardiyada, angionevrozlarda, klimakterik nevrozlarda, yuxusuzluqda, fiziki və zehni yorğunluqda kardiotonik təsirə göstərir.

Pişikotu müxtəlif sinir sistemi xəstəliklərində, ürək – damar sistemi nevrozlarında sakitləşdirici təsir göstərir, yuxusuzluğu aradan qaldırır, ürək fəaliyyətini gücləndirir, eləcə də epilepsiyada qıcolmanın qarşısını alan vasitə kimi işlədilir.

Melissa sakitləşdirici, stress əleyhinə təsirə malikdir, nevrostenik vəziyyətlərdə daxili orqanlarda yaranan spazmlara spazmolitik təsir göstərir.

Seredial 8 ORE differensial sorulmaya malik xüsusi buraxiliş formalı qat-qat tabletlərdən ibarətdir.

1-ci qat Göy qat TEZ SORULMA qatı: SAKİTLƏŞDİRİCİ və STRESS əleyhinə təsir göstərir. 5 dəqiqəyə sorularaq 10 dəqiqə ərzində qanda TCmax yaradir və təsirini 45 dəq.-1 saat saxlayır. Tərkibinə Pişikotu 100 mq daxildir.

2-ci qat Sarı qat LƏNG SORULMA: STABİL SAKİTLƏŞDİRİCİ təsir göstərir, tam relaksasiya verir, fizioloji yuxunu normallaşdırır. 2 saat müddətində sorulur, təsirini 6-8 saat saxlayır. Tərkibinə Passiflora incornata 100 mq daxildir.

3-cü qat Qırmızı qat NORMAL SORULMA: kardiotonik, sakitləşdirici, daxili orqanlara spazmolitik təsir göstərir. 45 -60 dəqiqə müddətində sorulur, təsirini 1-2 saat saxlayır. Tərkibinə Yemişan 100 mq və Melissa 50 mq daxildir.

Differensial sorulma nəticəsində qanda stabil konsentrasiya yaradaraq gündüz saatlarında yuxululuq vermir.

HƏYƏCAN,

TEZ ÖZÜNDƏN ÇIXMA,

STRESS və onunla bağlı YUXUSUZLUQ

YUXU POZULMALARI

NEYROVEGİTATİV POZĞUNLUQLAR: nevroz, depressiya, NSD hipertenziv tip, taxikardiya.

Böyüklər və 15 yaşdan yuxarı yeniyetmələrdə istifadə olunur.Sakitləşdirici və stress əleyhinə təsir üçün: 1 tabletdən gündə 1 dəfə səhərlər qəbul olunur.

Yuxu gətirici və sakitləşdirici təsir üçün: 1-2 tabdən 1dəfə yatmazdan 30 dəqiqə əvvəl qəbul edilir.

Sutkalıq maksimal doza 2 tabletdir.

Seredial 8ORE diqər sedativ preparatlardan fərqli olaraq kəsmə sindromu, öyrəşmə, asılılıq vermir.

nadir hallarda zəiflik müşahidə oluna bilər.

Hamilələr, 15 yaşından kiçik uşaqlar, preparatın tərkibindəki hər hansı bir kompanentə qarşı həssaslığı olan şəxslərdə istifadəsı məsləhət deyil.

MSS-nə tormozlayıcı təsir göstərən dərmanlarla birgə təyin edildikdə onların təsirini gücləndirir.

Sutkalıq dozanı artırmaq məsləhət görülmür.

Tablet № 20.

Karton qutuda 2 blister, hər blisterdə 10 tablet və içlik vərəqi ilə bir yerdə.

Preparat uşaqların əli çatmayan yerdə, otaq temperaturunda (15-30 o), gün şüasi və istilik verən cihazlardan aralı saxlanılmalıdır.

Reseptsiz buraxılı

MEDESTEA BIOTECH S.P.A. Italy

Via Cernaia, 31

10128 Torino(TO)