Serebrakor

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Serebrakor

Serebrakor

Ginkgo Biloba yarpaqlarının quru ekstraktı

Tərkibi:

Hər ampul (5ml) ölçüdə:

Ginkgo biloba yarpaqlarının quru ekstraktı – 17,5 mg

(Ginkgo flavon qlikozidlərinə ekvivalent – 4,2 mq)

Serebrakor güclü antioksidant aktivliyə malikdir, bu təsir onun tərkibindəki flavonoidlərin, terpenoidlərin( ginkqolid, bilobalid) və üzvi turşuların sinergik təsiri ilə təmin olunur. Serebrakor beyin və ətraflar da daxil olmaqla ümumi qan dövranının yaxşılaşmasına kömək edir. Serebrakor arteriya və kapilyarların elastikliyini təmin edərək, mikrosirkulyasiyanın yaxşılaşmasına imkan yaradır. Serebrakor beyin və MSS-nə qan dövranını gücləndirərək, sinir hüceyrələri arasında informasiya ötürülməsinin sürətini artırır. Serebrakor hüceyrələrdə maddələr mübadiləsini,qanın reoloji xüsusiyyətlərini və iri damarlarda vazamator reaksiyaları yaxşılaşdırır. Beyin qan dövranını artırır, beyni oksigen və qlükoza ilə təmin edir. Damargenəldici təsir göstərir , trombositlərin aqreqasiyasını azaldır.Sərbəst radikalların yaranmasının və hüceyrə membranında lipidlərin peroksid oksidləşməsinin qarşısını alır. Baş beyin və ətraf toxumalarda ödeməleyhinə təsirə malikdir.

Beyin qan dövranının kəskin (işemik insult) və xroniki pozgunluğu ;
Beyin perfuziyasının və qidalanmasının pozulması (serebro-vaskulyar çatmamazlıq), intellektual fəaliyyətin, diqqət və oyanıqlığın pozulması, başgicəllənmələri, baş ağrısı, qulaqda küy, görmə pozğunluğu, yaddaş zəifliyi, həyəcan, depressiv əhval-ruhiyyə;
Kəllə beyin travmalarının kompleks müalicəsi zamanı (reabilitasiya dövrü);
Vazogenik və metobolik mənşəli vestibulyar pozğunluq, eşitmə pozğunluğu;
Periferik qan dövranı pozğunluğu – aterosklerotik angiopatiya, diabetik angiopatiya qanqrena ağırlaşması ilə, Reyno sindromu.
Şəkərli diabet xəstələrində polineyropatiya və retinopatiya.

Gündə 5 ml, 10 ml ə/d və ya v/d (asta-asta) yeridilməli və ya günaşırı 15 ml v/d yeridilməli;
Kəskin müalicə zamanı gündə 25 ml v/d infuziya və ya inyeksiya şəklində;
Daha ağır hallarda gündə 25 – 50 ml v/d infuziya və ya inyeksiya şəklində.

Çox nadir hallarda mədə-bağırsaq sistemində narahatlıqlar, ürək bulanma, qan dövranı pozğunluğu (arterial təzyiqin enməsi, baş gicəllənmə, baş ağrı, istisna hallarda aritmiya), yuxusuzluq və dəridə allergik reaksiyalar.

5 ml-lik №10 ampul

Daewon, Cənubi Koreya

Spelling error report

The following text will be sent to our editors: