SERABİN C

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

SERABİN C

SERABİN C

Təsiredici maddə: 1 ml inyeksiya məhlulunun tərkibində Serebrolizin konsentratı 215,2 mg/ml vardır

Köməkçi maddələr: natrium-hidroksid,inyeksiya üçün su

Nootrop preparat

Serebrolizin konsentratı aşağı molekulyar çəkili bioloji aktiv neyropeptidlərdən ibarət olub,spesifik multimodal təsirə malikdir,metabolik requlyasiya,neyroproteksiya,funksional neyromodulyasiya və neyrotrofik aktivliyi təmin edir.Beyin toxumasında aerob energetik metabolizmi və hüceyrədaxili zülal sintezini yaxşılaşdırır.Neyronları laktasidozun təsirindən qoruyur,sərbəst radikalların yaranmasının qarşısını alır,aminturşuların zədələyici neyrotoksik təsirini zəiflədir.Serabin – neyrotrofik aktivliyi sübüt olunmuş yeganə peptidergik nootrop preparatdır.Zehni funksiyalara,diqqətin konsentrasiyasına,yaddaş proseslərinə müsbət təsir göstərir.Hematoensefalik baryeri (qanla beyin toxuması arasındakı baryer) keçərək,hüceyrədaxili mübadiləni və sinaptik ötürücülüyü (sinir impulslarının ötürülməsi)yaxşılaşdırır.

Alssheymer tipli senil demensiya,
Insult fəsadları,
Kranioserebral travma
Ensefalit
Beyin qan dövranı pozulmaları (işemik və hemorragik insult)
Uşaqlarda əqli inkişafdan geri qalma
Baş beyində aparılmış cərrahi əməliyyatlar

Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.

– Epilepsiya,epileptik status və böyük konvulsiyalar (Serebrolizinin istifadəsi bu xəstələrdə tutmaların artmasına səbəb ola bilər)

– Ağır dərəcəli böyrək çatışmazlığı

– Allergik diatez

Əğər MAO ingibitorları və antidepressantlar qəbul olunursa dozaları azalmalıdır ( eyni zamanda istifadə zamanı serebrolizin bu preparatların təsirini artıra bilir).

Hamiləliyin I trimestrində və laktasiya dövründə ehtiyatla təyin olunmalıdır.Anaya olan potensial fayda,dölə olan potensial riskdən çoxdursa,təyin oluna bilər.

Adətən gündə iki dəfə 1-5 ml təyin olunur. Ağır simptomlarda – 1-30 ml gündə iki dəfə

– Altsheymer tipli senil demensiya, insult fəsadları – 5-20ml gündə bir dəfə

– Kranioserebral travma (əməliyyatdan sonra, beyin kontuziyası) – 10-60 ml gündə bir dəfə

– Uşaqlar: 1-2ml gündə 1 dəfə

Müalicə kursu 10-20 gün ərzində davam etməlidir.Əzələ daxili 5ml-ə qədər, venadaxili -10ml-ə qədər yeridilə bilər.

Əğər doza 10 ml-dən artıq təşkil edirsə preparat infuziya şəklində venadaxili yeridilməlidir. Bunun üçün preparat 0.9% natrium-xlorid, 5% qlükoza ya da Ringer məhlulunda həll olunaraq 60-120 dəqiqə ərzində yavaş-yavaş yeridilməlidir

Çox nadir hallarda: dəri səpkiləri, yerli damar reaksiyaları, başağrısı, boyun nahiyəsində ağrılar, bel ağrısı, hərarət, dispnoe, titrəmə və şok kimi yüksək həssaslıq və allergik reaksiyalar

– Nadir hallarda: həyəcan, sıxıntı, yuxusuzluq

– Nadir hallarda: mədə-bağırsaq funksional pozğunluqları (iştahanın azalması, diareya, qəbzlik, ürək bulanması və qusma)

Serebrolizin konsentratı 215,2 mg/ml

5 ml məhlul,ampullarda.5 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Yunimedfarm,Koreya

Spelling error report

The following text will be sent to our editors: