SƏNA YARPAĞI

Ticari adı

SƏNA YARPAĞI

SƏNA YARPAĞI

Yanlış qidalanma ilə əlaqəli qəbizlikdə istifadə olunan işlədici vasitə kimi tətbiq olunur. Səna yarpaqları qaraciyər və öd kisəsi xəstəliklərinin müalicəsi zamanı tətbiq edilir. Bağırsaq fəaliyyətini gücləndirir və bunun nəticəsində qəbizliklə mübarizədə tez və effektiv təsir edir. Səna otu bağırsaqlara yumşaq təsir edir və bu səbəbdən səna çayının pediatriyada istifadəsinə icazə verilir.

Səna əsasən xroniki atonik qəbizlik, anus çatları və babasil zamanı işlətmə vasitəsi kimi istifadə olunur. Həmçinin səna ödqovucu təsirə malikdir. Səna çayının istifadəsi həmçinin artıq çəkidən azad olunmağa kömək edir. Səna otu həm qəbizliklə mübarizə aparır, həm də bağırsaqları burada yığılan şlaklar, toksinlər, nəcis daşlarından təmizləyir.

Bir filtr-bağlamanın üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edilir, 5-8 dəqiqə dəmlənir. Otaq temperaturunda soyudulur və axşam yatmazdan öncə qəbul edilir. Xroniki qəbizlik olduqda səhər və axşam qəbul edilir.