SELEKTE

Ticari adı

SELEKTE

SELEKTE

SELEKTE

Güclü antioksidantdır, maddələr mübadiləsinin normal gedişini və hüceyrə funksiyalarını tənzimləyir, qocalma proseslərinin, xərçəngin, şəkərli diabetin və ürək xəstəliklərinin qarşısını alır.

Tərkibi:

Vitamin E (DL- alfa tokoferol asetat) – 400 BV

Vitamin A (Retinol asetat) – 1 mq

Sink – 24.9 mq

Selen – 55 mkq

Vitamin E – yağda həll olan vitamindir. Güclü antioksidantdır. Hüceyrə və hüceyrə daxili membranları zədələyən sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır. Bu da orqanizmin inkişafı, sinir və əzələ sisteminin normal fəaliyyəti üçün çox əhəmiyyətlidir. Vitamin E doymamış yağ turşularının hidrogen peroksidlə oksidləşməsini tormozlayır, eritrositlərin hemolizinin qarşısını alır. Bir çox ferment sisteminin kofermentidir.

Vitamin A – yağda həll olan vitamindir, antioksidantdır, gözlərin, sümüklərin, dəri və saçların sağlamlığı üçün, həmçinin immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Retinol zülal sintezini requlə edir, oksidləşmə – bərpaetmə proseslərində iştirak edir. Qocalma proseslərini ləngidir, yeni hüceyrələrin inkişafı üçün vacibdir.

Selen – güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların mənfi təsirindən qoruyur. Qalxanabənzər vəzin tam funksiyası üçün vacibdir. Selen təbii abortların rast gəlmə tezliyini aşağı salır. Həmçinin embrionda defektlərin yaranmasının qarşısını alır. Eyni zamanda immun sistemi stimulə edir.

Sink – immunomoduləedici, tonuslandırıcı, antioksidant və dermatoprotektiv təsir göstərir. T-limfositlərin normal fəaliyyətinə köməklik edir. DNT, RNT və insulin sintezində iştirak edir. A vitamini sink iştirakı olmadan heç bir funksiya yerinə yetirə bilmir. Orqanizmin qocalmasının qarşısını alır.

Aşağıdakı xəstəliklərin kompleks müalıcəsində istifadə olunur:

Hamiləliyin pozulma riski, Mastopatiya, Sonsuzluq, Dismenoreya, Amenoreya və Klimaks

Kişi cinsiyyət vəzilərinin hipofunksiyası, Xroniki prostatit

Ateroskleroz, Ürəyin işemik xestelik xəstəlikləri və Kardiomiopatiya

Nevrasteniya, Klimakterik vegetativ pozulmalar, Astenik sindrom

Epilepsiya, Alsheymer və Parkinson xəstəliyi

Dermatomiozit, Dermatoz, Psoriaz, Ekzema, Dəmrov

Miopatiya, Makulodistrofiya, Katarakta, Müxtəlif qansızmalar

Hemolitik anemiya, Periferik damar spazmı, Xolestatik sindrom

Əzələ distrofiyası, Oynaqların, Bağ aparatının degenerativ dəyişiklikləri

Diabetik miopatiya

gündəlik qəbulu 1 kapsuldur. Şəkərli diabet xəstələrinə və hamilələrə istifadəsinə icazə verilir.

Adətən E vitamininin qəbulu orqanizm tərəfindən yaxşı qəbul olunur.

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Tar. ve hay. ürün. ürt. paz. san ve tic. Ltd şti. İvedik org. san. mürted yapı koop. 729 sok. No:7 Ankara.

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.