Sefamezin

Ticari adı

Sefamezin

Sefamezin

İnyeksiya üçün məhlulun tərkibi: sefazolin 1qr

Təsiredici maddə: 1 flakonda 1000 mq sefazolin – natrium duzunun tozu vardır.

Həlledici: inyeksiya üçün su – 4 ml

Sefazolin: Geniş təsir spektrli I nəsil sefalosporin qrupu antibiotikdir.

İnyeksiya üçün su: həlledici

Parenteral yeridilmə üçün 1-ci nəsil sefalosporin qrupuna aid olan antibiotikdir. Bakteriyalarin hüceyrə divarlarının sintezini pozaraq bakterisid təsir göstərir.

Gram müsbət aerob bakteriyalar

Gram mənfi aerob bakteriyalar

Staphylococcus aureus

(penisilinaz sintez edənlər daxil olmaqla)

Shigella spp.,

Streptococcus pneumoniae *

Escherichia coli*

Salmonella spp.,

Corynebacterium diphtheriae

Haemophilus influenzae*

Bacillus anthracis

Haemophilus parainfluenzae *

Streptococcus pneumoniae *

Treponema spp., *

Leptospira spp

Neisseria gonorrhoeae *

Neisseria meningitides *

Enterobacter və Enterococcus ştammlarına

Anaerob bakteriyalar

Pseudomonas aeruginosa

Proteus spp.

Mycobacterium tuberculosis,

Serratia spp

Orqanizmin orqan və toxumalarına keçir (oynaqlar, ürək-damar sistemi, qarın boşluğu, böyrəklər və sidikqovucu yollar, orta qulaq, plasenta, tənəffüs yolları, dəri və yumşaq toxuma). Ödqovucu yollarınn funksiyası normal olan xəstələrdə Sefamezin – Dobfarın konsentrasiyası öd kisəsinin toxuması və öddə qanın plazmasında olan miqdardan daha yüksəkdir. Öd yollarının keçməzliyi oldugu halda Sefamezin – Dobfarın öddə olan konsentrasiyası qanın plazma konsentrasiyasından daha azdır. Qaraciyərdə metabolizma uğramır. Yarımxaricolma dövrü T1\2 -1,4-1,8 saatdır, 1 həftəlikdən kiçik olan yenidoğulmuşlarda – 4,5-5 saatdır. Böyrəklərlə ilk 6 saat ərzində – 60%-i, 24 saat ərzində -70-80%-i dəyişilməmiş halda xaric olur. Böyrək funksional pozqunluğu zamanı T1/2 3-42 saat təşkil edir. Hemodializ zamanı orta səviyyədə xaric olur

Yuxarı tənəffüs yollarının infeksiyaları: sinusit, faringit, angina, orta qulağın iltihabı;

Aşağı tənəffüs yollarının infeksiyaları: kəskin və xroniki bronxit, pnevmoniya, ağciyər absesləri;

Sidikçıxarıcı yolların infeksiyaları: kəskin və xroniki pielonefrit, sistit və simptomatik bakteriuriya,

Dəri və yumşaq toxumanın infeksiyaları,

Ginekoloji infeksiyalar, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri,

İntra-abdominal infeksiyalar (peritonit daxil olmaqla),

Sümük və oynaq infeksiyaları (həmçinin bakterial artrit, osteomielit),

İrinli yara və yanıq infeksiyaları,

Cərrahi infeksiyaların profilaktikası məqsədilə (abdominal, uroloji, ginekoloji cərrahi əməliyyatlar)

Sefamezin – Dobfar preparatı əzələdaxilinə və ya venadaxilinə təyin olunur. Preparatın dozası və istifadə qaydası patogen mikrobun həssaslığından, infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq təyin olunur.

Preparatın təyin olunan dozaları:

1 ay – 6 ay : 12 saatta bir 25-50 mq/kq

6 ay – 12 yaş : 12 saatta bir 100-180 mq/kq

Böyüklər: 1 qr sutka ərzində 2 dəfə olmaqla əzələdaxilinə və ya venadaxilinə təyin edilir (12 saat ara ilə).

Flakonu çalxalayıb, məhlulun tam həll olunmasına qədər gözləyin.

Sefamezin – Dobfar 1 qr toz flakonda №1, instruksiya və həlledici ilə birlikdə.

Resept əsasında buraxılır

FACTA PHARMACEUTICI S.p.A.

Nucleo Industriale S. Atto – S. Nicolò a Tordino – 64020

Teramo – Italy