SEDİKUM sirop

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

SEDİKUM sirop

SEDİKUM sirop

10 ml siropun tərkibi:

Təsiredici maddələr:

Enliyarpaq cökə (Tilia platyphyllos) ekstraktı 62.5 mq

Çobanyastığı (Matricaria chamomilla) ekstraktı 62.5 mq

Apigenin maddəsi 0.187 mq

Kaliforniya laləsi (Eschscholtzia californica) ekstraktı 62.5 mq

Protopin maddəsi 0.125 mq

Qriffoniya toxumları (Griffonia simplicifolia) 12.5 mq

5 –HTP maddəsi 1.25 mq

Köməkçi maddələr:

Şirin portağal, gavalı şirəsi, kalium sorbat, natrium benzoat, fruktoza, su

Sakitləşdirici, yuxugətirici vasitə

Enliyarpaq cökə – Təbii yolla sedativ təsir göstərərək yuxunu yaxşılaşdırır. Tər ifrazını stimulə edir və yüngül diuretik təsir göstərir. Damarları genəldir və hipotenziv təsir göstərir.

Çobanyastığı – sedativ, spazmolitik, hipotenziv, köpqovucu, diuretik və iltihabəleyhinə təsirləri var. Gün ərzində əsəbiliyi aradan qaldırır. Tərkibi bioflavonoidlərlə zəngindir. Benzodiazepin reseptorlarına birləşməklə sedativ və anksiolitik effekt göstərir.

Kaliforniya laləsi – flavonoid və alkaloidlərdən ibarət olan bir bitkidir. Sedativ, yuxugətirici, anksiolitik, spazmolitik və ağrıkəsici təsirə malikdir. Ləng yuxu fazasının müddətini uzadır. Gecə enurezində, sinir sisteminin oyanıqlığında, yuxuda diksinmələr və fobiyalarda yüksək effekt göstərir.

Qriffonia toxumları – 5-HTP (5- hidroksitriptofan ) ilə zəngindir. 5-HTP beyində serotonin sintezi üçün istifadə olunan metabolitdir. Serotonin sintezinin artması, yuxu tsiklini və iştahanı normaya salır və əhval- ruhiyyəni yaxşılaşdırır.

Yuxusuzluq
Nevrasteniya, nevroz, nevrozabənzər hallar
Kəllədaxili təzyiqi olan uşaqlar
Həyəcan, gecə diksinmələri, stress, yorğunluq və fobiyalar
Qıcolmalar
Həzm traktının funksional pozğunluqları

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq

Nadir hallarda halsızlıq müşahidə oluna bilər

Spelling error report

The following text will be sent to our editors: