Sano – sprey

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Sano – sprey

Sano – sprey

Konsentrə olunmuş dəniz suyu

Hidroqliserik exinasea ekstraktı

Hidroqliserik kalendula ekstraktı

Natrium hialuronat

Mis qlukonat

Kombinə olunmuş nazal sprey tərkibində mikroelementlər və minerallar saxlayır, bu isə burun yollarının selikli qişasının optimal nəmliyini və təmizliyini təmin edir. Məhlulun mikrodiffuz paylanması burun yollarının tam nəmliyini təmin edərək, burun yollarından patoloji sekresiyanın və digər yad cismlərin xaric olmasını asanlaşdırır.

Preparatın istifadəsindən sonra nəfəsalma asanlaşır, kirpikli epitelinin funksiyası bərpa olunur, bu isə patogenlərə qarşı baryer funksiyanı artırır (soyuq, infeksion agentlər, allergenlər, havanın çirkliliyi)

Burun yollarının gündəlik gigiyenası;
Burun yollarının selikli qişasının quruluğu;
Virus və bakterial mənşəli burun yollarının selikli qişasının iltihabi xəstəlikləri zamanı;
Burun yollarının çirklənməsi;
Lor orqanlarının kəskin və xroniki patologiyaları zamanı (burun boşluğu, burun-udlaq, haymor cibləri);
Allergik rinit;
Vazomator rinit;
LOR orqanlarının patologiyalarının kompleks müalicəsi;
Cərrahi müdaxilədən sonra iltihabi proseslərinn profilaktikası məqsədilə.

Preparat burun yollarına püskürmə üçün nəzərdə tutulmuşdur.

1-2 püskürmə gündə 3 dəfə.

Qeyd: 2 yaşdan kiçik uşaqlara preparatın təyini həkim məsləhəti ilə olunur.

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya.

PHARMALUCE S.r.l. , İtaliya, ita

Spelling error report

The following text will be sent to our editors: