Salvifem Pregna

Ticari adı

Salvifem Pregna

Salvifem Pregna

Salvifem Pregna

Salvifem Pregna tərkibində vitamin,mineral, DHA olan bioloji aktiv əlavədir.Hamiləlikdə DHA-nın istifadəsi dölün, südvermə zamanı isə körpənin beyin və gözlərinin normal inkişafına köməklik edir.

Dəmir,Vit B12, Vit B6 qırmızı qan hüceyrələrinin normal formalaşması üçün vacibdir. Hamiləlik və laktasiya zamanı fol turşusu dölün optimal artması və inkişafı üçün zəruridir.

Tərkibi:

Balıq yağı- 247 mq

DHA-200 mq

Dəmir-30.0 mq

Vitamin C-80.0 mq

Selen-55 mkq

Vitamin E-12.0 mq

Mangan-2.50 mq

Vitamin B3-16.0 mq

Zink-10.0 mq

Kalium-1.00 mq

Vitamin B5-6.00 mq

Flor-2.00 mq

Vitamin D-10.00 mkq

Vitamin B12-2.50 mkq

Vitamin B6-1.40 mq

Vitamin B2-1.40 mq

Vitamin B1-1.10 mq

Fol turşusu-400 mkq

Yod-150 mkq

Biotin-100 mkq

DHA- DHA (dokozaheksan turşusu) essensial (əvəzolunmayan) doymamış yağ turşularına aid edilir. Bu isə orqanizm tərəfindən sintez olunmur, qida vasitəsilə xaricdən qəbul olunur. Dölün normal inkişaf üçün bütün zəruri olan maddələri cift və ana südü vasitəsilə alır. DHA ana südünün ən mühüm Omega-3 yağ turşularından biridir. DHA hamiləlik və laktasiya zamanı ananın sinir sisteminə faydalı təsir göstərir və həmçinin dölün sinir sisteminin, görmə qabiliyyətinin və uşaqların beyninin inkişafında mühüm rol oynayır.

Dəmir – Hemoqlobinin və mioqlobinin əsas tərkib hissəsi olub,oksigenin toxumalara çatdırılmasında rol oynayır. Hamiləliyin planlaşdırılmasında, hamiləlik və posnatal dövrdə dəmirin qəbulu qadın orqanizmi üçün olduqca vacibdir.

Fol turşusu – Qırmızı qan hüceyrələrinin və sinir hüceyrələrinin qişasının yaranmasında iştirak edir, DNT –nin sintezində rol oynayır. Hamiləlik zamanı fol turşusunun qəbulu sinir borusunun defektlərinin və digər hamiləlik ağırlaşmalarının qarşısını alır.

Vitamin D –Sümüklərin və dişlərin formalaşmasında mühüm rol oynayır. Hamiləlik zamanı vitamin D-nin qəbulu kalsiumun sovrulmasına və dölün skletinin düzgün formalaşmasına kömək edir.

B qrup vitaminləri –Antioksidant təsir göstərir, immun sistemin normal fəaliyyətini təmin edir.

Vitamin C və E – bu vitaminlər orqanizmi sərbəst radikalların təsirindən mühafizə edir, lipidlərin peroksidləşməsinin qarşısını alır, DNT və zülalları zədələnmədən qoruyur.

Flor –dişlərin və sümüklərin normal minerallaşma prosesinə köməklik edir.

Sink, Manqan, Selen – birləşdirici toxumanın və bir cox mühüm fermentlərin (qlyütation peroksidaza, superoksiddismutaza) biosintezi üçün vacib elementlərdir. Sink dəmir ilə birlikdə hemoqlobinin və qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə köməklik edir.

Kalium –sinir və əzələlərin normal funksiyası üçün vacib elementdir.

Biotin – yağ turşularının əmələ gəlməsinə köməklik edir, karbohidrat və amin turşularının metabolizmində mühüm rol oynayır. Biotin dərinin, saçın və dırnaqların formalaşması və yenilənməsi üçün vacibdir.

Yod – tiroid hormonlarının sintezi üçün əsas elementdir.Hamiləlik dövründə yoda olan tələbat artdığına görə onun qəbulu dölün beyninin inkişafına kömək edir.

Hamiləliyin planlaşdırılması zamanı, hamiləlik və laktasiya dövründə vitamin və mineral çatışmazlığının profilaktikası və müalicəsi.

1 kapsuldan gündə 1 dəfə yemək arası qəbul olunur .

Heç bir yan təsir qeydə alınmamışdır.Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq ola bilər.

PHARMALUCE S.r.l., İtaliy