Rooibos-Mix

Ticari adı

Rooibos-Mix

Rooibos-Mix

1 paketin tərkibi:

Roybos ekstraktı (”Qırmızı kol”)……….390 mq

Vitamin C (askorbin turşusu)……………. 180 mq

Soyuqdəymə və qrip əleyhinə, immuniteti gücləndirən kombinə olunmuş dadlı içki

Qızdırma ilə muşayət olunan xəstəliklərdə – qızdırmasalıcı və iltihabəleyhinə təsirə malikdir. Güclü iltihabəleyhinə və antibakterial təsirə malikdir. Infeksion xəstəliklər zamanı tez və təhlükəsiz qızdırmanı salır.

Vitamin C antioksidant olmaqla yanaşı, roybos bitkisinin təsir effektini də artırır.

Roybos ekstraktı Cənubi Afrikada bitən bitkidir. Tərkibi mikroelementlər (Fe, K, Na, Ca, Zn, Cu, Mg, F, Mn), antioksidantlar, vitaminlər (A, C, E, P) və s. zəngindir. Aşağıdakı effektlərə malikdir:

Tərkibində kversetin adlı bioflavonoid var: Güclü iltihabəleyhinə və antibakterial təsirə malikdir. Infeksion xəstəliklər zamanı tez və təhlükəsiz qızdırmanı salır, soyuqdəymə əlamətlərini aradan qaldırır.

Tərkibində aspalatin və ya notofagin adlı bioflavonoid var: antiallergik təsir edərək qrip simtomlarının (burun axıntısı, burun tıxanıqlığı, asqırma və s.) qarşısını alır

MBT-nın bütün səthilə sorulur: Tez sorularaq tez effekt göstərir, mədəyə qıcıqlandırıcı təsir göstərmir. Mədə və bağırsaq traktında spazmını aradan qaldırır. Tərkibində kofein olmadığı üçün mədədə turşuluğu qaldırmır.

Tərkibində 9 flavonoid, C vitamini və mikroelementlər (Fe, K, Na, Ca, Zn, Cu, Mg, F, Mn) var: İmmuniteti stimulə edir, orqan və toxumaları sərbəst radikalların təsirindən qoruyur. Yanğı hissini yatırır, orqanizmi susuzluqdan qoruyur. Serotonin hormonunun sintezini artırır, əhval-ruhiyyəni yaxşılaşdırır, sinir sistemini sakitləşdirir.

Tərkibində kofein yoxdur: Uşaqlarda, hamilələrdə, ürək-damar sistemi xəstəliklərində istifadəsi mümkündür. AT-i qaldırmır, ürəkdöyüntüsü yaratmır. Ürək – damar sistemi xəstəliklərinin qarşısını alır. Orqanizm üçün təhlükəsizdir və allergik reaksiya yaratmır

Qrip, soyuqdəymə və yüksək hərarət
Yuxarı tənəffüs yollarının virus infeksiyaları, tez-tez xəstələnən insanlar
Mövsümi və ilboyu təkrarlanan allergik rinit
Yaz aylarında güclü tərləmə, yanğı hissi, əzginlik, baş ağrısı

6 ay – 3 yaş 1/2 paket gündə 1 dəfə

3 – 6 yaş 1/2 paket gündə 2 dəfə

6-12 yaş 1 paket gündə 2 dəfə

12 yaşdan yuxarı və böyüklər 1 paket gündə 2-3 dəfə

Preparat 2/3 stəkan isti və soyuq suda həll olunaraq qəbul olunur.

Hamilələrdə istifadəsi təhlükəsizdir!

N10 paket (suda həll olunan toz)

Aptekdən reseptsiz satılır.

Dr. Scheffler – ALMANİYA