RİBOMUNİL

Ticari adı

RİBOMUNİL

RİBOMUNİL

0,750 mg tabletlər (1 doza),qutuda 4 tablet

1 tabletdə

70% RNT-yə qədər titrlənmiş ribosomlar______________________ 0,750 mg

Klebsielle pneumoniae-nin membran hissəsinin proteoqlikanları ____1,125 mg

Ekssipient __________________________________________________ 1 tabletə qədər.

Bakterial mənşəli immunomoduləedici preparat

Bakterial mənşəli immunomodulyator.Ribomunil – tərkibinə tənəffüs yollarının və LOR-orqanlarının infeksion xəstəliklərinin törədiciləri daxil olan ribosomal-proteoqlikan kompleksdir.Preparatın tərkibindəki ribosomlarda bakteriyaların səthi antigenlərinə identik antigenlər olduğu üçün,orqanizmə düşən zaman,onlar bu törədicilərə qarşı spesifik antitellər yaradırlar (vaksin effekti).Membran proteoqlikanları qeyri-spesifik immuniteti stimulə edərək makrofaqların və polinuklear leykositlərin faqositar aktivliyini artırır,qeyri-spesifik rezistentlik faktorlarını aktivləşdirir.Preparat T- və B-limfositlərin funksiyasını,IgA tipli zərdab və sekretor immunoqlobulinlərin,interleykin-1-in,alfa- və qamma-interferonların sintezini artırır.Bununla da Ribomunilin respirator virus infeksiyalarının profilaktikasındakı effekti izah olunur.Ribomunilin kompleks terapiyada istifadəsi müalicənin effektivliyini artırır,müddətini qısaldır,antibiotik və bronxolitik preparatların istifadəsini azaldır,remissiya dövrünü uzadır.

6 aydan böyük pasiyentlərdə LOR-orqanların residivləşən infeksion xəstəliklərinin (otit,rinit,sinusit,faringit,laringit,angina) müalicə və profilaktikası

-6 aydan böyük pasiyentlərdə tənəffüs yollarının residivləşən infeksion xəstəliklərinin (xroniki bronxit,traxeit,pnevmoniya,infeksiyadanasılı bronxial astma) müalicə və profilaktikası

-Risk qrupu pasiyentlərdə(tez-tez və uzunmüddətli xəstələnən,ekoloji əlverişsiz regionlarda yaşayan,payız-qış fəslinin başlanğıcında,LOR-orqanların xroniki xəstəlikləri,xroniki bronxiti və bronxial astması olan xəstələr,6 aydan böyük uşaqlar və yaşlılar)residivləşən infeksion xəstəliklərin profilaktikası

Autoimmun xəstəliklər

-Preparata qarşı hiperhəssaslıq

Birdəfəlik doza (yaşdan asılı olmayaraq) 0,75 mg-dan 1 tablet təşkil edir.Preparat gündə 1 dəfə,səhərlər acqarına qəbul edilir.

Müalicənin 1-ci ayı profilaktik məqsədlə Ribomunil hər həftənin ilk 4 günü,3 həftə ərzində qəbul olunur.Növbəti 2-5 ay ərzində – hər ayın ilk 4 günü.

Tək-tək hallarda müalicənin əvvəlində keçici olaraq hipersalivasiya (ağız suyu ifrazının artması)ola bilər

Hamiləlik və laktasiya dövründə Ribomunilin effektivliyi və təhlükəsizliyi barədə tədqiqatlar aparılmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi anaya olan potensial fayda,dölə və körpəyə olan potensial riskdən çox olduğu halda mümkündür.

Pasiyentləri müalicənin 2-3 -cü günləri tranzitor bədən hərarətinin artması barədə xəbərdar etmək lazımdır.Bu preparatın terapevtik effektiylə bağlıdır və müalicəni dayandırmağa ehtiyac yoxdur.Hərarətin artması bəzən LOR-orqanların iltihab əlamətləri ilə müşaiyət oluna bilər.

Hal-hazırda preparatın doza aşımı barədə məlumat yoxdur.

Ribomunilin digər dərman qruplarıyla qarşılıqlı təsiri aşkar olunmamışdır.Ribomunili digər dərman preparatlarıyla (antibiotiklər,bronxolitiklər,iltihabəleyhinə preparatlar) birgə istifadə etmək olar.

15-25 C temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Həkim resepti əsasında

Pyer Fabr Medikament Prodakşn”

Proqifarm,45500 Jien