REVIFORCE sirop

Ticari adı

REVIFORCE sirop

REVIFORCE sirop

15 ml siropun tərkibi:

İnqredientlər Miqdarı TGD %
Vitaminlər
Vitamin C (L-askorbin turşusu) 80 mq 100
Vitamin B3-niacin (nikotinamid) 16 mq 100
Vitamin B1 (tiamin hidroxlorid) 1,1 mq 100
Vitamin B2 ( riboflavin 5`- fosfat turşusu) 1,4 mq 100
Vitamin B6 (piridoksin hidroxlorid) 1,4 mq 100
Vitamin A (retinol palmitat) 800 mkq 100
Vitamin D3 (xolekalsiferol) 5 mkq 100
Vitamin B12 (sianokobalamin) 2,5 mkq 100
Vitamin E (alfa-tokoferol) 18 mq 150
Fol turşusu 200 mkq 100

TGD – tövsiyyə olunan gündəlik doza

Multivitamin preparatı

Vitaminlər bədənin həyati funksiyalarını saxlamaq, eləcə də yeni toxumaların yaranması üçün zəruri olan üzvi maddələrdir. REVIFORCE sirop orqanizmin gündəlik tələbatına uyğun miqdarda olan təbii vitamin kompleksidir. Təbii vitaminlər orqanizm tərəfindən yaxşı mənimsənilir. Ona görə ki, onlar təbii yolla bitkilərdən sintez olunan bioloji aktiv əlavələrdir.

REVIFORCE sirop:

– Balanslaşdırılmamış pəhrizi tənzimləyir;

– Immun sistemini (bədənin müdafiə qabiliyyəti) gücləndirir və qoruyur;

– Qəbul etdiyimiz qidanın enerjiyə çevrilməsinə kömək edir.

  • Fiziki və zehni inkişafdan geri qalma: məntiqi təfəkkür, lüğət inkişafı
  • Hipovitaminoz, avitaminoz və polivitaminozun müalicə və profilaktikası
  • İntensiv idman, dieta və qeyri-düzgün qidalanma
  • Tez-tez xəstələnən uşaqlar, iştahasızlıq
  • Müəyyən dərman vasitələri ilə uzunmüddətli müalicələrdən sonra (antibiotik, qurd əleyhinə dərman preparatları)
  • Hamilə və süd verən analar
  • Hiperaktivlik;  Nevrasteniya; Nevroz; Yuxusuzluq zamanı

Uşaqlar:

1-6  yaş: 5 ml gündə 1 dəfə

6-12  yaş: 10 ml gündə 1 dəfə

12 yaşdan yuxarı və böyüklər: 15 ml gündə 1 dəfə

Preparat  yemək  vaxtı daxilə qəbul olunur. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır. Sirop suda və ya meyvə şirəsində durulaşdırıla bilər.

Preparatın tərkibindəki komponentlərə qarşı individual həssaslıq.

Yüksək dozada qəbulu zamanı ürəkbulanma və qusma ilə birlikdə qarın ağrısına da səbəb ola bilər.

 

Quru və qaranlıq yerdə, otaq temperaturda (25°С –dən aşağı) saxlanılmalıdır.

Uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlanılmalıdır.

Sirop 250 ml № 1 flakon

Reseptsiz buraxılır

Laboratórios Basi – Indústria Farmacêutica, S.A.

Parque Industrial Manuel Lourenço Ferreira, Lote 15

3450-232 Mortágua – Portugal