REVIFORCE Kompleks N60

Ticari adı

REVIFORCE Kompleks N60

REVIFORCE Kompleks N60

1 örtüklü tabletin tərkibi:

İnqredientlər Miqdarı TGD %
Vitaminlər
Vitamin C (L – askorbin turşusu) 60 mq 75
Vitamin B3– niasin (nikotinamid) 18 mq 113
Vitamin E (DL – alfa-tokoferol turşusu) 10 mq 83
Vitamin B5-pantoten turşusu (D – kalsium pantoten) 6 mq 100
Vitamin B6 (piridoksin hidroxlorid) 2 mq 143
Vitamin B2 (riboflavin) 1,6 mq 114
Vitamin B1 (tiamin mononitrat) 1,4 mq 127
Vitamin A (retinol asetat) 800 mkq-2500 TV 100
Vitamin B9 –folat (pteroilmonoqlütamin turşusu) 200 mkq 100
Vitamin B7 -biotin (D-biotin) 150 mkq 300
Vitamin K1 (filloxinon) 30 mkq 40
Vitamin D3 (xolekalsiferol) 5 mkq -200 TV 100
Vitamin B12 (sianokobalamin) 1 mkq 40
Karatinoid
Lütein 250 mkq *
Minerallar
Kalsium (kalsium hidrogenfosfat) 162 mq 20
Fosfor (kalsium hidrogenfosfat) 125 mq 18
Maqnezium (maqnezium oksid) 100 mq 27
Kalium (kalium xlorid) 40 mq 2
Xlorid (kalium xlorid) 36 mq 5
Dəmir (dəmir 2 fosfat) 14 mq 100
Sink (sink oksid) 7,5 mq 75
Manqan (manqan karbonat) 2,5 mq 125
Mis (mis sitrat) 0,7 mq 70
Yod (kalium yodid) 150 mkq 100
Xrom (xrom xlorid) 25 mkq 63
Molibden (ammonium molibdat) 25 mkq 50
Selen (natrium selenit) 25 mkq 45

TGD – tövsiyyə olunan gündəlik doza

*tövsiyyə olunan gündəlik doza müəyyən olunmayıb

Polivitamin preparatı

REVIFORCE LUTEIN orqanizmin gündəlik tələbatına uyğun miqdarda lüteinlə zəngin təbii vitamin və mineral kompleksidir. Təbii vitamin və minerallar orqanizm tərəfindən yaxşı mənimsənilir. Ona görə ki, onlar təbii yolla bitkilərdən sintez olunan bioloji aktiv əlavələrdir.

Vitaminlər hüceyrələrin normal metabolizmi üçün lazım olan təbii maddələrdir.

Lütein sarı –narıncı rəngli bitki piqmentidir, mavi işığın (retinal-torlu qişa üçün zərərli) filtridir, müdafiə və neytrallaşdırma xüsusiyyətinə malikdir –spektrin mavi hissəsini udur və bununla da torlu qişaya düşən və onun incə hissəsini zədələyən zərərli şüaları zərərsizləşdirir. Gözün torlu qişasını ultrabənövşəyi şüaların və sərbəst radikalların zədələyici təsirindən qoruyur. Görmə aparatının funksiyasını yaxşılaşdırır. Daxilə qəbul olunan zaman çox hissəsi torlu qişa və büllurda toplanır.

Minerallar da vitaminlər kimi orqanizmə düzgün fəaliyyət göstərmək imkanı verən kofermentlərdir. Onlar insan orqanizminin düzgün maye tərkibi, qan və sümük toxumalarının əmələgəlməsi, həmçinin sinir sisteminin düzgün fəaliyyəti üçün zəruridir.

REVIFORCE ADULT sağlam həyatın təminatı üçün mükəmməl tamamlayıcıdır.

– İmmun sisteminə kömək edir və bədənin təbii müdafiəsini gücləndirir;

– Konsentrasiyanı inkişaf etdirir;

– Qeyri-sabit pəhrizin tənzimləyicisi rolunu oynayır;

– Qəbul etdiyimiz qidanın enerjiyə çevrilməsinə kömək edir.

Hamiləlik zamanı: REVIFORCE ADULT dölün ana bətnində inkişafıni təmin edir. Tərkibindəki lütein (güclü təbii antioksidant) ana bətnində amniotik mayenin antioksidant potensial (BAP)  səviyyəsini artırır və yeni doğulan körpələri perinatal oksidativ  stressin zədələnməsindən qoruyur. Plasentar baryerı aşır, prenatal dövrdə olan körpələrdə göz strukturunun sağlam inkişafını təmin edir.

Laktasiya zamanı: Yeni doğulan körpələrdə bioloji antioksidant potensial (BAP) səviyyəsini artırır, sağlam hüceyrələri oksidativ zədələnmədən qoruyur. Ana südünə keçir, yeni doğulan körpələrdə göz strukturunun sağlam inkişafını təmin edir.

  • Uzun müddət kitab oxuyan və kompyuterlə işləyənlərdə görmə funksiyasını yaxşılaşdırmaq məqsədilə
  • Müxtəlif mənşəli görmə pozulmaları, yaxıngörmə, uzaqgörmə, astiqmatizm
  • Hipovitaminoz və avitaminoz müalicə və profilaktikası
  • Hamiləlik və laktasiya dövründə:

– göz strukturunun sağlam inkişafı

– perinatal oksidativ stressin qarşısını almaq məqsədilə

  • İntensiv idman, dieta və qeyri-düzgün qidalanma
  • 1-ci və 2-ci tip şəkərli diabetin kompleks müalicəsi və diabetik retinopatiya zamanı
  • Vərəmin kompleks müalicəsi zamanı
  • Müəyyən dərman vasitələri ilə uzunmüddətli müalicələrdən sonra (antibiotik, qurd əleyhinə dərman preparatları)

Hamiləlik və laktasiya dövründə:  1 tablet gündə 1 dəfə – 2 ay

11 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 1-2 dəfə

Preparat səhər yeməyindən sonra daxilə qəbul olunur

Preparatın tərkibindəki komponentlərə qarşı individual həssaslıq.

Yüksək dozada qəbulu zamanı ürəkbulanma və qusma ilə birlikdə qarın ağrısına da səbəb ola bilər.

Quru və qaranlıq yerdə, otaq temperaturda (25°С –dən aşağı) saxlanılmalıdır.

Uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlanılmalıdır.

Hər qutuda xüsusi örtüklü tablet № 60 iiçlik vərəqəsi ilə karton qutuya qablaşdırılır

Reseptsiz buraxılır.

Laboratórios Basi – Indústria Farmacêutica, S.A.

Parque Industrial Manuel Lourenço Ferreira, Lote 15

3450-232 Mortágua – Portuqaliya.