QLİSİMAQ B6

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

QLİSİMAQ B6

QLİSİMAQ B6

Maqnezium oksid 300 mq

B6 vitamini 10 mq

Qlisin 115 mq

Melissa 100 mq

Maqneziumun orqanizm üçün olduqca böyük əhəmiyyəti var. O sümük hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdırır, sinir keçiriciliyini tənzimləyir, 300 – dən çox fermentin sintezində iştirak edir. Orqanizimdə maqneziumun defisiti əzələ zəifliyi, tremor, tetaniya, reflektor oyanıqlığın artması, qıcıqlanma, yuxu pozulması, taxikardiya və s. kimi şikayətlərə gətirib çıxarır. Hamilədə maqnezium çatışmazlığı zamanı çox vaxt hestozlar, vaxtından əvvəl doğuşlar, spontan abortlar və diqər təhlükəli ağırlaşmalar baş verir.

B6 vitamini koferment kimi bir çox metabolik proseslərdə, 60-dan çox enzimlərin, neyromediatorların (serotonin, dopamin) sintezində, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Maqneziumun mədə – bağırsaq sistemində daha tez sorulmasına, hüceyrələrə keçib orada saxlanmasına səbəb olur. Hamilələrdə B6 vitamini toksikoz əlamətləri olan ürəkbulanma və qusmanı azaldır, mərkəzi sinir sisteminin oyanıqlığını aradan qaldırır.

Qlisin amin turşu olub, mərkəzi sinir sistemində tormozlayıcı funksiyaları stimulyasiya edən neyromediatordur. O neyronlardan qıcıqlandırıcı amin turşularının ayrılmasını ləngidir, metobolizmi tənzimləyir, antidepressant və sakitləşdirici təsir göstərir. Psixoloji adaptasiya reaksiyalarını sürətləndirir, tez qıcıqlanmanı və aqressivliyi azaldır.

Melissa sakitləşdirici təsirlə yanaşı, spazmolitik və köp əleyhinə təsirə malikdir. Yuxunu normallaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Bu xüsusiyyətlər melissanın tərkibindəki konkret komponentlərin: sitronellalın – güclü sedativ, geraniollanın – spazmolitik, fenilpropanoidlərin –virusəleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir.

Maqnezium və B6 defisiti ilə əlaqədar pozğunluqların profilaktikası və çatışmazlığı zamanı yaranan pozğuluqlar:

Sinir oyanıqlığının artması
Yuxunun pozulması
Qıcıqlanma
Xronik yorğunluq
Həyəcan və qorxu
Əzələ spazmı və ağrıları
ÜİX müalicə və profilaktikası
Taxikardiya
Mədə-bağırsaq traktının funksional pozğunluğu
Uşaqlığın hipertonusu
Hamiləlik toksikozu
Dölün inkişafının ləngiməsi

12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1kapsula gündə 1-2 dəfə istifadə olunur

Qlisimaq B6 –nın komponentlərinə qarşı hiperhəssaslıq və ağır böyrək çatışmazlığı

Mədə-bağırsaq sisteminin funksiyasının pozulması

Hər blisterdə 10 kapsul, 3 blister içlik vərəqə ilə birgə qablaşdırılıb

25 C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır

Biofaktor Sp.z o.o, Polşa

Azərbaycanda rəsmi distribyutor: AzeriMed MMC

Spelling error report

The following text will be sent to our editors: