PUMPAN 20ml

Ticari adı

PUMPAN 20ml

PUMPAN 20ml

 

homeopatik damcı.

PUMPAN®  

Tərkibi :

Təsiredici maddələr: 100 ml PUMPAN®-ın tərkibində Crataegus D1 20 ml, Arnica D6 10 ml, Kalium karbonat D6 10 ml, Digitalis D12 10 ml, Convallaria D12 10 ml.

Köməkçi maddə: 43 %-li etil spirti.

Spesifik iyə malik olmayan, şəffaf sarı rəngdən qırmızımtıl sarı rəngə çalan maye

Kardiovaskulyar pozğunluqların müalicəsi üçün damcı.

Ürəyin işemik xəstəliklərinin, arterial hipertenziyaların, xroniki ürək çatışmazlığının I-II mərhələsinin,

neyrosirkulyator distoniyaların kompleks müalicəsində.

Preparatın komponentlərinə qarşı həssaslıq, alkoqol asılılığı.

Hamiləlik və laktasiya dövründə preparatın qəbulu həkim təyinatı ilə qəbul olunur.

Effektivliyinin daha yaxşı təmin olunması məqsədilə Pumpan®   yeməkdən 30 dəq. əvvəl və ya 1 saat sonra qəbul edilməlidir.

Ürəyin işemik xəstəliyi

 Böyüklər  10 damcı 1-2 ay müddətində gündə 3 dəfə. Vəziyyət stabilləşdikdə gündə 2 dəfəyə keçilir. Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

Arterial hipertenziya

Böyüklər

yeniyetmələr

10 damcı 2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra arterial təzyiqə nəzarət etməklə saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir. Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

I-II mərhələ xroniki ürək çatışmazlığı

Böyüklər

yeniyetmələr

 10 damcı

 

2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir.

 

Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

 

12 yaşa qədər uşaqlar  5 damcı

 

2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir.

 

                                                           Neyrosirkulyator terapiya

Böyüklər

yeniyetmələr

 10 damcı

 

2-3 ay müddətində gündə 3 dəfə.Bundan sonra saxlayıcı terapiya kimi gündə 2 dəfəyə keçilir Daxilə təmiz halda və ya 1 xörək qaşığı suda həll edilməklə, yeməkdən 30 dəq.əvvəl və ya 1 saat sonra ağızda müəyyən müddət saxlamaqla qəbul edilir.

 

Xəstəliyin əvvəlində, həmçinin simptomların yüngülləşməsini sürətləndirmək məqsədi ilə hər 30-60 dəqiqədən bir böyüklər və yeniyetmələr 8-10 damcı , uşaqlar isə 5 damcı ( 8 dəfədən çox olmayaraq) istifadə edə bilər. Yaxşılaşma başlayandan sonra dozanın qəbulu gündə 3 dəfəyə endirilə bilər.

Nadir hallarda ağız suyu ifrazının artması yarana bilər. Hər hansı digər əlavə təsir yaranarsa bu barədə həkimə  müraciət etmək lazımdır.

Preparatın digər dərman vasitələri ilə kliniki əhəmiyyət kəsb edən qarşılıqlı təsiri müşahidə olunmamışdır.

Preparatın tərkibində bitki mənşəli komponentlər olduğundan saxlanma zamanı   az nəzərə çarpan bulanıqlıq, qoxu  və tamın zəifləməsi müşahidə oluna bilər. Bunlar  preparatın effektivliyini aşağı salmır.

20 ml və 50 ml polietilen dozatorla təchiz edilmiş qəhvəyi şüşə flakonlar. Hər flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

25ºC-dən yuxarı olmayan temperaturda, güclü elekrtomaqnit sahəsindən, işıqdan uzaq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

5 il.

Yararlılıq müddəti bitdikdən sonra preparatdan istifadə etmək olmaz

Reseptsiz buraxılır.

Richard Bittner AG, Vyana, Avstriya