PRE-LARGOVİT

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

PRE-LARGOVİT

PRE-LARGOVİT

Təbbi yolla alınmış vitamin-mineral kompleksidir. Pre-largovit hamiləliyə hazırlıq, hamiləlik və süd vermə dövründə istifadə olunur. Dölün böyüməsini təmin edir.

Anadangəlmə eybəcərliklərin qarşısını alır. İmmuniteti gücləndirir.

Hamiləlik zamanı yaranmış qan azlığının qarşısını alır.

Tərkibi:

A vit. (β-karotin) 4000 BV

D vit. (xolekalsiferol) 400 BV

E vit. (d-α tokoferil asetat) 30 BV

C vit. (askorbin turşusu) 120 mq

B1 vit. (tiamin mononitrat) 1,8 mq

B2 vit. (riboflavin) 1,7 mq

Niasin (niasinamid) 20 mq

B6 vit. (piridoksin hidroxlorid) 2,6 mq

Fol turşusu 800 mkq

B12 vit. (sianokobalamin) 8 mkq

Kalsium (kalsium karbonat) 200 mq

Dəmir (ferrum fumarat) 28 mq

Sink (sink oksid) 25 mq

Hamiləlik və laktasiya dövründə istifadə olunan təbii vitamin-mineral kompleksi.

Preparatın farmakoloji xüsusiyyətləri tərkibindəki komponentlərin təsiri ilə bağlıdır.

A vitamini hamiləlik dövründə daha yüksək miqdarda tələb olunaraq ciftin formalaşması və yumşaq toxumaların inkişafı üçün lazımdır. O, həmçinin hüceyrə immunitetinin yüksəlməsinə səbəb olur.

D vitamini orqanizmdə kalsium və fosfatın səviyyəsini tənzimləyir. Bu elementlər sümük və dişlərin inkişafı üçün əvəzedilməzdir. Hamiləlik və ya süd vermə zamanı D vitamini çatışmazlığı uşaqda kalsium çatışmazlığına səbəb ola bilər. Bu da körpənin diş və sümüklərinin inkişafına mane ola bilir.

B qrup vitaminləri maddələr mübadiləsini tənzimləyərək ürəkbulanma və qusmaları azaldır, toksikozları yüngülləşdirir.

Niasin qan dövranını nizamlayır, dərini sağlamlaşdırır, sinir sisteminin normal işləməsinə yardım edir. İnsulin və estrogen, progesteron, testosteron kimi cinsi hormonlarının sintezi üçün həyati rol oynayır.

Ana və döldə enerjinin olmasında iştirak edir. Çatışmazlıq olanda anada iştahanın itməsi, ishal, çəki azlığı, solğunluq və s. kimi əlamətlər yaranır.

Fol turşusu hüceyrələrin bölünmə və böyüməsini təmin edir, sinir borusu qüsurlarının və anadangəlmə eybəcərliklərin qarşısını alır. Perinatal dövrdə fol turşusu qəbul edən hamilələrdə uşaqlığın hipertonusu daha mülayim rast gəlinir.

B12 vitamini dölün qan-damar və sinir sisteminin normal inkişafını tənzimləyir. Bu vitaminin orqanizmdə azlığı anada başgicəllənmə, zəiflik, qanazlığı və s. əmələ gətirir

Е vitamini hamiləlik hormonlarının sintezində iştirak edir, mayalanmış yumurta hüceyrənin uşaqlıq divarına implantasiyasını təmin edir, spontan düşüklərin və vaxtından əvvəl doğuşların qarşısını alır.

C vitamini immuniteti gücləndirir, dəmirin və kalsiumun sorulmasını, iştahanı yaxşılaşdırır.

Dəmir- qan dövranıında iştirak edir, hemoqlabinin tərkibində oksigeni toxumalara daşıyır.

Sink uşaqlıq əzələlərinin yığılma qabiliyyətini tənzimləyir, doğuşdan sonra uşaqlıq atoniyasının qarşısını alır, endokrin sistem vəzilərinin formalaşmasında və hormonların sintezində mühüm rol oynayır.

Kalsium sümük-skelet və əzələ sisteminin formalaşması üçün vacibdir, perinatal dövrdə raxitin qarşısını alır, xüsusilə III trimestrdə ana orqanizmini demineralizasiyadan qoruyur. Bundan əlavə kalsium və dəmirin optimal proporsiyası dəmirin sorulmasına şərait yaradır və B12, C vitamini ilə birlikdə hamiləlik zamanı yaranmış anemiyasının qarşısını alır.

Hamiləliyə hazırlıq, hamiləlik və laktasiya dövrü
Hamiləlik dövrünün toksikozları
Hamiləlik zamanı anemiya
Hamiləlik zamanı bakterial və virus infeksiyaları
Fetoplasentar çatışmazlıq, dölün hipoksiyası

Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslığın olması.

Sutkada 1 həb günün ilk yarısında qəbul edilir.

Nature’s Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir

Spelling error report

The following text will be sent to our editors: