POLIDEKSA fenilefrinlə

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

POLIDEKSA fenilefrinlə

ATC

R01AX30

POLIDEKSA fenilefrinlə

POLIDEKSA fenilefrinlə nazal sprey

POLYDEXA with phenylephrine

Tərkibi (100 ml üçün):

Təsiredici maddələr:

Neomisin sulfat ………………. 1q, 650 000 BV bərabərdir

Polimiksin B sulfat ……………………………. 1 000 000 BV

Natrium deksametazon metasulfobenzoat ……. 0,025 q

Fenilefrin hidroxlorid ………………………………… 0,250 q

Köməkçi maddələr:

Metilparahidroksibenzoat …………………………… 0,100 q

Litium xlorid …………………………………………… 0,340 q

Limon turşusu ………………………………………… 0,280 q

Litium hidroksid ………………………………………. 0,100 q

Makroqol 400 …………………………………………. 5,000 q

Polisorbat 80 ………………………………………….. 0,200 q

Təmizlənmiş su ………………………………… 100 ml qədər

Şəffaf rəngsiz maye

Yerli istifadə üçün qlükokortikosteroid + antibiotiklər (aminoqlikozid və siklik polipeptid) + alfa – adrenomimetik.

Otolarinqologiyada yerli istifadə üçün kombinə olunmuş preparatdır.Burnun selikli qişasına deksametazonun hesabına iltihab əleyhinə,neomisin və polimiksin B antibiotiklərinin hesabına antibakterial təsirə malikdir.Yerli istifadəsi zamanı deksametazon yaxşı sorulur,selikli qişanın iltihabı zamanı onun absorbsiyası artır.Göstərilən bu antibiotiklərin kombinə olunması zamanı burun boşluğunun və burunətrafı ciblərdə infeksion-iltihabi xəstəliklərini törədən qram müsbət və qram mənfi mikroorqanizmlərin çoxuna qarşı antibakterial təsir spektri genişlənir.

Burun boşluğunun,udlaqın,burunətrafı ciblərin iltihab və infeksion xəstəlikləri:

-kəskin və xroniki rinit;

-kəskin və xroniki rinofaringit;

– sinusitlər .

qapalıuclu qlaukomaya şübhə olduqda;

– MAO inhibitorları ilə müalicə;

– virus xəstəlikləri;

– albuminuriya ilə müşayiət olunan böyrək xəstəlikləri,böyrək çatışmazlığı;

– hamiləlik;

– laktasiya dövrü;

– 2,5 yaşa qədər uşaqlar;

– preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Böyüklərə:hər burun dəliyinə bir püskürtmə,gündə 3-5 dəfə.

Uşaqlara (2,5 – 18 yaş):hər burun dəliyinə bir püskürtmə, gündə 3 dəfə.

Müalicə müddəti – 5-10 gün.

Arterial hipertenziya,İÜX,hipertireoidizmi olan xəstələrə ehtiyatla təyin olunmalıdır.

Preparatın gözə düşməməsinə diqqət etmək lazımdır.Preparat gözə və selikli qişalara təsadüfən düşərsə,çoxlu su ilə yaxşı yumaq lazımdır.

Sistem qan dövranına doza həddinin aşılması az inanılandır,çünki preparatın absorbsiyası çox zəifdir.

Yerli allergik reaksiyalar ola bilər. Arzuolunmaz reaksiyalar müşahidə olunduğu zaman, preparatın qəbulunun davam edilməsinin mümkünlüyü barədə həkimlə məsləhətləşmək lazımdır!

Tərkibindəki fenilefrinlə əlaqədardır.Fenilefrin diuretiklərin və hipotenziv DV (o cümlədən metildopanın,mekamilaminın,quanadrelin,quanetidinin) hipotenziv təsirini azaldır.Əgər bu kombinasiyadan qaçmaq mümkün deyilsə,o zaman həkim nəzarəti lazımdır. Digər dərman vasitələri ilə kliniki vacib qarşılıqlı təsiri haqda məlumat aşkar edilməmişdir.

İstifadə zamanı flakonu vertikal vəziyyətdə püskürtücü ucluğu yuxarı tutulmalıdır.

Burun ətrafı cibləri yumaq üçün istifadə etmək olmaz.

İdmançıların diqqətinə:preparatın tərkibində dopinq-kontrol zamanı müsbət effekt verə bilən komponentlər var.

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir

Preparatın nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə təsiri haqqında mənfi məlumat yoxdur.

Nazal sprey.

15 ml-lik bağlanan polietilen qapaqla işıq keçirməyən polietilen flakon püskürtücü ucluq ilə birgə.Hər bir flakon içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

3 il. Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

25 °C -dən yuxarı olmayan temperaturda saxlanmalıdır.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır

Resept əsasında buraxılır.

BUŞARA-REKORDATİ laboratoriyaları,

Fransa

İstehsalçı:

Sofarteks,Fransa

Spelling error report

The following text will be sent to our editors: