PHYTOBEL

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

PHYTOBEL

PHYTOBEL

Tənəffüs yollarının kirpikli epitelisinin sekretor aktivliyini artırır, iltihabəleyhinə, bəlğəmgətirici, antibakterial xüsusiyyətlərə ma

TƏRKİBİ:

100 ml siropun tərkibinə daxildir:

Şam ağacının (Pinus sylvestris L.) maye ekstraktı……………….3 qr

Evkaliptol…………………………………………………………………0.04 qr

Gülxətminin (Althea officinalis L.) maye ekstraktı………………3 qr

Şam ağacının maye ekstraktı efir yağları (limonen, pinen, kadinen, borneola), C, B, K, P vitaminləri, nişasta, qətran ilə zəngindir.

Tənəffüs yollarının kirpikli epitelisinin sekretor aktivliyini artırır, iltihabəleyhinə, bəlğəmgətirici, antibakterial xüsusiyyətlərə malikdir.

Gülxətminin maye ekstraktı selik, pektin, nişasta, polisaxaridlər, fitosterinlə zəngindir.

Bu bitki bronxların selikli qişasını bürüyür və yerli iltihabəleyhinə təsir göstərir, ödemi aradan qaldırır.

Reparativ, bəlğəmgətirici, bürüyücü xüsusiyyətləri var.

Evkaliptol evkaliptin efir yağlarının əsas komponentidir (90%).

Qram müsbət və qram mənfi bakteriyalara, viruslara və göbələklərə öldürücü təsir göstərir. Tənəffüs yollarının kirpikli epitelisinin secretor aktivliyini artırır, antiseptik, bəlğəmgətirici, təravətləndirici, ödem əleyhinə təsir göstərir.

Angina, tonzillit, faringit, laringit
Müxtəlif mənşəli öskürək (o cümlədən siqaret çəkənlərdə)
Pnevmoniya
Bronxial astma
Ağciyər vərəmi

2-10 yaşlı uşaqlar 10 ml gündə 3-4 dəfə

10 yaşdan böyük uşaqlar və böyüklər 15 ml gündə 3-4 dəfə

Su və ya meyvə şirəsi ilə qarışdırıla bilər

Hər hansı komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə həkim məsləhəti ilə.

sirop 200 ml flakonda.

Brupharmexport, Brussels, Belgium

Spelling error report

The following text will be sent to our editors: