Phlebodia 600 N15

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Phlebodia 600 N15

ATC

C05CA03

Phlebodia 600 N15

Koaqreqasiya üsulu ilə hazırlanmış təmiz konsentrə olunmuş Diosmin 600 mq

Angioprotektor, Flebotonik

Flebotonik təsirə malikdir – seçici olaraq aşağı ətraf venalarının divarında toplanır, venaların tonusunu artırır (dozadan asılı effekt), venoz durğunluğu azaldır, limfa drenajı artırır, limfa kapilyarlarının tonusunu və yığılma qabiliyyətini yüksəldir, limfatik təzyiqi azaldır və mikrosirkulyasiyanı yaxşılaşdırır – kapilyarların rezistentliyini artırır, keçiriciliyini azaldır. Leykositlərin damar divarına adgeziyasını və paravenoz toxumaya miqrasiyasını azaldır. Oksigenin dəri toxumalarına perfuziyasını asanlaşdırır, iltihab əleyhinə təsirə malikdir. Adrenalin və noradrenalinin damardaraldıcı təsirini gücləndirir, iltihab prostaqlandinlərini blokada edərək damar divarını və qapaqları zədələnmədən qoruyur, tromboksanı blokada etdiyindən varikoza uğramış damarda laxtalanmanın qarşısını alır.

Koaqreqasiya üsulu ilə hazırlandığından mədə-bağırsaq traktından tez sorulur, TC max 2-5 saatdır. Seçici olaraq aşağı ətrafın səthi venalarında və aşağı boş venanın bütün qatlarında toplanaraq bərabər paylanır. İkili eliminasiyaya malikdir: 79% sidiklə, 11% nəcislə xaric olunur. Enterohepatik sirkulyasiyaya malikdir, damarlarda təsirini 96 saat saxlayır.

Aşağı ətraf venalarının varikoz genişlənməsi, xroniki limfa-venoz çatmamazlıq, babasil, mikrosirkulyasiyanın pozğunluqları, varikosele.

Preparatın kompanentinə qarşı həssaslıq. 18 yaşdan kiçik şəxslər. Hamiləliyin I trimestri, südvermə zamanı preparatın qəbulu məslət görülmür, belə ki, preparatın ana südünə keçməsi haqqında məlumatlar yoxdur.

Hamiləliyin II – III trimestrində istifadə etmək olar. Kliniki praktikada hamilələrdə preparatın istifadəsi zamanı heç bir yan təsir aşkar edilməmişdir. Elmi tədqiqatlar zamanı dölə olan teratogen təsir aşkar edilməmişdir.

Aşağı ətraf venalarının varikoz genişlənməsi və xroniki limfa venoz çatmamazlığın erkən mərhələlərində gündə 1 tablet səhər acqarına, 2 ay ərzində təyin olunur.

Xroniki limfa venoz çatmamazlığın ağır formalarında (ödem, ağrılar, qıcolmalar və s.) müalicə 3 -4 ay aparılmalıdır.

Trofiki xoralar zamanı müalicə kursu 6 ay və daha çox davam etdirilməlidir.

Babasilin kəskinləşməsi dövründə gündə 2-3 tablet yemək vaxtı 7 gün ərzində təyin edilir, daha sonra gündə 1 tablet 1-2 ay ərzində qəbul edilir.

Hamiləliyin II-III trimestri zamanı gündə 1 dəfə 1 tablet təyin edilir. Doğuşa 2-3 həftə qalmış preparatın qəbulu dayandırılır.

Varikoselenin erkən mərhələsində xəstəliyin proqressivləşməsinin qarşısını almaq və vəziyyəti stabilləşdirmək məqsədilə 1 tabletdən 1 dəfə, 1-2 ay ərzində təyin edilir. Əməliyyat önü hazırlıq məqsədilə 1 tablet 10-14 gün ərzində təyin olunur. Varikosele əməliyyatından 10 gün sonra 1 tabletdən 1-2 ay müddətinə təyin olunur. Kobud düyünlər zamanı kurs müalicə 3 ay davam etdirilir.

Flebodia 600 mq N15. 1 blisterdə 15 tablet, hər biri 600 mq olmaqla, 1 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılıb.

Flebodia 600 mq N30. 1 blisterdə 15 tablet, hər biri 600 mq olmaqla, 2 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılıb

30 ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptlə satılır.

Laboratoire INNOTECH INTERNATIONAL, Fransa 

22, avenyu Aristid Brian, 94110 Arkey.

Spelling error report

The following text will be sent to our editors: