PÇELAVİT

Ticari adı

PÇELAVİT

PÇELAVİT

(Çiçək tozu və təbii vitamin kompleksi )

30 ml siropun tərkibi:

Vitamin A (beta-karotin)…..……900 mkq Vitamin B6 (piridoksin)…………2,1 mkq

Vitamin C (askorbin turşusu)…..66,75 mq Vitamin B12 (sianokobalamin)..1.95 mkq

Vitamin D3 (xolekalsiferol)………15 mkq Armud şirəsi………………….…….1,6 q

Vitamin B1 (tiamin)………………1,5 mq Qara quşarmudu şirəsi……………………2 q

Vitamin B2 (riboflavin)…………..1,8 mq Çiyələk şirəsi………………..………..3.2q

Vitamin B3 (niacin)…….………19,05 mq Bal (honey)……………………..….32.35q

Vitamin B5 (pantoten turşusu)……7,2 mq Çiçək tozu…………..………..….639 mq

Pçelavit tərkibi təbii bioloji maddələr və vitaminlərlə zəngin olduğu üçün orqanizmdə bütün metabolik proseslərə təsir göstərir. Vitamin A – mübadilə proseslərini tənzimləyir, görmə orqanının və selikli qişaların normal fəaliyyətini təmin edir. Orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Vitamin D kalsium mübadiləsini tənzimləyir, sümük və dişlərin düzgün minerallaşmasını təmin edir. B qrupu vitaminləri maddələr mübadiləsində iştirak edir, sinir sisteminin və qan dövranının normal iş fəaliyyətini bərpa edir. İmmun sisteminin normal fəaliyyətini təmin edir. Vitamin C orqanizmdə oksidləşmə-bərpaolma proseslərini nizama salır. Karbohidrat mübadiləsində, qanın laxtalanmasında, steroid hormonların və kollagenin sintezində iştirak edir, iştahanı bərpa edir, kapillyarların keçiriciliyini azaldır. Orqanizmin ümumi müqavimətini artırmaqla xəstəliklərin sağalmasında və profilaktikasında iştirak edir.

Çiçək tozu arı yarımfabrikatı olub, insan tərkibi orqanizmin qurulması və inkişafı üçün bütün vacib maddələrlə zəngindir: zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşular, rutin, mikroelementlər, antibiotik, boy stimulyatoru və s. Çiçək tozu təbii stimulyator kimi təsir göstərib enerjini artırır. Tərkibi amin turşularla zəngin olduğundan iştaha mərkəzinə stimulə edici təsir göstərir – iştahanı artırır və “kəsilmə sindromu” vermir. Çiçək tozu lesitin, kefalin və inozitol kimi fosfolipidlərlə zəngin olduğu üçün uşaqlarda koqnitiv funksiyaları yaxşılaşdırır, zehni inkişafı sürətləndirir. Tərkibindəki boy stimulyatorları və nuklein turşuları uşaqların normal inkişafını dəstəkləyir.

Çiyələk, quşarmudu və armud şirəsi – təbii maddələr və antioksidantlarla zəngin olduğundan vitaminlərin orqanizmdə effektini artırır. Çiyələk şirəsi həmçinin qurdqovucu xüsusiyyətə malikdir.

– İştahasızlıq

– İntensiv inkişaf, fiziki və əqli inkişafdan geri qalma (hipotrofiya və distrofiya)

– İmmunodefisit hallar, tez-tez xəstələnmə

– İnfeksion xəstəliklərin sağalma dövrü

– Helmintozların kompleks müalicəsi zamanı

Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması

3 yaşa qədər 1 çay qaşığı gündə 2 dəfə

4-14 yaş 1 çay qaşığı gündə 3 dəfə

Böyüklər 2 çay qaşığı gündə 2 dəfə

Preparat iştaha üçün yeməkdən əvvəl, vitamin kompleksi kimi yeməkdən sonra qəbul olunur.

İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

:Medex – Sloveniya, Almaniya üçün istehsal olunmuşdur.