PAN- CEFTRİAXON

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

PAN- CEFTRİAXON

PAN- CEFTRİAXON

1 flakonun tərkibi: Seftriakson 1000 mq

Həlledici (əzələdaxili inyeksiya üçün): Lidokain hidroxlorid 1% – 3.5 ml

3 nəsil sefalosporinlər qrupuna aid antibiotik

Seftriakson hüceyrə membranının sintezini ingibə edərək bakterisid təsir göstərir. Geniş təsir spektrinə malikdir: aerob qram mənfi, aerob qram müsbət və anaeroblara təsir göstərir.

Qrammənfi bakteriyalar – Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Acinetobacter calcoaceticus, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Morganella morganii, Neisseria meningitidis, Neisseria gonorrhoeae, Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens, Pseudomonas aeruginosa, Citrobacter spp., Salmonella spp., Providencia spp., Shigella spp., Serratia spp., Treponema pallidum. Qrammüsbət bakteriyalar – Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus bovis.
Anaeroblar – Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus species, Peptococcus spp., Bacteroides bivius, Bacteroides melaninogenicus.

Sorulması: Əzələ daxilinə birdəfəlik yeridildikdən sonra 100% sorulur, 2-3 saat sonra plazmada maksimum konsentrasiya toplayır. Paylanması: Seftriakson plazma zülalları ilə qeyri-sabit birləşmələr əmələ gətirir. Bütün orqan və toxumalarda: beyin qabığında, irin mayesində, sinovial, prostat, plevra mayelərində, həmçinin suluq və peritoneal maye, sümük, əzələ, salpingeal toxumalarda yüksək konsentrasiyada toplanır. Yarımatılma dövrü 8 saatdır. Metabolizm: Seftriakson sistem metabolizminə uğramır. Xaric olunması: Əsasən (40-60%) sidiklə, bir hissəsi isə (11-65%) ödlə xaric olur.

Yuxarı və aşağı tənəffüs yollarının infeksion xəstəlikləri
Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri; peritonit
Sidikçıxarıcı yolların infeksion xəstəlikləri
Dəri və yumşaq toxumanın infeksiyaları, irinli yara və yanıq infeksiyaları
Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri
Sümük və oynaq infeksiyaları
Cərrahi infeksiyaların profilaktikası məqsədilə (əməliyyatdan əvvəl və sonra)
Sepsis; meningit
Cinsi orqanların infeksiyaları, qonoreya daxil olmaqla

Penisillinə və sefalosporinlərə qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya

zamanı, vaxtından əvvəl və yenidoğulmuş uşaqlarda hiperbilirubinemiya və sarılıq,

vaxtından əvvəl doğulmuş uşaqlar.

nadir hallarda dəri səpgiləri, allergik reaksiya ola bilər.

Əzələdaxili və ya venadaxili təyin olunur.

Standart rejim dozası: Böyüklər və 12 yaşından böyük uşaqlar: 1 q gündə 1 dəfə təyin olunur. Ağır infeksion xəstəliklər zamanı sutkalıq doza 4 q-a çatdırılır. Müalicə müddəti xəstəliyin dərəcəsindən asılıdır.

Cərrahi infeksiyaların profilaktikası məqsədilə – Cərrahi əməliyyatdan 30-90 dəqiqə əvvəl 1-2 q seftriakson əzələ daxilinə və ya vena daxilinə inyeksiya şəklində təyin olunur.

Yenidoğulmuş uşaqlarda (14 günədək): 20-50 mq/kq doza sutka ərzində təyin olunur.

Yenidoğulmuş uşaqlar (15 gündən yuxarı) və 12 yaşına qədər olan uşaqlar: 20-80 mq/kq doza sutka ərzində təyin olunur. 50 kq-dan böyük uşaqlarda sutkalıq doza böyüklərdə təyin olunan standart rejim dozasıdır.

Qeyd: Venadaxili inyeksiya üçün seftriakson kalsiumsuz (0.9% NaCl, 5% qlükoza, 10% qlükoza və digərləri) məhlulda həll edilir.

Pan-Ceftriaxon 1 q № 1 flakon, içlik vərəqə və həlledici ilə birlikdə karton qutuda.

Panpharma- Fransa

Spelling error report

The following text will be sent to our editors: