Palıd qabığı

Ticari adı

Palıd qabığı

Palıd qabığı

Palıd qabığının dəmləməsi büzücü və iltihab əleyhinə təsir göstərən vasitə kimi gingivitdə, stomatitdə, eləcə də ağız boşluğunun, boğaz və udlağın digər iltihabi proseslərində qarqara şəklində istifadə edilir.

Palıd qabığı dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla istifadə olunur. Bunun üçün çayının dəmləməsi təpitmə şəklində tətbiq olunur. Palıd qabığının tərkibinə büzücü təsirli bir sıra maddələr daxildir.

Palıd qabığının dəmləməsi ishalda, mədə və bağırsaq qanaxmalarında, xoralı kolitdə, enterokolitdə və dezinteriyada da istifadə olunur.Trixomonad kolpitində palıd qabığının dəmləməsi  şırınqa şəklində tətbiq edilir.

İshal zamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı “yığır”.

Babasil, anal çatlar zamanı palıd qabığı dəmləməsi oturaq vannalar üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir – qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.

Palıd qabığı dəmləməsi (qarqara şəklində) damaq problemləri zamanı da çox yaxşı kömək edir – damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Bu dəmləmə dezodorasiyaedici təsirə malikdir və ağız boşluğundakı pis qoxunu aradan qaldırmaq üçün məsləhət görülür.

Palıd qabığı ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.

Palıd qabığı saçlara da çox müsbət təsir edir – möhkəmləndirir, kəpəkdən azad edir.  1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.

Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su əlavə edilir, su vannasında 10 dəqiqə dəmlənir. Soyudulur, süzülür. Qarqara şəklində gündə 8-10 dəfə, digər göstərişlərdə 3-5 dəfə daxilə qəbul edilir.