Домой / Препарат / PAİDOFEBRİL

PAİDOFEBRİL

Торговое название PAİDOFEBRİL
Состав

Hər 5 ml siropda 100mq ibuprofen vardır.

Dadlandırıcı: portağal essensiyası.

Фармакологическое действие

İbuprofen (PAİDOFEBRİL) qeyri steroid iltihabəleyhinə preparatdır. Hərarətsalıcı, ağrıkəsici, iltihabəleyhinə təsir göstərir. Təsir mexanizmi siklooksigenaza fermentinin ingibəsi ilə bağlıdır. İbuprofen prostaqlandinlərin sintezini blokada edir, antiaqreqant təsir göstərir. İltihabi xəstəliklər zamanı ağrıkəsici effekti daha artıq olur.

Показания к применению

İltihabi və infeksion xəstəliklər zamanı hərarəti salmaq məqsədilə
Dayaq –hərəkət sisteminin iltihabi və degenerativ xəstəlikləri (pevmatoidli, xroniki yuvenil, psoriatik artrit, artroz, osteoxondroz, nevralgiya, bursit, tendovaginit)
Posttravmatik ağrılar
Mialgiya,artralgiya,ossalgiya
Diş ağrısı
Baş ağrısı
Miqren
Alqodismenoreya
Adneksit

Противопоказания

Hiperhəssaslıq, mədə -bağırsaq traktında eroziv-xoralı xəstəliklər, “aspirin “ astması, hemofiliya, qaraciyər sirrozu

Способ применения и дозы

Paidofebril yeməkdən sonra peroral qəbul edilir.

Böyüklərə və 12 yaşdan böyük uşaqlarda 20 ml-dən sutkada 3-4 dəfə təyin olunur.

3-6 aylıq uşaqlarda 2,5 ml sutkada 2-3 dəfə

6-12 aylıq uşaqlarda 2,5 ml-dən sutkada 3-4 dəfə

1-3 yaşlı uşaqlarda 5 ml-dən sutkada 3 dəfə

4-6 yaşlı uşaqlarda 7,5 ml-dən sutkada 3 dəfə

7-9 yaşlı uşaqlarda 10 ml-dən sutkada 3 dəfə

10-12 yaşlı uşaqlarda 15 ml-dən sutkada 3 dəfə təyin olunur.

Peyvəndlərdən sonrakı hərarət zamanı 2,5 ml qəbul olunur, lazım gəldikdə 6 saatdan sonra təkrar 2,5 ml qəbul etmək olar (maksimal doza 5ml)

Побочное действие

Bəzi hallarda ürəkbulanma, qusma, mədədə göynəmə, xoralaşma, ağız boşluğunda quruluq, allergik reaksiya müşahidə oluna bilər.

Упаковка

PAİDOFEBRİL 200 ml sirop, plastik qablamada

Название и адрес изготовителя

Laboratorio Aldo-Union (İspaniya)

  Перейти на сайт