OXİMAG

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

OXİMAG

OXİMAG

1 həbin tərkibi:

Maqnezium -250 mq

(maqnezium oksid 333 mq -200 mq sırf maqneziuma ekvivalent miqdardır.)

(maqnezium sitrat 555 mq – 50 mq sırf maqneziuma ekvivalent miqdardır.)

Vitamin B6 (Piridoksin ) – 2 mq

OXİMAG maqnezium və B6 defisitinin bərpası üçün kompleks preparatdır.

Maqnezium həyati vacib element olub neyronların oyanıqlığını azaldır. Əzələlərdə ion balansının tənzimlənməsində mühüm rol oynayır, sinir-əzələ keçiriciliyini zəiflədir. Maqnezium sinir impulslarınıın ötürülməsini və əzələlərin yığılmasını tənzimləyir.Orqanizmdə maqnezium çatışmazlığı qidalanma rejimi pozulduqda (pəhriz) və ya maqneziuma olan tələbat artdıqda (yüksək fiziki və əqli yüklənmə, stress, hamiləlik, diuretiklərin qəbulu) baş verir.

Piridoksin (vitamin B6) bir çox metabolik proseslərdə, sinir sistemi metabolizminin tənzimlənməsində iştirak edir.Vitamin B6 maqneziumun mədə-bağırsaq traktından sorulmasını və hüceyrələrə daxil olmasını yaxşılaşdırır. Vitamin B6, həmçinin dölün sinir sisteminin formalaşmasında xüsusi rol oynayır. Hamiləliyin ilkin həftələrində baş verən toksikozu ardan qaldırır

Fiziki və intellektual yorgunluq;

v MSS-nin xəstəlikləri (nevroz, miqren, yüksək sinir gərginliyi,depressiyalar, yaddaş zəifliyi, yuxusuzluq,neyrodermit);

v Ürək-damar sistemi xəstəlikləri (ÜİX, ürək ritminin pozulması, xolesterinemiya);

v Maqneziuma tələbatın artdığı hamiləlik və laktasiya dövrü;

v Hamiləlik dövründə uşaqlıq əzələsinin hipertonusu zamanı;

v Hamilə qadınlarda dəri qaşınmaları zamanı (hormonal mənşəli);

v Vaxtından əvvəl doğuşların profilaktikası və hamiləlik dövründə ayaq əzələlərinin qıcolması;

v Tez-tez alkoqol qəbulu və uzunmuddətli medikamentoz müalicə (kontraseptivlər, antidepressantlar, antibiotiklər);

v Mədə-bağırsaq traktı spazmı, ağrı, qusma, ishal.

Dərman vasitəsinin hər hansı komponentinə qarşı hiperhəssaslıq,aydın təzahür edən böyrək çatışmazlığı (kreatinin klirensi 30 mq/dəq-dən az olduqda) fenilketonuriya.

1-3 yaşlı uşaqlar ¼ həb gündə 1 dəfə

4-10 yaşlı uşaqlar ½ həb gündə 1 dəfə

11 yaşdan yuxarı 1 həb gündə 1 dəfə

Hamiləlik zamanı 1 həb gündə 1 dəfə

ValueMED Pharm, İTALİYA

Eksklüziv nümayəndə: Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: