OTİPAKS

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

OTİPAKS

OTİPAKS

Qulaq damcısı.

Tərkibi: 16q məhlulun tərkibində 0,64q fenazon və 0,16q Lidokain-hidroxlorid vardır.

Preparat güclü ağrıkəsici və iltihab əleyhinə təsirlərə malikdir.Damızdırandan təqribən 5 dəqiqə sonra,təbil pərdəsində ağrı və iltihab azalmağa başlayır.Ağrı sindromu 15-30 dəqiqə ərzində tamamilə aradan qalxır.

Yerli simptomatik müalicə və aşağıda geyd olunan hallarda, ağrısızlaşdırma məgsədi ilə:

Orta qulaq otitinin kəskin dövrü;

Qripin ağırlaşması nəticəsində baş verən otit;

Barotravmatik otit.

Təbil pərdəsinin yoluxucu və ya travmatik zədələnməsi.Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq .

Böyüklərə və uşaglara ,doğulduğu ilk gündən, xarici qulaq keçəcəyinə gündə 2-3 dəfə 4 damcı damızdırmaq lazımdır.Müalicə müddəti 10 gündən artıq olmamalıdır. Damızdırmaqdan əvvəl ağ qapağı açmaq və damızdırıcını bağlamaq lazımdır. Flakonu çevirərək ,damızdırıcının orta hissəsindən yüngülcə sıxaraq, 4 damcı damızdırmaq lazımdır. İstifadədən sonra ,damızdırıcının ağ başlığını bərk bağlayıb,flakonu qutuya qoymaq lazımdır

Nadir hallarda – yerli reaksiyalar ola bilər:qıcıqlanma,qızartı,qaşınma.

15 ml, plastik qapaqla bağlanmış şüşə flakonlarda. 1 flakon, yumşaq damızdırıcı və içlik vərəqə karton qutuya yerləşdirilir.

25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqlar üçün əl çatmayan yerdə saxlayın.

Flakonu açandan sonra 1 ay müddətində istifadə etmək olar.

Reseptsiz. buraxılır.

BİOKODEX FRANSA

Spelling error report

The following text will be sent to our editors: