OSTEOGENON

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

OSTEOGENON

OSTEOGENON

Buraxılış forması:

Örtüklü,uzunsov,sarımtıl rəngli tabletlər.Qutuda 40 tablet (hər blisterdə 10 tablet).

kalsium-fosfor mübadiləsinin requlyatoru

Təsiredici maddə – ossein-hidroksiapatit birləşməsi (OHB)

Hər örtüklü tabletin tərkibində 830 mg OHB vardır ki,bu da 75 mg qeyri-kollagen zülal/peptid,216 mg kollagen (291 mg osseinə müvafiq);,82 mg fosfor (444 mg hidroksiapatitə müvafiq);178 mg kalsiumdan ibarətdir;doldurucular

Osteogenon sümük toxumasının metabolizminə ikili təsir göstərir:osteoblastlara stimuləedici və osteoklastlara inhibəedici təsir edir.Kalsiumun hidroksiapatitdən tədricən ayrılması qanda kalsiemiyanın qarşısını alır.Hidroksiapatitin kristallizasiyasında iştirak edən fosfor kalsiumun sümüklərdə fiksasiyasına və böyrəklərlə xaric olmasına yardım edir.Preparatın orqanik komponentləri sümük matrisasının formalaşmasını və Osteogenonun protektiv effektini təmin edir

Müxtəlif mənşəli osteoporozun müalicə və profilaktikası

– Sümük sınıqlarının sağalmasının sürətlənməsi

– Hamiləlik və laktasiya dövründə kalsium-fosfor mübadiləsinin tənzimlənməsi

Osteoporoz:həkim təyinatı ilə,2-4 tabletdən gündə 2 dəfə,daxilə

Digər göstərişlər:gündə 1-2 tablet

Osteogenon az miqdarda su ilə qəbul olunmalıdır.

Hiperkalsiemiya və hiperkalsiuriya.

Böyrəkdaşı xəstəliyinə meylli olan xəstələrdə preparatın dozalanma rejimi korreksiya olunmalıdır.

klinik tədqiqatların nəticələrinə görə Osteogenonun həm ana,həm döl üçün,həmçinin də laktasiya dövründə təhlükəsizliyi sübüt olunmuşdur

Osteogenon hətta uzunmüddətli qəbulu zamanı yaxşı keçiriciliyə malikdir.Nadir hallarda allergik reaksiyalar ola bilər.

Osteogenon dəmir preparatlarının və tetrasiklinlərin sorulmasını ləngidir,buna görə də bu preparatların birgə qəbulu zamanı aradakı interval 4 saatdan az olmamalıdır.

Osteogenonun doza aşımı barədə heç bir məlumat yoxdur.

25 C-dən yüksək olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Həkim resepti əsasında

“Pyer Fabr Medikament Prodakşn”,Fransa,Proqifarm,45500,Jien

Spelling error report

The following text will be sent to our editors: