Omevit

Ticari adı

Omevit

Omevit

Balıq yağıdır

(tərkibində qlüten yoxdur)

Tərkibi:

10 ml siropun tərkibinə daxildir:

Balıq yağı (treska balığının qaraciyərindən alınmış Omeqa-3)- 4520 mq (EPA-723 mq, DHA-815 mq)

Vitamin D3 – 10 mkq

Vitamin E – 11 mq

Yardımçı maddələr: palsgaard citrem 3302 (emulqator), limon turşusu monohidratı, fruktoza siropu, kalium sorbat, ksantan saqqızı, çuğundur tozu, portağal aromatı, su.

OMEVİT sirop – balıq yağı, D, E vitaminləri ilə zəngin olmaqla, uşaq orqanizmini əvəzedilməz doymamış yağ turşuları ilə təmin edir. OMEVİT sirop ümumi möhkəmləndirici vasitə olmaqla yanaşı, həmçinin, uşaqlarda zehni inkişafı, sinir sisteminin fəaliyyətini də yaxşılaşdırır, görmə qabiliyyətini artırır, enerji yaranmasını stimullaşdırır. Balıq yağı təbiətdə Omeqa-3 yarımdoymamış yağ turşularının (YDYT) əsas mənbəyi hesab olunur. Omeqa-3 YDYT əsas komponentləri olan Eykozapentaen turşusu (Eicosapentaenoic asid-EPA) və dokozaheksaen turşusu (Docosahexaenoic acid-DHA) orqanizm üçün xüsusi vacib hesab olunurlar. Orqanizm özü bu yağ turşularını sintez edə bilmir. Əvəzolunmaz YDYT insan orqanizminin normal fəaliyyət göstərməsi üçün vacibdir. Tərkibində Omeqa-3 YDYT olan OMEVİT orqanizmin immun sistemini stimullaşdırır, iltihabi və allergik reaksiyaların yaranmasını azaldır. Omeqa-3 həmçinin, antikanserogen effektə də malikdir. Omeqa-3 (DHA) baş beyinin qabıq maddəsinin 15-20%-ni, gözün torlu qişasının isə 30-60%-ni təşkil edir, məhz bu səbəbdən də, xüsusən uşaqların normal inkişafı üçün olduqca vacibdir.

uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi

– kəllədaxili hipertenziya sindromu olan uşaqlarda beyin hipoksiyasının kompleks müalicəsi, diqqət çatışmazlığı fonunda hiperaktivlik sindromu (DÇHS), nevrotik-depressiv halların kompleks müalicəsində

– immunitetin zəifləməsi, tez-tez xəstələnmə halları (KRVİ, xroniki tonzillit, bronxit və s.)

– autoimmun, allergik xəstəliklərin, o cümlədən bronxial astmanın kompleks müalicəsində

– vərəmin kompleks müalicəsi

– revmatizm

– dermatitlər, psoriaz

– görmə aparatının xəstəlikləri (ağır miopiya, astiqmatizm, retinopatiyalar zamanı kompleks müalicədə)

– spontan abort və vaxtından əvvəl doğuşların profilaktikası

– fetoplasentar çatışmazlıq, hamiləliyin gec toksikozlarının profilaktikası

Qida əlavəsinin hər hansı bir komponentinə qarşı yüksək həssaslığın olması.

0-3 yaş: 5ml gündə 1 dəfə.

3-6 yaş: 5ml gündə 2 dəfə.

6-18 yaş: 5ml gündə 3 dəfə .

Böyüklər (o cümlədən hamilələr): 10ml gündə 1-2 dəfə. Preparat yeməkdən sonra qəbul olunur.

“BIOFAKTOR” Sp. z o.o. ul. Czysta 4, 96-100 Skierniewice, Polşa.

Rəsmi distribyutor Azerimed şirkətidir.