OMEQAPİN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

OMEQAPİN

OMEQAPİN

(Vitaminlərlə zənginləşdirilmiş polidoymamış yağ turşusu)

30 ml siropun tərkibi:

Omeqa-3- PDYT……………..1860 mq Vitamin D3 (xolekalsiferol)………………30 mkq

(EPT 150 mq, DHT 750 mq) Vitamin C (askorbin turşusu)…………..…90 mq

Vitamin A (retinol)………….1200 mkq Vitamin B9 (fol turşusu)…….…..……..150 mkq

Vitamin E (tokoferol)……………15 mq Vitamin B12 (sianokobalamin)……….…2,1 mkq

Həlledici bal………………………2.3 qr

Omeqapin – tərkibində DHT (dokozaheksaen turşusu) və EPT (eykozapantaen turşusu) kimi omeqa-3-polidoymamış yağ turşuları (PDYT) var. İnsan orqanizmi özü alfa-linolen turşusundan EPT və DHT sintez etmək qabiliyyətinə malikdir, amma bu sintez çox yavaş və səmərəsiz olur. Ona görə də tərkibində EPT və DHT olan qida əlavələri qəbul etmək tövsiyə olunur.

Omeqa3 güclü membranoprotektor və antioksidant təsirə malikdir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında vacib rol oynayır. PG E2 – nin sintezini inhibə etməklə spontan düşüklərin və yarımçıq doğuşun qarşısını alır. Hamiləlik zamanı embrion ana orqanizmindən vacib PDYT-nı alır. Omeqa-3 ciftin düzgün formalaşması və orqanogenezin normal gedişi üçün vacibdir, xroniki hipoksiyanı aradan qaldırır. Qanda xolesterinin səviyyəsini tənzimləyir, mikrosirkulyasiyanı yaxşılaşdırır.

Vitamin A mübadilə proseslərini tənzimləyir, görmə orqanının və selikli qişaların normal fəaliyyətini təmin edir. Orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır.

Vitamin D3 kalsium mübadiləsini tənzimləyir, sümük və dişlərin düzgün minerallaşmasını təmin edir.

Vitamin E fizioloji antioksidant olmaqla, hüceyrə membranlarını zədələnmədən qoruyur və onların funksional aktivliyini təmin edir. B qrupu vitaminləri maddələr mübadiləsində iştirak edir, sinir sisteminin və qan dövranının normal iş fəaliyyətini bərpa edir.

Vitamin C orqanizmdə oksidləşmə-bərpaolma proseslərini nizama salır. Karbohidrat mübadiləsində, qanın laxtalanmasında, steroid hormonların və kollagenin sintezində iştirak edir, iştahanı bərpa edir, kapillyarların keçiriciliyini azaldır. Orqanizmin ümumi müqavimətini artırmaqla xəstəliklərin sağalmasında və profilaktikasında iştirak edir.

Bal – zəngin qidalı maddə olub, şəkərlə müqayisədə tərkibində zülal, əvəzolunmaz yağ turşuları, vitaminlər, minerallar və flavonoidlər kimi qidalı maddələri ilə zəngindir.

Omeqapinin tərkibində armud və limon şirələri olduğu üçün baliq dadı vermir və qəbulu rahatdır.

Fetoplasentar çatışmazlıq, dölün hipoksiyası

– Spontan düşük və erkən doğuşun, hamilələrdə striyaların yaranmasının profilaktikası

– Uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi, immunitetin zəifləməsi, diqqət defisiti fonunda hiperaktivlik sindromu

– Ürək-damar xəstəlikləri: ÜİX, ateroskleroz, trombemboliya

– Sinir sistemi xəstəlikləri: dissirkulyator ensefalopatiya, insult

– Görmə aparatı xəstəlikləri

Preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması, şəkərli diabeti olan xəstələr

1 yaşa qədər uşaqlar: 1 çay qaşığı gündə 1 dəfə

1 yaşdan yuxarı uşaqlar: 1 çay qaşığı gündə 2 dəfə

Böyüklər və hamilələr: 2 çay qaşığı gündə 3 dəfə

Preparat yeməkdən sonra qəbul olunur. İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Medex – Sloveniya, Almaniya üçün istehsal olunmuşdur.

Spelling error report

The following text will be sent to our editors: