Omebil

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Omebil

Omebil

1 kapsulanın tərkibinə daxildir:

Aktiv maddələr:

Ginkqo Biloba 22 % flavon qlikozidləri, 5 % terpen laktonları – 80 mq

Bacopa Monnieri (Bacopa cordata) – 100 mq

Rhodiola rosea – 100 mq

Vitamin C – 80 mq

Köməkçi maddələr: maqnezium stearat

 

1 yumşaq kapsulanın tərkibinə daxildir:

Omeqa 3   1000 mq

Aktiv maddələr:

Balıq yağı – 1000 mq

EPT – 180 mq

DHT – 120 mq

Vitamin E – 4,02 mq

Köməkçi maddələr:  jelatin, qliserin

Ginkqo Biloba  –  nootrop, psixostimuləedici, antihipoksik, antiaqreqant təsirə malikdir. Ginkqo Biloba  beyin qan dövranını, mikrosirkulyasiyanı, periferik qan dövranını yaxşılaşdırır, venaların tonusunu qaldırır, kapillyar keçiriciliyini azaldır.

Endotel relaksasiyaedici faktorun ifrazını stimulə edərək kiçik ölçülü arteriyaları genəldir, venaların tonusunu qaldırır. Fosfodiesterazanı ingibə edərək saya əzələ hüceyrələrində QMF h.–nin toplanmasına, spazmlı arteriolaların tonusunun aşağı düşməsinə və mikrosirkulyasiyanın yaxşılaşmasına səbəb olur. Ginkqo Biloba həmçinin damar divarında prostasiklinin sintezini artırır, bu isə damarların elastikliyini artırır və trombəmələ gəlmənin qarşısını alır. Antihipoksik və antioksidant xüsusiyyətlərə malikdir. Sərbəst radikalların, hüceyrə divarındakı lipidlərin oksidləşməsinin qarşısını alır, hüceyrələrdə mitoxondrilərin və ATF- in toplanmasına səbəb olur, qlükozanın, oksigenin biomənimsənilməsini artırır.

MSS –də neyromediator proseslərinə təsir edir: Asetilxolinergik sistemə təsiri nootrop, katexolaminergik sistemə təsiri isə antidepressiv effekt verir.

 

Bacopa monnieri  (Bakopa, su issopu)  –  yaddaş, diqqət, öyrənmə qabiliyyəti kimi  koqnitiv funksiyaları gücləndirməklə  yanaşı,  həyəcan zamanı simptomların zəifləməsinə səbəb olur. Beyin qan dövranını normallaşdırır. Preparatın eyni zamanda bronxit,  bronxial astma, mədə xorası zamanı da təyini kliniki olaraq təsdiq olunmuşdur. Bakopa antioksidant xüsusiyyətə malik olduğuna görə kardiovaskulyar xəstəliklər zamanı damarların sərbəst radikallar tərəfindən zədələnməsinin, xərçəng xəstəliyinin qarşısını alır. Bakopanın tərkibinə daxil olan triterpenoid saponinlər və bakozidlər sinir impulslarının keçiriciliyini  artırmasını təmin edir. Bakopanın ağciyər arteriyası, aorta, traxeya, bronxlara təsiri onun membran divarından kalsium ionlarının keçməsini ingibə etməsi ilə əlaqələndirilir. İn vitro  Bacopa tosqun hüceyrələrin membranını stabilizə edir, iltihabəleyhinə təsiri isə prostaqlandin sintezini ingibə etməsi və  lizosomal membranı stabilizə etməsi nəticəsində yaranır.  İn vitro tədqiqatlar göstərir ki, preparat xərçəng xəstəliyi zamanı hüceyrələrdə DNT ikiləşməsinin qarşısını alır.

Rhodiola rosea (Rodiola)  –  ümumi tonuslandırıcı, adaptogen,  antitoksik  xüsusiyyətə malikdir. Rodiolanın qəbulu zamanı orqanizmin əlverişsiz mühitə  – temperatur dəyişikliyi, oksigen aclığı, stress kimi  faktorlara qarşı davamlılığı artır. Preparat psixi gərginliyi azaldır, energetik mübadiləni yaxşılaşdırmaq hesabına intellektual  və fiziki qabiliyyəti yaxşılaşdırır, eyni zamanda sinir sisteminin funksiyasını stimulə edir. Rodiola orqanizmin saat qurşağı,  iqlim dəyişikliyinə tez bir zamanda adaptasiyasını təmin edir. Preparat antiaritmik xüsusiyyətə də malikdir.

Omeqa 3    –   vazodilyatasiya, antiaritmik, hipotenziv, antiaqreqant, membranstabilləşdirici, antioksidant xüsusiyyətə malikdir, lipid mübadiləsini normallaşdırır. ASLP, ÇASLP miqdarını normallaşdırır. Aterosklerozun inkişaf riskini azaldır. Membran reseptorlarının funksional aktivliyini artırır. Essensial yağ turşuları xolesterinin transportu, orqanizmin müdafiə sisteminin  qorunması, hormonal balansın saxlanması, hüceyrə tamlığının bərpasında mühüm rol oynayır.

DHT (dokozoheksayen turşusu) qəbulu hippokamp sinapslarının xarici qıcıqlara qarşı işini sürətləndirir, emosiyaların formalaşmasına, yaddaşın güclənməsinə səbəb olur. Ateroskleroz və trombozun inkişafını ləngidir. Qanın özlülüyünü normallaşdırır, qaraciyərin piy infiltrasiyasının qarşısını alır. Damar divarı elastikliyini artırır, möhkəmləndirir. Hüceyrə membranı bərpasında aktiv iştirak edir. Hüceyrə üçün enerji mənbəyidir. ASLP –nin qanda səviyyəsinin azalmasına gətirib çıxarır.

EPT (eykozopentayen turşusu) orqanizm üçün mühüm omeqa 3 yağ turşusu olub, orqanizmin antioksidant sisteminin effektivliyini gücləndirir, yağların transportu prosesini normallaşdırır, hüceyrə membranı bərpasını, immun sistemi hüceyrələrinin aktivliyini təmin edir. Yağların mədə-bağırsaq traktından sorulması prosesinin yaxşılaşmasına səbəb olur. Ürəyin işemik xəstəliklərinin, arterial təzyiq yüksəlməsinin, iltihabi proseslərin yaranma riskinin qarşısını alır.

Vitamin E –     Antioksidant aktivliyə malikdir, doymamış yağ turşularının oksidləşməsini tormozlayır. Toxuma metabolizmində iştirak edir.  Aterosklerozun, ürəkdə, əzələlərdə degenerativ – distrofik dəyişikliklərin qarşısını alır, miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın oksigenə tələbatını azaldır.

Vitamin C– oksidləşmə-reduksiya reaksiyalarında, karbohidrat mübadiləsində, toxuma regenerasiyasında, qanın laxtalanmasında, kapilyarların normal keçiriciliyində, steroid hormonların əmələ gəlməsində, kollagen və prokollagen  sintezində iştirak edir. İmmun reaksiyaları (anticisim, komplement, interferon sintezi)  requlə edir. infeksiyalara qarşı müqaviməti artırır. Histamin ayrılmasını tormozlayır, iltihabi-allergik proseslər zamanı mediatorların əmələ gəlməsini ləngidir.

  • xroniki beyin qan dövranı pozğunluqları
  • oyanıqlığın artması, yuxusuzluq
  •  başgicəllənmə, qulaqlarda küy
  • baş beyin damarlarının aterosklerozu
  • kəllə-beyin travmaları
  • baş ağrıları, miqren
  • insultdan sonra reabilitasiya dövrü
  • ürək-damar distoniyası
  • diabetik angiopatiyalar
  • yaşdan asılı olaraq yaddaşın zəifləməsi, eşitmə, görmə funksiyalarındakı dəyişikliklər
  • preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək  həssaslıq
  • hamiləlik və laktasiya dövrü
  • xroniki xolesistit və pankreatitin ağırlaşması
  • 12 yaşdan kiçik uşaqlar

 dispeptik pozğunluqlar, baş ağrıları, başgicəllənmə, allergik reaksiyalar

1 kapsula gündə 1-2 dəfə, 1 yumşaq kapsula gündə 1-2 dəfə

25 0  C- dən aşağı temperaturda, uşaqların əli çatmayacağı yerdə saxlamalı

 Qutu üzərində qeyd olunmuşdur. Əgər istifadə müddəti bitərsə, preparatdan istifadə etmək olmaz.

1 blisterdə 10 kapsula, digər 1 blisterdə 10 yumşaq kapsula olmaqla, qablamada 30 kapsula və əlavə 30 yumşaq kapsula yerləşir.

“İnv Poland” sp.zo.o.sp.k., Krakov, Polşa.

RƏSMİ DİSTRİBYUTOR:  AZERİMED MMC.

Spelling error report

The following text will be sent to our editors: