OKOFERON

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

OKOFERON

OKOFERON

Təsiredici maddə:

1 flakonun içərisində 1 000 000 BV

rekombinant interferon alfa-2b vardır.

Həlledici: metilparahidroksibenzoat (0,1% nipagen məhlulu), inyeksiya üçün su.

Okoferon immunmoduləedici və virusəleyhinə təsirlərə malikdir. Rekombinant interferon alfa-2b hüceyrələrin səthində olan spesifik reseptorlara təsir edərək, virusların hüceyrədaxili replikasiyasına mane olan və hüceyrələrin proliferasiyasını gecikdirən prosesləri aktivləşdirərək virus əleyhinə təsir göstərir. Rekombinant interferon alfa-2b-nin immunmoduləedici təsiri makrofaqların faqositar aktivliyinin, həmçinin T-hüceyrələrin və təbii killer-hüceyrələrin aktivliyinin stimullaşdırılması nəticəsində yaranır.

Gözün virus mənşəli xəstəlikləri:

-Herpetik keratit

-Virus mənşəli konyunktivit

-Virus mənşəli keratouveit

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq

Müalicəyə gözün virus mənşəli xəstəliklərinə dair ilk simptomlar yarandıqda başlanılmalıdır. Preparat sistemli təsirə malik deyil. Virus infeksiyalarında Okoferonu sistemli təsir edən (inyeksiyalar, suppozitoriyalar) rekombinant interferon alfa-2b preparatları ilə kompleks şəkildə istifadə etmək olar.

İstifadə etməzdən öncə Okoferonu 5 ml həlledici (0,1% nipagin məhlulu) ilə qarışdırmaq lazımdır. Hazır məhlulun 1ml-nin tərkibində 200 000 BV rekombinant interferon alfa-2b vardır.

2 damcı preparatı hər 2 saatdan bir (sutkada minimum 6 dəfə) zədələnmiş gözün konyunktival kisəsinə damızdırmaq lazımdır. Xəstəliyin simptomları azaldıqca doza hər 2 saatdan bir 1 damcıya qədər azaldılır. Müalicə kursu 7-10 gün təşkil edir. Okoferon digər göz damcılarının istifadəsindən 30 dəqiqə əvvəl və ya 30 dəqiqə sonra istifadə edilməlidir. Flakonu açdıqdan sonra yararlılıq müddəti – 28 gün təşkil edir.

nadir hallarda allergik reaksiyalar.

2 şüşə flakon (içərisində 1 000 000 BV liofilizəolunmuş toz olan 1 flakon və içərisində 5 ml həlledici olan 1 flakon) polietilen damızdırıcı qapaq və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

2-8°C temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

ÖSC “Biofarma”, Ukrayna.

Spelling error report

The following text will be sent to our editors: